Folklor İnstitutu əməkdaşları II Uluslararası Türk Dili və Ədəbiyyatları Tədrisi Simpoziumunda

2017-ci il aperlin 16-18-də Türkiyənin Ankara şəhərində Qazi Universitetinin təşkilatçılığı ilə Fuad Köprülünün xatirəsinə həsr olunmuş II Uluslararası Türk Dili və Ədəbiyyatları Tədrisi Simpoziumu keçirilmişdir. Türkiyənin 9 ən nüfuzlu təşkilatının dəstəklədiyi simpozyuma Azərbaycan, Qazaxısdan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Əfqanıstan, İran, Polşa, Yəmən, Batı Trakya və Türkiyənin müxtəlif bölgələrindən 130 araşdırıcı qatılıb.

1926-ci ildə “Qazi Orta Müəllim Məktəbi” adı ilə fəaliyyətə başlayan bu təhsil ocağı sonralar Ankara Öğretmen Okulu, Qazi Terbiye Enstitüsü, Gazi Eğitim Enstitüsü və nəhayət, 1982 ildən isə Qazi Universiteti adlandırılıb. Türkiyənin ən nüfuzlu ali məktəblərindən olan Qazi Universitetinin beynəlxalq əlaqələri ildən-ilə genişlənir. Bu əlaqələrdə Azərbaycanın ayrıca yeri var.

Qazi Unversitetinin tədbiri 2016-cı ilin YUNESKO tərəfindən “Prof. Dr. Fuad Köprülü ili” elan edilməsi ilə bağlı təşkil olaunub.
Azərbaycan ədəbiyyatının öyrənilməsində və təbliğində də böyük əməyi olan Fuad Köprülü haqqında Azərbaycan alimlərinin məruzələri simpozyumda maraqla qarşılanıb. Simpoziumda AMEA Folklor İnstitutunun əməkdaşları - fil.ü.f.d. Aynur Cəlilovanın “Azərbaycanlı albanların dil və folkloruna baxış” və Əli Şamilin “Fuad Köprülünün öğrencisi Emin Abidle Füzulinin “Sobetü'l asmar” eseri konusunda bir tartışması” məruzələri dinlənilib.

|