Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
31.3.2017

Folklor İnstitutunun Elmi Şurasında “Azərbaycan Novruzu: problemlər, müzakirələr” mövzusunda məruzə dinlənilib

Martın 31-də AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov açıb. Öncə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Xalidə Məmmədova və Elnarə Əmirlinin 2016-2017-ci tədris ili üçün AMEA Folklor İnstitutunun doktoranturasına (fəlsəfə doktorluğu proqramı üzrə) qəbulu ilə bağlı məsələyə baxıb. İmtahanları müvəffəqiyyətlə vermiş iddiaçıların dissertasiya mövzuları və elmi rəhbərləri təsdiq edilib.


Gündəlikdəki ikinci məsələ AMEA Folklor İnstitutunun “İrs” folklor ansamblının adının dəyişdirilməsi ilə bağlı olub. Qərara alınıb ki, ansamblın adı dəyişdirilsin və bundan sonra “Qorqud” folklor ansamblı adlandırılsın.


Bundan sonra Novruz bayramı mövzusunda Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri, tanınmış ictimai xadim, tarix üzrə elmlər doktoru Həsən Həsənovun “Azərbaycan Novruzu: problemlər, müzakirələr” mövzusunda məruzəsi dinlənilib. Novruz bayramı ilə bağlı konsepsiyasının əsas müddəalarını açıqlayan alim, öncə yazın gəlişi ilə yeni ili qeyd etmək ənənəsinin çox qədim kökləri olduğunu və bir çox müasir xalqlarda bu ənənələrin davam etdiyini bildirib. Bununla yanaşı o, qeyd edib ki, “yazgəlişi mərasimlərinin mahiyyəti eyni olsa da, adları, detalları, qədim zamanlarda olduğu kimi, indi də müxtəlifdir. Hər xalqın yazın gəlişi təntənəsinə öz baxışı, öz yozumu var. Mənim demək istədiklərim ancaq azərbaycanlıların Novruz bayramına aiddir. Bizim Novruz bayramı insanların şəxsi taleyi ilə deyil, astronomiya elmində izah olunan hadisələrlə bağlıdır”.


Zərdüştilik və Novruz bayramı məsələsinə toxunan məruzəçi bildirib: “Zərdüştilik adlandırdığınız dinin bayramları haqda cəm şəklində məlumatı zərdüştiliyin əsas tədqiqatçısı olan Meri Boys verir. Onun dediyinə görə, zərdüştilərin altı əsas bayramları var: Maidyoy-zaremaya (Yazın ortası), Maidyoy-şema (Yayın ortası), Paitişaxya (Məhsul yığımı bayramı), Ayatrima (Sürülərin yaylıqdan qayıtmaq bayramı), Maidyaitya (Qışın ortası), Xamaspatmaedaya (Fravarşi şərəfinə ziyafət). Mənbələrin verdiyi məlumatlarda zərdüştilərin Novruz adında bayramı sadalanmır. Sadəcə, Meri Boys zəmanəmizin reallığına əsaslanaraq qeyd edir ki, Novruzu da Zərdüşti bayramlarının siyahısına yeddinci olaraq əlavə etmək lazımdır”.


“Novruz” sözünün mənşəyinə gəlincə, H.Həsənov sözün birmənalı olmadığını bildirib: “Fars dilində “Yeni gün” “Novruz” deyil, “Ruzi-no”dur. İfadələrin ikisinin də tərkibində “no/yeni” və “ruz/gün” sözləri var. Sadəcə “Ruzino” fars sözləri və fars qrammatikası əsasında formalaşan ifadədir. “Novruz” isə fars sözlərinin Azərbaycan dilinin qrammatik qaydaları əsasında düzümü nəticəsində yaranıb. Beləliklə, “Novruz” sözünü birmənalı olaraq fars ifadəsi kimi qələmə vermək səhvdir. Novruz/Nouruz/Noruz ifadəsindən hal-hazırda həm türk, həm irandilli xalqlar hərə öz sözü sayaraq istifadə edir. Bu da ondan irəli gəlir, ki, novruz/nouruz/noruz sözü fars və türk dillərinin qovuşması nəticəsində yaranan sözdür”.
Eləcə də H.Həsənov “bayram” sözünün açımı, Novruz çərşənbələri ilə bağlı da fikirlərini bölüşüb. Apardığı tədqiqatlara əsaslanaraq bildirib ki, Novruz bayramının səkkiz rəqəmi ilə bağlantısı qədim türk əsilli skiflərin səkkiz tanrılı panteonu ilə əlaqədardır. Bu tanrıların adı, funksiyaları və yunan tanrıları ilə müqayisəsi haqda əsaslı məlumatı e.ə. V əsrdə yaşayan yunan tarixçisi Herodotun əsərində rast gəlirik. Məruzəçi də onun məlumatlarını əsas olaraq götürüb.


H.Həsənovun çıxışından sonra fil.ü.e.d., professor Kamran Əliyev, fil.ü.e.d., professor Füzuli Bayat, fil.ü.e.d., professor Kamil Allahyarov, fil.ü.e.d., professor Məhərrəm Qasımlı, tar.ü.e.d., professor Şahin Fazil, fil.ü.e.d., professor Məhəmməd Əliyev, tar.ü.f.d. Eynulla Mədədli, sən.ü.e.d., professor Nailə Rəhimbəyli, fil.ü.f.d. Nizami Muradoğlu, fil.ü.f.d. Atəş Əhmədli və başqaları alimin fikirlərinə münasibət bildiriblər.
Çıxışlara münasibətini bildirən və çoxsaylı sualları cavablandıran H.Həsənov sonda məruzə üçün imkan yaradıldığına görə AMEA rəhbərliyinə, eləcə də AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu - İmanova təşəkkürünü bildirib.


Elmi Şuranın iclasını yekunlaşdıran AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanov Həsən Həsənova məruzəsinə görə təşəkkürünü bildirib. O, bu müzakirənin keçirilməsində başlıca məqsədin milli bayram saydığımız Novruzun əsas konturlarının müəyyənləşdirilməsi olduğunu, elmi müstəvidə müqayisələr, paralellər aparılmasının gərəkliyini bildirib: “Müzakirədə meydana çıxan xətlər, şaxələr çoxdur. İstəyimiz odur ki, Novruzla bağlı hay-küy, yalançı milli təəssübkeşlik yox, normal tədqiqatlar ortaya çıxsın”.
Bununla da Elmi Şuranın iclası başa çatıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.