Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak edib

Prezident İlham Əliyev əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının binası ətrafında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub. AMEA prezidenti, akademik Mahmud Kərimov bildirib ki, ərazidə fəaliyyət göstərən AMEA elmi-tədqiqat institutlarında yenidənqurma işləri görülüb, binalar yenidən təmir olunub, ətraf ərazilərdə geniş yaşıllıq zolağı salınıb. 2008-ci ildə başlanan təmir və yenidənqurma işlərinin tamamlandığı, iş otaqlarının zəruri avadanlıqla təchiz olunduğu, işçilərin elmi fəaliyyəti üçün binada hər cür şəraitin yaradıldığı qeyd olunub. Prezident İlham Əliyev binanın əvvəlki və təmir vaxtı görüntülərini əks etdirən fotolara da baxıb.

Sonra Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak edib.

Yığıncaqda çıxış edən akademik M.Kərimov bildirib ki, son illərdə akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm addımlar atılıb. Dövlət başçısının göstərişi ilə Şamaxı Astrofizika Rəsədxanası, Milli Azərbaycan Tarixi Muzeyi və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi yenidən qurulub.

“Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən biri də akademiyanın varlığının qorunub saxlanmasıdır” - deyən Mahmud Kərimov bildirib ki, bu gün akademiyanın qarşısında xalqımızın taleyi, mili-mədəni və mənəvi varlığının qorunub saxlanması baxımından mühüm vəzifələr qoyulub. Hazırda 2009-2015-ci illərdə Azərbaycan elminin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı mühüm işlər görülür.

Sonra ötən il dünyasını dəyişən akademiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən dövlət başçısı Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı konkret addımların atıldığını qeyd edərək bu siyasətin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Dövlət başçısı deyib ki, 1945-ci ildən fəaliyyət göstərən akademiya böyük və şərəfli yol keçib, alimlərimiz ölkəmizin inkişafına uğurlu töhfələr veriblər.

Akademiyada Azərbaycanın elitasının cəmləndiyini qeyd edən ölkə Prezidenti bildirib ki, elmin inkişafı respublikanın tərəqqisində mühüm rol oynayır. Elmi tədqiqatların ölkədə aparılan iqtisadi siyasətlə bağlılığının diqqətdə saxlanılmasının mühümlüyünə toxunaraq Elmin İnkişafı Fondunun bu sahədə xidmətlərindən danışıb. Dövlət başçısı qeyd edib ki, elmin inkişafı ümumi inkişaf templəri ilə uzlaşmalı, elm, təhsil, iqtisadiyyat birliyi yaradılmalı, bunun üçün prioritetlər düzgün seçilməli və onun üzərində işlər aparılmalıdır. Alimlərimizin qazandığı uğurlardan söz açan Prezident İlham Əliyev geoloq alimlərin həyata keçirdiyi elmi tədqiqatların əhəmiyyətindən danışıb. Bu istiqamətdə elmi kəşflərin nəticəsi kimi bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas amilə çevrildiyini vurğulayıb. Ölkədə Neft-kimya kompleksinin tikintisi ilə bağlı işlərin görüldüyünü qeyd edən dövlət başçısı bu prosesin yeni iş yerlərinin açılmasına və elmi tədqiqatların daha da sürətlənməsinə imkan verəcəyini qeyd edib. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayaraq AMEA-nın aqrar bölməsinin yaradılması üçün təcili tədbirlərin görülməsinin vacibliyini bildirib. Hazırda ölkədə elmi-texniki tərəqqi ilə bağlı addımlar atıldığını, kosmik sənayenin yaradılması prosesinin getdiyini söyləyib. İKT-nin inkişafının əsasən intellektual potensialın gücləndirilməsinə yönəldiyini, ölkədə hərbi-sənaye kompleksinin yaradıldığını bidirib. Dövlət başçısı humanitar elmlərin inkişafının diqqət mərkəzində olduğunu və bu sahədə aparılan elmi işlərin səviyyəsinin təqdirəlayiq olduğunu vurğulayıb.

Ölkə başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu ölkənin və bölgənin tarixi ilə bağlı elmi əsərlərin yazılmasını şərtləndirir. Xüsusilə İrəvan xanlığının tarixi ilə bağlı yazılan təqdirəlayiq əsərlərin əhəmiyyətindən danışaraq Dağlıq Qarabağla bağlı sanballı elmi əsərlərin sayının çoxaldılmasının əhəmiyyətini qeyd edib.

Tədbirdə həmçinin, M.Kərimov 2010-cu ildə həyata keçirilən elmi tədqiqatlar və onların istiqamətləri barədə məlumat verib.

Sonra akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Akif Hacıyev, Vaqif Fərzəliyev, Bəkir Nəbiyev hesabat məruzəsi ilə çıxış ediblər.

İllik hesabat səsə qoyularaq təsdiq edilib.

Səslənən təkliflərə münasibət bildirən ölkə Prezidenti qaldırılan məsələlərin tezliklə həllini tapacağını qeyd edib.

M.Kərimov dövlət başçısına elm adamlarına göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib. Yığıncaqdan sonra Prezident İlham Əliyevə gələcəkdə akademiyanın strukturunda yer alan bəzi binaların inşası və yenidən qurulması ilə bağlı həyata keçirilən işlər barədə məlumat verilib. Dövlət başçısı akademiyanın digər hissəsində aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olub.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.