Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
24.2.2017

Folklor İnstitutunda Xocalı faciəsi ilə bağlı anım tədbiri keçirilib

  Fevralın 24-də AMEA Folklor İnstitutunda Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov bildirib ki, ötən yüzilin sonlarında ermənilər Qarabağ hadisələrini başlayanda mətbuatdakı bir ifadə tez-tez diqqətimizi çəkirdi: “Dağlıq Qarabağdakı erməni separatçıları”. Bu ifadədə həm hüquqi baxımdan, həm hadisələrin mahiyyətini dərk etmək baxımından həqiqət var idi: əgər hər hansı bir ölkənin vətəndaşı millətindən asılı olmayaraq, o ölkənin qayda-qanunundan, konstitutsiyasından kənara çıxırsa, beynəlxalq normaları pozursa, o ölkənin həmin separatçılıq hərəkatını yatırmaq ixtiyarı var. Ermənilər XX əsrin əvvəllərində Türkiyədə baş verən hadisələrlə bağlı yuz ildir ki, uydurma soyqırım təbliğatı aparırlar: rəqəmlər hədsiz dərəcədə şişirdilir, oradakı əhalinin sayından da qat-qat çox göstərilir. Orada da həmin hadisə baş vermişdi: ölkənin çox sayda erməni vətəndaşı xarici qüvvələrin təhriki ilə dövlətə itaətsizlik göstərib, qanundan kənara çıxıb separatçılığa başlamışdı. Silahlanaraq müharibə şəraitində olan dövlətə qarşı daxildən qiyam qaldırıb milyondan artıq dinc müsəlman sakini qətlə yetirmişdilər və bu cinayətin qarşısı alınmışdı.
  Sovet imperiyasının havadarlığı altında Ermənistan Respublikası da cinayətə əl atdı: Dağlıq Qarabağda ermənilər silahlandırıldı. Burada separatçılığı tam yatırmaq hüququ olan ölkənin hüquqları əlindən alındı, yaxud hansısa səbəbdən passivlik göstərildi, əks proses baş verdi. Erməni silahlı birləşmələri sovet hərbi hissələrinə arxalanaraq, Azərbaycanda qətliamlar törətdilər. Onların ən dəhşətlisi Xocalı soyqırımı idi…”


   M.Kazımoğlu-İmanov daha sonra dövlət səviyyəsində Xocalı faciəsi ilə bağlı tədbirlərin, xüsusi sərəncamların əhəmiyyətindən danışıb: “Hər il dünyanın müxtəlif ölkələrində “Xocalıya ədalət” aksiyası keçirilir. Bu kimi tədbirlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Bu kimi faciələrimizi tanıdarkən özümüz də müəyyən məsələləri təhlil etməliyik. Yəni harada səhvlər etdik, tarix boyunca başımıza gələnlərdən niyə nəticə çıxarmadıq və s. İnadla, geri çəkilmədən bu hadisənin mahiyyətini özümüzə və dünyaya tanıtmağımız gərəkdir”.


  Sonra İnstitutun Folklor Studiyasının Xocalı faciəsi ilə bağlı hazırladığı filmə (ideya müəllifi Mahir İbrahimov, rejissor Qasım Nağı, montaj və mətni səsləndirən Firdovsi A.Nəbiyev) və klipə baxış olub. “Müasir folklor” şöbəsinin müdiri, fil.ü.e.d. Füzuli Bayat Azərbaycan dövlətinin bütün səylərinə baxmayaraq dünyanın hələ də Xocalı faciəsinə biganəliyindən söz açıb. “Xarici əlaqələr” bölməsinin rəhbəri Əli Şamil və fil.ü.e.d. İslam Sadıq Xocalı ilə bağlı həqiqətlərin özümüzə və dünyaya olduğu kimi çatdırılmasında hər bir vətəndaşımızın məsuliyyət daşımalı olduğunu bildirib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.