Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
25.1.2017

“Baba ocağı” romanının təqdimatı olub

Yanvarın 25-də AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda AMEA Folklor İnstitutunun Azsaylı xalqların folkloru şöbəsinin müdiri, fil.ü.f.d., dos. Nizami Muradoğlunun “Baba ocağı” romanının təqdimatı olub. Tədbiri giriş sözü ilə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov açaraq bildirib ki, N.Muradoğlunun romanında baş verən hadisələr XX əsrin əvvəllərində, erməni təcavüzünün tüğyan etdiyi illərdə, əsasən Ordubad rayonunun Əylis kəndində cərəyan edir. Müəllif romanda dövrün ziddiyyətli hadisələrini, erməni təcavüzkarlarının iç üzünü, mənəvi puçluğunu realist boyalarla, təsirli həyat səhnələri ilə təsvir etməyə çalışıb.

Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Məmməd Əliyev kitabın məziyyətlərindən danışıb, tariximizlə bağlı həqiqətlərin təbliği baxımından əsərin əhəmiyyətini qeyd edib. Bildirib ki, tarixi roman janrında yazılan bu əsər epik növün bütün tələblərinə tam cavab verir. Əsərin baş qəhrəmanı Əylis və əylislilərdir. ““Baba ocağı” romanı Əylis insanlarının yaddaşında bu gün belə yaşayan, nəsildən-nəslə keçən hadisələr əsasında yazılıb” – deyən M.Əliyev qeyd edib ki, əsərdə tarixi sənədlər əsasında təkzibedilməz faktlar ortaya qoyulur.

BDU-nun Klassik ədəbiyyat kafedrasının dosenti, fil.ü.f.d. Mətanət Saraclı romanda Azərbaycan xalqının haqq işi uğrunda mübarizəsinin real təsvirinin verildiyini diqqətə çatdırıb.
AMEA Folklor İnstitutu Mərasim folkloru şöbəsinin müdiri, fil.ü.f.d. Ağaverdi Xəlil əsərin yazılma, ərsəyəgəlmə, müəllifin arxiv sənədləri ilə işləmə prosesindən danışıb. O, romanın milli tariximizin aktual problemlərinə həsr olunduğunu qeyd edib.
Təhsil Problemləri İnstitutunun əməkdaşı, fil.ü.f.d. Adilə Nəzər əsərdə Azərbaycanın çoxəsrlik tarixinin, ruhunun hiss olunduğunu deyib. O, müəllifin əsəri yazmazdan öncə mövzunu dərindən tədqiq etdiyini, səciyyəvi detalları diqqətdən kənarda saxlamadığını bildirib.

Filoloq İsmayıl Həkimli romanın Nizami Muradoğlunun yazıçı kimi yaradıcılıq imkanlarını üzə çıxardığını qeyd edib.
Şair İltimas İsmayıl romanda real həyatın tarixi zəmində əks olunmasını əsas məziyyət kimi dəyərləndirib.
Cavid ədəbi məclisinin sədri Kəmaləddin Qədim belə bir əsər ortaya qoyması münasibətilə N.Muradoğlunu təbrik edib.

N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı, fil.ü.e.d., professor Kamil Allahyarov əsəri Azərbaycanın müasir tarixinin bədii obrazı adlandırıb.
İctimai TV-nin əməkdaşı Kamil Məhərrəmoğlu əsəri sevə-sevə oxuduğunu deyib. Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, fil.ü.e.d, professor Asif Rüstəmli əsərin folklor və əlyazmalar qaynağına söykəndiyini qeyd edib.
Sonda müəllif N.Muradoğlu tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib, nəşrin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.