Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

VII. LOĞMAN HƏKİM TIBB TARİXİ VƏ FOLKLOR TIBB GÜNLƏRİ

Mersin 11-14 may 2011

Loğman HəkimTtibb Tarixi və Folkloristik Tibb günlərinin yeddinci Mersin və Çukurova Universitləri Tibb tarixi və folklor Tibb günləri Mersin şəhərində keçirildi. Bu konfransın iştirakçılarından biri də şəxsən özüm idim. Mersin şəhərindəki Mersin Universitetində keçirilən bu möhtəşəm konfrans mənim çox xoşuma gəldi. Azərbaycandan gəldiyimi öyrəndikdə burdakı insanlar mənə qarşı xüsusi mehribanlıq göstərdilər. Özümü Türkiyədə yox, Azərbaycanda hiss edirdim. Konfransın ilkin başlanğıcı professor Dr.İltər Uzəlin Ekim 2011 də əmək pensiyasına ayrılmasına görə VII Loğman həkim günləri ona iltifah olundu. Sonra isə Mersin Universitetinin rektoru olan prof. Dr.Süha Aydına söz verildi o, öz çıxışında konfrans iştirakçılarını xüsusi salamladı və konfrans iştirakçılarına uğurlar dilədi.
Loğman həkim Tibb tarixi və Folklor Tibb tarixi günlərinin təşkilatçılarından Oya Ögənlər, Rena Can konfrans katibləri toplantıdan sonra iştirakçıları tarixi muzeylərə gəzintiyə apadılar. Burada Türkiyə Cümhuriyyətinin ən tanınmış həkim alimləri, professorları iştirak edirdi. Ən çox İstanbul, Adana, Ankara, Konya, Van, Ərzurumdan gələn həkim professorlar öz çıxışlarında Tibbin tarixi haqqında xüsusi araşdırmaları, faunası və florası haqqında danışdılar və Tibb elminin nə qədər dərin, gərəkli olmasının izahını verdilər. Konfransda elmi məruzəmin adı «Yuxu yozumları, türkəçarələrin Tibbi folkloristik boyutları» haqqında öz bilgilərimi konfrans iştirakçılarına çatdırdım. Konfrans iştirakçılarının məruzəmə maraq göstərməsi məni sevindirdi.
Konfrans gedişatında doç dr. Tamer Aça, prof dr. İltər Uzəl, Yar. Doç. Oya Ögənlər, prof. Dr. Erman Artun, Doç. dr. Ayşə Everest, prof Dr. Sevgi Şar, Prof. Dr. Etem Akbaş, Prof. Dr. Aytən Altuntaş, prof. dr. Tuat Yöndemli, Prof.dr. Ayşəgül Dəmirhan Erdemirlə tanış olmaq və söhbət etmək imkanı əldə etdim. Söhbətlər zamanı bilmədiyim bir çox mövzular haqqında yeni məlumatlardan xəbər tutdum. Prof. dr. Ayşəgül Dəmirhanlı mənim otaq yoldaşım idi. Onun məzəli-duzlu şirin söhbətindən, Azərbaycan haqqında olan öz təəssüratından, gözəl Bakımızdan necə məmnun qalmasından, tarixi muzeylərimizdən söhbət açmasını dinlədim. 2006-cı ildə Bakıda keçirilmiş dünya miqyaslı konfransda iştirakından, Azərbaycan xalqından razılığından, ləziz təamlarımızdan və qonaqpərvərliyimizdən danışdı.
Ayşəgül xanım bitkilərlə bağlı olan araşdırmalar toplusu kitabını mənə təqdim etdi. Onun mənə qarşı doğmalığı başqa ölkədə olduğumu belə mənə unutdurdu. Türkiyəyə ilk səfərim bu qardaş ölkəni daha da yaxından tanımağıma gözəl şərait yaratdı.
Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, bizim adət-ənənələrimizdə heç bir fərq yoxdur.

b.ü.f.d. Nübar Həkimova
AMEA Folkor İnstitutunun əməkdaşı

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.