ALBANİYALI ALİM AMEA FOLKLOR İNSTİTUTUNDA
Tiranadakı Albaniya Baş Arxivlər İdarəsinin şöbə müdiri, tarix elmləri doktoru Entella Meço Azərbaycan-Albaniya əlaqələrinin genişlənməsi üçün Albaniya-Azərbaycan Dostluq Elmi-Mədəni Dərnəyini qurmuşdur. Hər dəfə Azərbaycana gələrkən AMEA Folklor İnstitutunun qonağı olan Entella Meço bu dəfəki gəlişində dərnəklərinin nəşr etdiyi “Albanlar və Azərbaycan” qəzetinin ilk sayını da gətirmişdir. Entella Meçonu qəbul edən Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanov qəzetin nəşrə başlaması münasibəti ilə qonağı təbrik etmiş, onlara yeni-yeni yaradıcılıq uğurları arzulamışdır.
Söhbət zamanı Azərbaycan-Albaniya elmi-mədəni əlaqələrinin genişləndirilməsi, hər iki xalqın folklorunun, xüsusən də Albaniyadan toplanmış mifik mətinlərlə Azərbaycandan toplanmış mifik mətinlərin müqayisəli öyrənilməsinə diqqətin artırılması planlaşdırılmışdır.
Görüşdə AMEA Folklor İnstitutunun “Xarici əlaqələr” bölməsinin müdiri Əli Şamil də iştirak etmişdir.
 |