Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
16.1.2017

“Folklor və dövlətçilik düşüncəsi”

“Folklor və dövlətçilik düşüncəsi” (I cild) adlı kitab AMEA Rəyasət Heyətinin qərarı ilə tövsiyə edilmiş elmi tədqiqat proqramı (“Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramların folklor baxımından genezisi”) çərçivəsində AMEA Folklor İnstitutu tərəfindən nəşr olunub.
Layihənin rəhbəri AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanovdur.
“İnstitutdan” başlığı altında təqdim olunan yazıda bildirilir: “Dövlətçilik tarixi-ictimai mədəniyyətin ən yüksək formasıdır. Bu mədəniyyətə sahib olmayan xalqlar milli varlıqlarını qoruya bilməmişlər. Bu mədəniyyətin və ənənənin qorunmasını isə folklor yaddaşı, xalqın mənəvi bütövlüyünü təşkil edən ehtiyatlar təmin edir. Bu mənada folklor və dövlətçilik bir-birinə sıx surətdə bağlı, üzvi vəhdət təşkil edən məsələlərdir. Cəmiyyət dünyəvi qanunlara zaman-zaman uyğunlaşır, ancaq milli əxlaqa, milli ənənəyə və milli davranışa sıx bağlı olan qanunlar ictimai münasibətlərdə dərhal öz təsdiqini tapır.
Folklorun tarixən dəyişməz qalan funksiyası məhz milli düşüncə sistemi və milli davranış formulları vəzifəsini yerinə yetirməsidir. Bu isə Azərbaycan və ümumtürk folklor düşüncəsinin aktual olan simvol və formullarının öyrənilməsini birbaşa nəzərdə tutur.
Elmi-tədqiqat proqramında başlıca məqsəd türk dövlətçilik düşüncəsi üçün xarakterik olan simvolların strukturunu öyrənmək, milli etiket, mərasim və bayramları etnosun total davranış formulu və özünütəşkiletmə modeli kimi folklor materialları əsasında rekonstruksiya etməkdir. Burada dövlətçiliyimizin mənəvi əsaslarını gücləndirən folklor ehtiyatlarının öyrənilməsi, resakralizasiya imkanlarının aydınlaşdırılması, dəyər konseptlərinin müasir və davranışın aktiv hissəsinə daxil edilməsinin yollarının araşdırılması qarşıya qoyulan əsas məsələlərdir”.
AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanov “Dövlətçilik düşüncəsinin əsas istiqamətləri və folklor” adlı yazısında vurğulanır ki, dövlətçiliyin əsas amilləri olan xalq, vətən, hakimiyyət və ordu folklorda ideallaşdırılmış şəkildə təqdim edilir. Folklorda xalq əcdad kultunu özündə ehtiva edən bir anlayışdır. Dədə Qorqud kimi bir övliyanın yaşadığı Oğuz eli igidlərin, uğrunda başdan keçməyə hazır olduqları bir cəmiyyətdir. Xalqın şanlı keçmişinin təmsilçiləri olan əcdadlar çox böyük ehtiramla yad edilir, Oğuznamə silsiləsinə daxil olan dastanlar məhz ulu əcdadların şəninə qoşulub ifa olunur.
Kitabda həmçinin fil.ü.e.d. Füzuli Bayatın “Türk dövlətçilik ənənəsi və idarəetmə ritualları”, fil.ü.e.d. Seyfəddin Rzasoyun “Əcdad kultu və Oğuz dövlətçilik ənənəsi”, fil.ü.e.d. Əfzələddin Əsgərin “Tuğa (bayrağa) qurban mərasimi”, fil.ü.f.d. Sərxan Xavərinin “Milli mədəniyyət kontekstində folklor və dövlətçilik”, fil.ü.f.d. Ağaverdi Xəlilin “Türk xalqlarının mərasim folkloru və dövlətçilik”, fil.ü.f.d. Elçin Abbasovun “Qədim türklərin dəfn mərasimləri xalq inamları kontekstində”, fil.ü.f.d. Oruc Əliyevin “Azərbaycan nağıl və dastanlarında dövlətçiliklə bağlı mərasimlərin izləri” adlı yazılar yer alıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.