Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
9.1.2017

AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib


Yanvarın 6-da AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.

İlk məsələ - AMEA Folklor İnstitutunun 2017-ci il üçün elmi tədqiqat planları barədə danışan Muxtar Kazımoğlu-İmanov bildirib ki, 2016-cı ildə institutda bir sıra problem və mövzular üzrə tədqiqat işləri yerinə yetirilib. Qarşıdakı illər üçün elmi-tədqiqat şöbələrinin yeni problem və yeni mövzuları müəyyənləşdirməsi zəruridir. Eləcə də fərdi iş planlarının da yaxın günlərdə elmi katibliyə təqdim olunmasının vacibliyi qeyd edilib.

Digər məsələ - AMEA-nın www.science.gov.az saytında verilmiş elana əsasən folklorşünaslıq ixtisası üzrə AMEA Folklor İnstitutunun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, fil.ü.e.d., prof. Kamran Əliyevin və “Müasir folklor” şöbəsinin müdiri, fil.ü.e.d. Füzuli Gözəlovun AMEA-nın müxbir üzvlüyünə namizədliklərinin irəli sürülməsi haqqında institutun elmi katibi f.ü.f.d. Elçin Abbasov məlumat verib. Elmi Şura üzvləri fil.ü.e.d., prof. Kamran Əliyevin və fil.ü.e.d Füzuli Gözəlovun namizədliklərini müzakirə ediblər. Fil.ü.e.d. Seyfəddin Rzasoy, fil.ü.f.d. Elxan Məmmədli çıxış edərək hər iki alimin özünəməxsus yaradıcılıq, insani keyfiyyətləri haqqında danışıblar.

Elmi Şura üzvləri qaldırılan məsələnin lehinə səs veriblər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.