Folklor İnstitutunda Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib
Martın 1-də AMEA Folklor İnstitutunda Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib. İnstitutun Mülki Müdafiə qərargahının rəisi Elşad Quliyev tədbiri giriş sözü ilə açaraq bu günün yaranma tarixi haqqında bilgi verib. Sonra o, “Mülki müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi fövqəladə hallarda (zəlzələ, yanğın, düşmən hücumu, daşqın, yaralanma və s.) davranış, xilasetmə və ilkin tibbi yardım qaydaları haqqında ətraflı bilgi verib. E.Quliyev AMEA II Xüsusi şöbəsinin bu kimi hallarda əməkdaşların təhlükəsizliyinin təşkili və qorunması ilə bağlı tövsiyə və tapşırıqları və çap olunmuş kitabçalar əsasında hərəkət edildməsinin gərəkliyini vurğulayıb.
Tədbirdə fövqəladə hallar zamanı odsöndürən balondan istifadə qaydaları haqqında da ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Bildirək ki, tədbir ərəfəsində Folklor İnstitutunun foyesinə fövqəladə hallar zamanı davranış qaydalarını əks etdirən plakatlar vurulub.

|