Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
16.2.2017

“Şərur folklor örnəkləri” kitabı işıq üzü görüb

AMEA Folklor İnstitutu tərəfindən işıq üzü görmüş “Şərur folklor örnəkləri” (I kitab) kitabının toplayıcıları AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) və fil.ü.f.d., dos. Fidan Qasımova, Gülnurə Canməmmədova, Fəridə Kərimova, tərtibçilər AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) və fil.ü.f.d., dos. Fidan Qasımova, redaktoru fil.ü.f.d., dos. İlkin Rüstəmzadədir.

AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) “Ön söz”də yazır: “Naxçıvan folkloru, söz yox ki, Azərbaycan, ümumtürk, eləcə də dünya folklorunun tərkib hissəsidir. Bununla yanaşı o da qeyd olunmalıdır ki, zaman-zaman Naxçıvanda yaranan folklorun bir sıra özünəməxsus cəhətləri, başqa regionlarımızın folklorundan müəyyən qədər fərqlənən xüsusiyyətləri vardır. Bu günün özündə Naxçıvanda, xüsusən Şərurda onlarla yallının ifa olunması, haxışta və gülümeylərin toy mərasimlərinə milli kolorit verməsi, “Xan bəzəmə” oyununun Novruz şənliklərinin tərkib hissəsinə çevrilməsi göstərir ki, musiqi, rəqs, tamaşa və sözün vəhdətinə əsaslanan ifaçılıq bu bölgə üçün nə dərəcədə səciyyəvidir. Naxçıvan folklorunu ayrıca götürülmüş söz mətnləri baxımından araşdırsaq, heç şübhəsiz, bu folklorda mif, əfsanə, rəvayət, nağıl və lətifə kimi janrların aparıcı yer tutmasının şahidi olarıq. Bu aparıcılığı ümumu şəkildə olsa da, nə ilə müəyyənləşdirə bilərik? Həmin janrların işləkliyi; məzmun və formaca mükəmməlliyi; obraz, motiv və süjetinə görə orijinallığı ilə”.

“Ön söz”də o da vurğulanır ki, Naxçıvan Muxtar Respublikasında folklor nümunələri və etnoqrafik materialların toplanması üçün əlverişli şərait vardır. Bu şəraitin yaranmasında dövlət əhəmiyyətli tədbirlər və qəbul edilmiş rəsmi sənədlər mühüm rol oynayır.

Fil.ü.f.d., dos. Fidan Qasımova “Şərur folklor və mədəniyyətin beşiyidir” adlı yazıda bölgədən folklor toplayıcılığı ilə bağlı təəssüratlarını qələmə alıb: “Şərur bölgəsindən toplanan xalq ədəbiyyatı nümunələri bölgənin zəngin folkloru haqqında aydın təsəvvür yaradır. Bu nümunələrin araşdırılması, ayrı-ayrılıqda tədqiqata cəlb olunması vacib məsələlərdəndir”.

Kitabda “Mifoloji mətnlər, əfsanə və rəvayətlər”, “Peyğəmbərlər və imamlar haqqında”, “Ziyarətgahlar, pirlər, ocaqlar və seyidlər haqqında”, “Tarixi şəxsiyyətlər haqqında”, “Müxtəlif məzmunlu rəvayətlər”, “İnanclar”, “Etnoqrafik mətnlər”, “Nağıllar”, “Lətifələr”, “Dastan”, “Uşaq oyunları”, “Şərur yallısı haqında”, “Atalar sözü”, “Tapmacalar”, “Bayatılar”, “Gülümeylər”, “Haxıştalar”, “Laylalar və nazlamalar”, “Sayaçı sözləri və holavarlar”, “Alqışlar”, “Üzərlik haqqında”, “Nəğmələr”, “Sara ilə bağlı nəğmələr”, “Sinəzənlər”, “Gəlin-qaynata deyişməsi”, “Sicilləmələr”, “Müxtəlif məzmunlu şeirlər”, “Aşıq Billabalı Şiralı”, “Söyləyicilər haqqında məlumat”, “Şərur rayonundan və söyləyicilərlə görüşdən görüntülər” kimi bölümlər yer alıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.