Folklor İnstitutu “İrs” ansamblının yeni konsert proqramı

Martın 7-də AMEA Folklor İnstitutu “İrs” ansamblı Beynəlxalq Muğam Mərkəzində geniş konsert proqramı ilə çıxış edib. Respublikanın əməkdar artisti Nuriyyə Hüseynovanın rəhbərlik etdiyi ansamblın bu konserti daha çox bayram repertuarı ilə zəngin olub. “Novruz gəlir, yaz gəlir” adlanan konsert kompozisiyada qədim mahnılarımızla yanaşı Türk dünyasının klassiklərinin irsindən nümunələr də səsləndirilib.
Nuriyyə Hüseynovanın, Novruz Novruzlunun, Həlimət Sultanın, Aşur Adgözəlovun, Solmaz Kosayevanın ifa etdiyi bahar ovqatlı mahnılar tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 |