Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
28.3.2017

Folklor İnstitutu əməkdaşları AMEA-da təşkil olunmuş daha bir Novruz tədbirində iştirak etmişlər

17-18 mart tarixlərində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və AMEA Alimlər evinin birgə təşkilatçılığı ilə Şamaxıda, N.Tusi adına Şamaxı Astrofizika Rəsəd-xanasında “Fizika və lirika. Novruz bayramı elmdə və ədəbiyyatda” adlı elmi-praktik konfrans keçirilmişdir. Tədbirin ilk günü AMEA Folklor İnstitutunun “İrs” folklor an-samblı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Şamaxı şöbəsi nəzdindəki yerli musiqi kollektivlərinin iştirakı ilə bayram konserti təşkil olunmuş, tonqallar qalanmış, Novruz atributları nümayiş etdirilmişdir.


Təbirin ikinçi günü Novruzla bağlı elmi məruzə və müzakirələrə həsr olunmuşdur. Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və AMEA-nın akademik-katibi, müxbir üzv Nazim Məmmədov açmış, sonra elmi məruzələr dinlənilmişdir.
AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərim-linin „Novruz təqvimi və klassik ədəbiyyat“, AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanovun “Folklorda səma cismləri və elmi yozumlar”, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun “Novruz bayramı və astrologiya elmi”, fil.ü.e.d., professor Tahirə Məmmədin “Novruzla bağlı təbiət dəyişmələrinin poeziyada inikası”, bio.ü.f.d., dosent Sadıq Qarayevin “Fizika və lirika: paralelliklər və fərqliliklər” adlı məruzələrində Novruz Azərbaycan xalqının emprik bilikləri ilə mənəvi dəyərlərinin vəhdətdə təzahür etdiyi mədəniyyət hadisəsi kimi dəyərləndirilmişdir.


Sonda fil.ü.f.d. Leyli Əliyevanın ifasında F.Kuznetsovun “Fizika və lirika” şeiri dinlənilmişdir.
Qeyd edək ki, tədbirdə məruzəçilərlə yanaşı AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, AMEA Alimlər Evinin direktoru, tar.ü.f.d. Nuridə Quliyeva, AMEA Elm və Təhsil İdarəsinin rəisi, tex.ü.e.d. Əminağa Sadıqov və digər elm xadimləri də iştirak etmişlər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.