“Çıldırlı Aşıq İrfani” (Şeirləri, haqqındakı dastan-rəvayətlər) kitabı haqqında Türkiyə mətbuatında yazı çap olunub

AMEA Folklor İnstitutunun nəşrləri Türkiyə mətbuatının diqqət mərkəzindədir. 15 ildir davamlı nəşr edilən və özünə geniş oxucu toplamış “Serhat kültür” (Tarix, kültür, xəbər dərgisi) jurnalının 2017-ci il mart-aprel aylarında çap olunmuş sayının 36-37-ci səhifəsini AMEA Folklor İnstitutunun 2016-cı ildə “Elm və təhsil” nəşriyyatında çap etdirdiyi “Çıldırlı Aşıq İrfani” kitabına həsr edib. Xalq arasında “Ruhani”, “İrfani”, “Urfani” kimi məşhur olan saz havası və yallı rəqs növü Çıldırlı Aşıq İrfani ilə sıx bağlıdır. 18-ci yüzilin sonları və 19-cu yüzilin əvvəllərində yaşamış İrfani Axıska aşıq məktəbinin formalaşmasında böyük rol oynamaqla yanaşı, Anadolu aşıqları ilə Qafqaz aşıqları arasında bir körpü rolunu oynamışdır. M.P.Vaqif və M.V.Vidadi ilə sıx əlaqəsi olan, onların yaradıcılığından bəhrələnən Aşıq İrfaninin özündən böyük ustadların övladlarının yas mərasiminə gəlməsi haqqında rəvayət ağızdan ağıza keçərək günümüzədək gəlib çatmışdır. Axıska türkləri 1944-cü il noyabr ayının 14-15-də ata-baba yurdlarından Qazaxıstana və Qırğızıstana sürgün olunmaları bölgənin folklor mühitinə da ağır zərbə vurmuşdur. Folklorumuzu yaşadanların böyük bir qismi – ağsaqqallar, ağbirçəklər sürgün zamanı yollarda və ya sürgün yerində ölmüşlər. Bu azmış kimi bölgənin folklorunun toplanması da qadağan edilmişdir. Sovetlər Birliyi çökməyə başladıqdan sonra Azərbaycanlı araşdırıcılar Axısqa bölgəsinin folklor nümunələrini də toplayıb çap etdirməyə başlamışlar. AMEA Folklor İnstititutu son illərdə Axısqa bölgəsi ilə bağlı bir neçə kitab nəşr etdirmişdir. Bu kitablar haqqında da Türkiyə mətbuatında tanıtma yazıları çap olunmuşdur. Folklor İnstititutunun əməkdaşı Əli Şamilin hazırladığı “Çıldırlı Aşıq İrfani.(Şeirləri, haqqındakı dastan-rəvayətlər) kitabı haqqında Yaşar Kalafat “Əli Şamildən Çıldırlı Aşıq İrfaniyə” məqaləsini çap etdirmişdir. Məqalənin tam mətnini sonrakı səhifədə oxuya bilərsiniz.
|