Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
14.4.2017

“TÜRK XALQLARI FOLKLORU” ŞÖBƏSİ 20 İLLİYİNİ QEYD EDİR

“Türk xalqları folkloru” şöbəsi 1996-cı ildə Folklor Elmi-mədəni Mərkəzində “Müqayisəli folklorşünaslıq” şöbəsi adı ilə fəaliyyətə başlamışdır. 2002-ci ildə Folklor Elmi-mədəni Mərkəzi Azərbaycan Respublikasının Prezidenti mərhum Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu kimi fəaliyyətini davam etdirməyə başladı. “Müqayisəli folklorşünaslıq” şöbəsi isə “Türk xalqları folkloru” şöbəsi adı ilə fəaliyyətini davam etdirdi.


2017-ci ildə “Türk xalqları folkloru” şöbəsi öz fəaliyyətinin 20 illiyini qeyd etdi. Bu mərasimdə institutun direktoru, AMEA-nın müxbir üzvü, f.ü.e.d. Muxtar Kazımoğlu İmanov, direktor müavini f.ü.f.d. Oruc Əliyev, “Klassik folklor şöbəsi”nin müdiri f.ü.f.d. Rza Xəlilov, “Türk xalqları folkloru” şöbəsinin müdiri f.ü.e.d. Əfzələddin Əsgər, şöbənin aparıcı elmi işçisi f.ü.e.d. Almaz Hüseynova, şöbənin digər əməkdaşları və doktorantları, bundan başqa “Dədə Qorqud” şöbəsinin əməkdaşları və b. iştirak etmişlər.


İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, f.ü.e.d. Muxtar Kazımoğlu İmanov şöbənin uğurlu fəaliyyətindən danışmış, şöbənin müdiri f.ü.e.d. Əfzələddin Əsgəri filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alması münasibəti ilə təbrik etmiş, şöbə əməkdaşlarının fəaliyyətini yüksək dəyərləndirmişdir. Şöbənin müdiri f.ü.e.d. Əfzələddin Əsgər şöbənin bu uzun illik fəaliyyəti dövründə vacib, yadda qalan hadisələrdən danışmış, şöbənin gələcək planları haqqında məlumat vermişdir.
Şöbənin sonrakı fəaliyyətində uğurlar arzulayırıq!

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.