Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Elmi-intellektual inkişaf prosesində keyfiyyətcə yeni mərhələ başlayır


Prezident İlham Əliyev AMEA-nın illik ümumi yığıncağında elmə dövlət qayğısının davamlı xarakter daşıdığını bir daha bəyan etdi

Hər bir dövlətin, xalqın gələcək inkişafı onun malik olduğu elmi-intellektualdan asılıdır. Milli intibahı təmin edən ən başlıca vasitə olan elm və təhsil həm də cəmiyyət qarşısında dayanan bir çox əsaslı problemlərin həllində vacib açar rolunu oynayır. İqtisadi inkişaf strategiyasını insan kapitalının formalaşdırılması məramı üzərində quraraq elmin, təhsilin inkişafını dövlət quruculuğu prosesinin mühüm təminatı sayan, hər zaman mütərəqqi ənənələrə istinad edən dövlətlər yüksək tərəqqiyə nail olur, dünya arenasında özünəlayiq yer tuturlar. Müstəqil Azərbaycan da XXI əsr qlobal inteqrasiya mexanizminə qoşulmuş sivil, demokratik dövlət kimi öz inkişafını elm və təhsildən kənarda görmür, bu sahələrin inkişafına daim xüsusi diqqət yetirir.
Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev praqmatik və rasional düşüncəli siyasətçi kimi xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulamış, fəal milli maarifçilik xətti yeridərək dünya təhsil sisteminə inteqrasiyanı vacib saymışdır. Dövlət başçısı ötən 8 ildə respublikada elmi intibahın təmin edilməsini, bu sahədə problemlərin həllini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bu diqqət və qayğının nəticəsi olaraq Azərbaycan Milli Elmlər Akademiyası ötən illərdə özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, bu sahədə çalışan müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar bu əhəmiyyətli sahəyə dövlət qayğısının bariz ifadəsidir.
Müqayisə üçün bildirək ki, elmin inkişafına yönəldilən xərclər 2003-cü ildə 16,6 milyon manat təşkil edirdisə, 2011-ci ildə bu rəqəm 108,6 milyon manata yüksəlmişdir. Bu rəqəm 2010-cu illə müqayisədə 5,6 faiz və ya 5,8 milyon manat çoxdur. 2011-ci ildə büdcədən elmə ayrılan xərclər ümumi büdcənin 0,9 faizini təşkil edir. Elm xərclərində elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsilə həyata keçirilməsi üçün 7 milyon manat, latın qrafikalı kitabların çap edilməsinə 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmirinə 3 milyon manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsinə 3 milyon manat, Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarına müasir tələblərə cavab verən laboratoriya avadanlıqlarının alınması xərclərinə 2 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyevin elmi intibaha yüksək diqqət və qayğısı deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin bu sahədə əsasını qoyduğu siyasət keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirilir. Xatırlatmaq lazımdır ki, elmin, təhsilin milli inkişafdakı müstəsna rolunu daim yüksək dəyərləndirərək "Elm, təhsil millətin gələcəyidir", - deyən ümummilli lider hələ respublikaya rəhbərliyinin birinci dövründə bu sahələrin davamlı yüksəlişinə xidmət edən kompleks tədbirlər həyata keçirmişdir. Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində respublikanın elm və təhsil sistemində yaratdığı möhkəm bünövrənin, dəyərli kadr potensialının, yüksək diqqət və qayğının adekvat əks-sədası çağdaş tariximizdə bu sahənin ən möhtəşəm izlərinə çevrilmişdir. Böyük strateq məhz bu illərdə təhsil sisteminin tənəzzüldən çıxarılması və ölkənin gələcək inkişafının elmi təməl üzərində qurulması, respublikanın elmi-intellektual resurslarının güclənməsi üçün səylə çalışmışdır. Həmin dövrdə respublikada məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin, ixtiraların iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərin təhsil siyasətinin əsasını təşkil etmişdir.
Taleyin hökmü, xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda xalqa rəhbərlik kimi çətin və şərəfli missiyanı yenidən üzərinə götürən ümummilli lider Heydər Əliyev hələ 70-80-ci illərdə respublikada formalaşmış zəngin elmi-intellektual potensiala istinad edərək özünün təkmil təhsil konsepsiyasını irəli sürmüş, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusi diqqət mərkəzində saxlamışdır. Ümummilli lider keyfiyyətcə yeni mərhələdə də Azərbaycanın davamlı inkişafının yeganə yolunu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada fundamental və humanitar elmlərin inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir.
1997-ci ilin 31 yanvarında ulu öndərin akademiyanın bir qrup aparıcı alimi ilə keçirdiyi tarixi görüşdən sonra faktiki olaraq ötən əsrdə Elmlər Akademiyasının yeni mərhələsi başlanmışdır. Akademiyanın alimləri ilə keçirdiyi həmin görüş zamanı Heydər Əliyev Azərbaycan elmi qarşısında dayanmış əsaslı problemlərə toxunub onların aktuallığını əsaslandıraraq alimlərimizə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyə etmiş, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürmüşdür. Xalq, millət üçün humanitar elmlərin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan böyük öndər ədəbiyyat, mədəniyyət tarixinin yazılması zəruriliyi barədə söhbət açmış, çoxəsrlik Azərbaycan tarixinin dərindən öyrənilməsinin və yüksək elmi prinsiplər əsasında şərhinin dövlət üçün mühüm əhəmiyyətini qabartmışdır: "Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya və başqa fənnlər hamısı inkişaf etməlidir. Ancaq bunların hərəsinin özünəməxsus çərçivəsi vardır. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq lazımdır. O cümlədən mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır".
Bütün bu tövsiyələr Azərbaycan elminin inkişafı məqsədinə hesablanmış fərman və sərəncamlarla müşayiət olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına "Azərbaycan Milli Elmlər Akademiyası" statusu verilmiş, 30 mart 2001-ci il və 1 iyul 2002-ci il tarixli sərəncamlarla AMEA Rəyasət Heyəti və akademiyanın bütün işçilərinin əməkhaqları artırılmış, 2002-ci ilin 12 avqustunda AMEA-nın Naxçıvan bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalanmış, böyük öndərin sədrliyi ilə Naxçıvan Ali Məclisinin iclas zalında bu bölmənin yaradılmasına həsr olunmuş müşavirə keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasəti son 8 ildə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev praqmatik və rasional düşüncəli siyasətçi kimi xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulamışdır. Möhtərəm Prezident İlham Əliyevin bu günlərdə AMEA-nın illik ümumi yığıncağında iştirakı və alimlər qarşısında dərinməzmunlu nitq söyləməsi, elmin inkişaf perspektivləri ilə bağlı dəyərli tövsiyələrini verməsi, habelə akademiyanın binası ətrafında aparılan yenidənqurma, abadlıq işləri ilə yaxından tanış olması bu sahəyə dövlət qayğısının davamlı səciyyə daşıdığını göstərir. Prezident İlham Əliyev proqram xarakterli nitqində Azərbaycanın inkişafında elmin rolunu bir daha xüsusi diqqətə çəkmişdir: "Akademiyada Azərbaycanın intellektual elitası cəmlənib. Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir".
Xatırlatmaq lazımdır ki, Prezident İlham Əliyev ötən illərdə bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Dövlət başçısının "Alimlik dərəcələrinə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında" 16 aprel 2004-cü il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası sistemində, elmi-tədqiqat və təhsil müəssisələrində, habelə digər sahələrdə çalışan işçilərin elmlər doktoru və elmlər namizədi alimlik dərəcələrinə görə vahid tarif cədvəli üzrə vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin məbləği 2004-cü ilin iyulundan artırılmışdır. 2004-cü il 19 aprel tarixli "Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" sərəncam isə yetişməkdə olan gənc nəslin intellektual potensialını yüksəltmək, onların elmə olan marağını daha da gücləndirmək məqsədi daşımışdır.
Milli Elmlər Akademiyasının 60 illik yubileyi ilə əlaqədar dövlət başçısının 2005-ci ildə xüsusi sərəncamlar imzalaması, görkəmli elm xadimlərini yüksək dövlət mükafatları ilə təltif etməsi, bir sıra alimlərə elmi adların, prezident təqaüdünün və mənzillərin verilməsi cənab İlham Əliyevin bu sahəyə yüksək qayğısının əyani təzahürüdür. Akademiyanın 60 illik yubiley mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir: "Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi işində əlavə addımlar atılacaqdır. Biz gərək bu maddi-texniki bazanı möhkəmləndirək. Akademiyanın nəzdində fəaliyyət göstərən institutlara daha böyük həcmdə kömək göstərək... Çalışacağam ki, akademiyanın inkişafında bundan sonra da öz əməyimi əsirgəməyim. Mən bir daha demək istəyirəm, bu, qəti fikrimdir ki, hər bir ölkənin normal inkişafı üçün, ilk növbədə, bilik, savad, elmin inkişafı lazımdır".
Hər bir vədini əməli işi ilə doğruldan dövlət başçısı İlham Əliyev 2007-ci ilin əvvəllərindən başlayaraq elm xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra sərəncamlar imzalamışdır. Dövlət başçısının 23 yanvar 2007-ci il tarixdə imzaladığı sərəncamla AMEA sistemində çalışan vətəndaşların məvacibləri 50 faiz qaldırılmış, eləcə də fevral ayının 1-dən aspirantların təqaüdündə əsaslı artım baş vermişdir. Cənab İlham Əliyevin 18 aprel 2007-ci il tarixdə imzaladığı daha bir sərəncamla AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə maaşı 1000 manat, müxbir üzvlərin aylıq rütbə maaşları isə 700 manat civarında müəyyənləşdirilmişdir. 2008-2009-cu dərs ili qarşısında AMEA sistemində çalışanların məvaciblərinin 25 faiz, 2010-cu ildə isə orta hesabla 10 faiz artırılması da elmi intibaha xidmət etmişdir.
Dövlətimizin başçısı AMEA-nın bu günlərdə keçirilmiş illik yığıncağında elmin qarşısında bir sıra mühüm vəzifələrin dayandığını vurğulamış, eyni zamanda, elmlə iqtisadiyyatın vəhdətinin təmin edilməsi vacibliyini diqqətə çəkmişdir: "Azərbaycan müstəqil dövlət kimi uğurlu siyasət aparır. Ölkəmiz inkişaf edir. Bu inkişaf özünü bütün istiqamətlərdə göstərir. Əlbəttə, elmin inkişafı da ümumi inkişaf templəri ilə uzlaşmalıdır. Azərbaycanda elmin, ali təhsilin, iqtisadiyyatın birliyi yaradılmalıdır. Bizim üçün elmin inkişafı ilə bağlı əsas məsələ prioritetlərin düzgün seçilməsidir. İşimizi bu prioritetlər üzərində qurmaq üçün konkret təkliflər verilməlidir".
Ümumilikdə elm sahəsində mövcud olan bəzi problemlər dövlət başçısı İlham Əliyevin 2008-ci il 10 aprel tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamında hərtərəfli əksini tapmışdır. Bir sıra problematik məsələlərin önə çəkildiyi sərəncamda Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunması məsələləri əksini tapmışdır. Sərəncama əsasən, 2009-2015-ci illər üzrə elm sahəsində aparılacaq islahatların, habelə elmin inkişaf strategiyasının konkret proqram modelində hazırlanması üçün hökumət və elm adamlarından ibarət dövlət komissiyası yaradılmışdır.
Proqram əsasında hazırlanaraq dövlət başçısının 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirir. Elmin inkişafını nəzərdə tutan Milli Strategiyanın əsas məqsədi ölkənin mövcud tələbləri nöqteyi-nəzərindən Azərbaycan elminin strukturunun müəyyənləşdirilməsi; Azərbaycan elminin dünya elmi, texnika və texnologiyasının prioritet istiqamətlərinə müvafiq şəkildə təşkili; respublikanın iqtisadi inkişafında elmin rolunun artırılması; yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi; mühüm sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həlli məqsədilə Azərbaycan Respublikasında fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyən edilməsi və sairədən ibarətdir.
Sənəddə həmçinin fundamental elmlərə dair tədqiqatların genişləndirilməsi, elm və texnika sahəsində idarəetmə sisteminin, elmi-tədqiqat müəssisələrinin və ümumilikdə elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi, elmi-texniki infrastrukturun müasirləşdirilməsi, elmin hüquqi-normativ bazasının yaradılması, elmin inteqrasiyasının təmin edilməsi, elmi əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi kimi məqsədlər də mövcuddur. Strategiyanın vəzifələri daha genişdir və yuxarıda sadalanmış bəndlərlə kifayətlənmir. Bura həmçinin təbiət, texnika, ictimai və humanitar elmlər sahəsində tədqiqatların inkişafı, ətraf mühitin qorunması, maddi-texniki bazanın yaradılması, dövlətin inkişafını təmin etmək üçün elmin və müasir texnologiyaların nailiyyətlərinin geniş tətbiqi, Azərbaycanın mədəniyyəti və tarixinin ümumi və kompleks tədqiqatı və s. daxildir.
AMEA-nın infrastrukturunun, maddi-texniki bazasının, iş şəraitinin yaxşılaşdırılması məsələləri də Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ötən illərdə akademiyanın Mərkəzi Elmi Kitabxanasının yeni binasının inşasına başlanmış, Azərbaycan Milli Tarix Muzeyində, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyində, akademiyanın rəyasət heyətinin binasında, habelə akademiyanın əsas binasında təmir işləri başa çatdırılmışdır. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Tarix Muzeyi və Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təmiri və yeni avadanlıqların alınması üçün 5 milyon manat, arxeoloji qazıntıların davam etdirilməsi üçün Arxeologiya və Etnoqrafiya İnstitutuna 1 milyon manat, əşyaların bərpası və yeni materialların alınması üçün Tarix Muzeyinə 1 milyon manat vəsait ayrılmışdır.
Dövlət başçısı İlham Əliyevin 16 mart 2011-ci il tarixli "Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı da muzeyin maddi-texniki bazasını möhkəmləndirmək məqsədi daşıyır. Sərəncama əsasən, eksponatların bərpası və yenilərinin alınması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Tarix Muzeyinə 1 milyon manat vəsait ayrılmışdır.
Azərbaycanda elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur və bundan səmərəli istifadə cənab İlham Əliyevin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir. Dövlət başçısının 2009-cu il oktyabrın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması da tədqiqatların stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi diqqəti çəkir. Fondun yaradılması fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədinə xidmət edir.
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının 2009-cu ilin dekabr ayında Azərbaycanda keçirilməsi gənc nəslin elmə olan marağının daha da artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Olimpiadanın yüksək səviyyədə təşkili üçün dövlət başçısı İlham Əliyev 15 oktyabr 2009-cu il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə 2,4 milyon manat məbləğində vəsait ayırmışdır.
Azərbaycan Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" 2010-cu il 9 fevral tarixli sərəncamı respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi daşıyır. Sərəncamla Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500 min (beş yüz min) manat məbləğində vəsait ayrılmışdır. Bu, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində elmi tədqiqatların Avropa səviyyəsinə çatdırılmasını, gənc alimlərin dünya elminə inteqrasiyasını nəzərdə tutur.
Elmə, təhsilə daim yüksək qayğı ilə yanaşan dövlət başçısı İlham Əliyev AMEA-nın ümumi illik yığıncağındakı çıxışında alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bundan sonra da bir sıra tədbirlərin həyata keçiriləcəyini vurğulamışdır: "Azərbaycanda maaşlar, təqaüdlər vaxtaşırı qaldırılır. Ancaq son illər ərzində maaşların və təqaüdlərin bir neçə dəfə qaldırılmasına baxmayaraq, xüsusilə, dövlət sektorunda çalışanların sosial təminatı hələ ki, istədiyimiz səviyyədə deyildir. Bu məsələyə baxılacaq və əlbəttə ki, akademiya işçilərini narahat edən məsələlər öz həllini tapacaqdır".
Elmin inkişafına göstərilən yüksək diqqət eyni zamanda Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Bu diqqət və qayğını yüksək qiymətləndirən, məsuliyyətini dərk edən Azərbaycanın elmi ictimaiyyəti dövlət başçısı İlham Əliyevin dəyərli tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələrin icrasında bundan sonra da əzmlə iştirak etmək əzmindədir.

Hüseyn İSMAYILOV,
AMEA Folklor İnstitutunun direktoru,
filologiya elmləri doktoru, professor
28.04.2011

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.