Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
21.2.2017

AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbirdə iştirak edib

   Fevralın 21-də Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Azərbaycan dili və ədəbiyyat kafedrasının hazırladığı Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbir keçirilib.
   Tədbir Azərbaycan Respublikası Dövlət himni ilə başlanıb. Öncə Ana dili ilə bağlı hazılanmış videoçarx nümayiş etdirilib. Şagirdlər ana dilimizin gözəlliyini vəsf edən şeirlər, bayatılar deyiblər. Eləcə də şagirdlərin ifasında H.Cavidin “İblis”, S.Vurğunun “Vaqif” pyeslərindən təqdim olunan səhnəciklər maraqla qarşılanıb.
  AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu ana dilini sevən, ona qayğı göstərən hər bir kəsi Ana dili günü münasibətilə təbrik edib.

   AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov öncə şagirdlərin çıxışını yüksək dəyərləndirib: “Bu çıxışlar ilk növbədə onların istedadını, başqa tərəfdən daxili sərbəstliyini göstərir. Daxili sərbəstlik Azərbaycan vətəndaşı üçün gərəkli mənəvi amillərdən biridir. Ona görə ki, dünyanın dövlət dili olan 70 dildən biri Azərbaycan dilidir. Azərbaycan vətgəndaşı daxilən sərbəst olmalıdır ki, dünyanın ən yüksək kürsülərindən Azərbaycanın haq sözünü deyə bilsin”.
   Ana dili ilə bağlı fikirlərini bölüşən M.Kazımoğlu-İmanov bildirib ki, dövlət dili olmaq dünyanın beynəlxalq dillərindən biri olmaq deməkdir. Bunun üçün dilimizin ardıcıl olaraq müxtəlif sahələrdə inkişafı vacibdir”.

   M.Kazımoğlu-İmanov arzulayıb ki, qoy şagirdlər Azərbaycan dilinin gücünü, zənginliyini yalnız bədii ədəbiyyat sahəsində yox, kimya, biologiya, fizika, riyaziyyat, astronomiya, coğrafiya və b. elm sahələrində də göstərsinlər.
   Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova Beynəlxalq Ana dili gününün yaranma tarixi haqqında danışıb, bildirib ki, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edilib: “2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür. Ana dilimizi qorumaq, inkişaf etdirmək, sevmək və sevdirmək hər birimizin vətəndaşlıq borcu, müqəddəs vəzifəsidir”.

  Bu qəbildən tədbirlərin əhəmiyyətini qeyd edən Aygün xanım şagirdlərin çıxışları haqqında xoş sözlərini çatdırıb, təşəkkürünü bildirib. Onların belə hərtərəfli inkişafında müəllimlərin zəhmətini yüksək qiymətləndirib. Sonda isə Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Sədaqət Əhmədova tədbirin təşkilatçı və iştirakçılarına, tədbiri diqqətlə izləyən qonaqlara gəldikləri və dedikləri xoş sözlərə görə təşəkkürünü bildirib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.