Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
15.12.2016

Folklor İnstitutunun Elmi Şurasında 2016-cı ilin elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabat dinlənilib

Dekabrın 13-də AMEA Folklor İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözüylə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov gündəlikdə bir məsələnin - Folklor İnstitutunun 2016-cı il üçün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatın olduğunu bildirib. İnstitutun elmi katibi, fil.ü.f.d., dos. Elçin Abbasov aşağıdakı istiqamətlər üzrə hesabatı Elmi Şura üzvlərinin diqqətinə çatdırıb:

2016-cı ildə AMEA Folklor İnstitutu folklorun müasir elmi nailiyyətlər səviyyəsində toplanması, tərtib-nəşr edilməsi və öyrənilməsi sahəsində dəyərli işlər görüb. İnstitutun yerinə yetirdiyi işlərin böyük qismi Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, eləcə də Dövlət proqramlarının icrası ilə bağlı olub.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı ilə əlaqədar aprelin 1-də AMEA Folklor İnstitutunda görkəmli ədəbiyyatşünas, publisist, tərcüməçi və ictimai xadim Ceyhun Hacıbəyliyə həsr olunmuş “Ceyhun Hacıbəyli və Azərbaycan folkloru” mövzusunda Elmi Sessiya keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar təsdiq edilmiş tədbirlər planına əsasən, AMEA Folklor İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu ilə birlikdə 19-20 may 2016-cı il tarixində Zaqatala şəhərində “Azərbaycan folkloru və mədəni müxtəliflik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans təşkil edib. Zaqatala şəhəri Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbirin təşkilinə Zaqatala Rayon İcra Hakimiyyəti dəstək verib. 50-yə yaxın məruzəçinin qatıldığı Konfransın işi “Etnoslararası dialoq və uzlaşmada ənənəvi dəyərlərin rolu”, “Azərbaycan folklorunun etnik-lokal rəngarəngliyi”, “Multikultural zəmində əlaqə və münasibətlər: folklor turizmi”, “Azərbaycan folklorunda fərqli mədəniyyət elementləri: tarixi və etnik aspektlər”, “Azərbaycan folklorunda dini tolerantlıq” kimi bölmələr üzrə aparılıb.

19 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, AMEA Folklor İnstitutu, Qusar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusarda “Xalq yaradıcılığında multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirib.

“Multikulturalizm ili” ilə əlaqədar İnstitutda Azərbaycanın multikultural dəyərlərini əks etdirən kitablar çap olunub (Zaqatala folklor örnəkləri. Toplayıb tərtib edəni Zümrüd Mənsimova. Bakı, Elm və təhsil, 2016; Mətanət Yaqubqızı. Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm. Bakı, Elm və təhsil, 2016).

“Multikulturalizm ili” ilə əlaqədar olaraq Azərbaycanda yaşayan azsaylı xalqların və etnik qrupların milli-mənəvi dəyərlərinin – folklorunun toplanması, nəşri və tədqiqi məqsədilə İnstitutda AMEA Rəyasət Heyətinin 20 aprel 2016-cı il tarixli 7/27 saylı qərarı ilə “Azsaylı xalqların folkloru” şöbəsi yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar AMEA RH-nin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Folklor İnstitutu 10 iyun 2016-cı il tarixində “I Türkoloji Qurultay – 90. Görünən və görünməyən tərəflər” mövzusunda Elmi Sessiya keçirib.

2017-ci ildə Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunları təşkili barədə Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2015-ci il tarixli sərəncamı ilə əlaqədar olaraq AMEA Folklor İnstitutu AMEA Ədəbiyyat İnstitutu ilə birgə 15 iyul 2016-cı il tarixində Bakı şəhərində “İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda Beynəlxalq Elmi Konfrans təşkil edib. Konfransın məqsədi IV İslam Həmrəyliyi Oyunları ərəfəsində həmin tədbirə marağı daha da artırmaq, elmi ictimaiyyətin diqqətini İslam coğrafiyasında oyun mədəniyyətinə, bu mədəniyyətin dövlətlər və xalqlararası əlaqələrdə yeri və s. kimi məsələlərə yönəltmək olub. Konfransın təşkilində digər bir məqsəd İslam coğrafiyası və Azərbaycanda mövcud olan ənənəvi mədəniyyət resurslarının yeni aspektlərdən öyrənilib sosial harmoniya, həmrəylik və mənəvi birlik kimi vacib işlərə cəlb edilməsi idi. Konfransın materialları iri formatda kitab şəklində çap edilib (Bakı, Elm və təhsil, 328 səh.).

Oktyabrın 18-də AMEA-nın əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Folklor və dövlətçilik” mövzusunda ikinci elmi konfrans keçirilib ki, bu tədbir də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü haqqında” sərəncamının icrası ilə əlaqədar təşkil edilib.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası ilə bağlı AMEA Folklor İnstitutu Konsepsiyada mədəni irsin qorunması barədə müddəalara adekvat olaraq, Azərbaycan folklorunun müasir elmi prinsiplərə uyğun şəkildə toplanması, konser-vasiyası və nəşri istiqamətində irimiqyaslı işləri davam etdirib.

Elmi-tədqiqat işləri: 2016-cı ildə İnstitutda “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 7 mövzu, 46 iş əsasında tədqiqatlar aparılıb. Onlardan plana uyğun olaraq 28-i iş tamamlanıb.

“Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi” (8 m.v., 2015-2016, «Mifologiya» şöbəsinin müdiri, fil.ü.e.d. Seyfəddin Rzasoy) işi yerinə yetirilib. Tədqiqatda türk etno-kosmik düşüncəsinin əsas struktur modellərindən olan şaman-qəhrəman arxetipi “Əsli-Kərəm” və “Kitabi-Dədə Qorqud” (dastanının ikinci boyu “Salur Qazanın evinin yamğalanması”) əsasında bərpa edilib. Kosmoloji düşüncənin arxetip, formul və sxemləri mətnin verdiyi ritual-mifoloji informasiyadan (eşq xəstəliyi, karvanla xəbərləşmə, qurdla xəbərləşmə, ağacdan asılma, özünütanıtma və s.) çıxış edilməklə rekonstruksiya olunub.

“Azərbaycan mərasim folklorunun tədqiqi tarixi və problemləri” (8 m.v., 2013-2016, «Mərasim folkloru» şöbəsinin müdiri, fil.ü.f.d. Ağaverdi Xəlilov) işi yerinə yetirilib. Tədqiqat üç dövrü əhatə edib: orta əsrlərdən XX əsrin əvvəllərinə qədər olan dövr, sovet dövrü və müstəqillik dövrü. Tədqiqatda orta əsrlər dövrü yazılı qaynaqlarında mərasim folkloru ilə bağlı çoxsaylı məlumatlar təsbit edilib.

“Qaçaq folkloru” (5 m.v., 2015-2016, “Müasir folklor” şöbəsinin müdiri, fil.ü.e.d. Füzuli Bayat) işi yerinə yetirilib. İşdə qaçaq hərəkatının folklorlaşmasının səbəbləri, qaçaqçılığın XVI yüzildən başlayan dəyişim və dönüşüm prosesi izlənib. Araşdırmada elmi-nəzəri aspektlə təcrübi məsələlər iç-içə təqdim edilib, XIX yüzilin ikinci yarısından sonra böyük vüsət alan qaçaq hərəkatının folklor təməlləri incələnib.

“Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm” (6 m.v., 2016, fil.ü.f.d. Mətanət Yaqubqızı) işi tamamlanıb. Tədqiqatda Şəki-Zaqatala bölgəsi əsasında Azərbaycan multikulturalizminin folklor qaynaqları tədqiq olunub. İşin nəticələri bu il müəllifin nəşr etdirdiyi eyni adlı kitabda əksini tapıb.

“Umumtürk epik söyləyicilik sənəti” (7 m.v., 2011-2015; “Türk xalqları folkloru” şöbəsinin müdiri, fil.ü.f.d. Əfzələddin Əsgərov) işinin “Ozan sənəti” mərhələsi tamamlanıb və s.

Elmi-tədqiqatların mühüm nəticələri:

Folklor və dövlətçilik düşüncəsi, I və II kitablar. Bakı, Elm və təhsil, 2016.
PROBLEM: Azərbaycan folklorunun toplanması, tədqiqi və nəşri.
İŞİN RƏHBƏRİ: İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov.
İki kitabdan ibarət elmi araşdırmalar toplusunda türk dövlət simvol, etiket və mərasimlərinin genezisi, arxaik semantikası, onun folklor təcəssümü və ən qədim dövrlərdən müasir dövrümüzədək keçdiyi inkişaf yolları öyrənilib. Bu əsasda türk xalqlarının dövlət mərasimlərinin sistemi təsvir olunmuş, təsnifatı aparılmış və hər biri ayrı-ayrılıqda analiz edilərək elmi fikir dövriyyəsinə daxil edilib. Aparılmış tədqiqatlar Azərbaycan milli dövlətçilik düşüncəsinin əsaslarının folklor yaddaşında qorunduğunu və bugünədək bayram və mərasimlərdə aydın üzə çıxdığını göstərib. Həmçinin bir daha müəyyən olunub ki, Azərbaycan dövlətçiliyi ümumtürk dövlətçilik ənənələrinə bağlıdır və onun analoqu digər türk xalqlarında mövcuddur.
İŞİN HƏCMİ: I kitab – 308 səh; II kitab – 250 səh.
İCRAÇI: Kollektiv.

Qarabağ: folklor da bir tarixdir (X cild). Bakı, Elm və təhsil, 2016.

PROBLEM: Azərbaycan folklorunun toplanması, tədqiqi və nəşri.
İŞİN RƏHBƏRİ: İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov.
“Qarabağ: folklor da bir tarixdir” kitabının X cildi hazırlanıb. Bu cilddə əsasən Bakıda və Abşeron yarımadasında məskunlaşmış Zəngilan, Şuşa, Kəlbəcər, Laçın, Cəbrayıl qaçqınlarından toplanmış folklor materialları yer alıb. Topluda mərasimlərə, tarixi-etnoqrafik məzmunlu materiallara ağırlıq verilib, toy, yas, kirvəlik və Novruz adətlərinə dair maraqlı faktlar toplanıb. Bundan başqa, kitabda bölgədən yazıya alınmış 21 nağıl (bunların ikisi – “Uşaq və noxud”, “Pişik və siçan” nağılları ilk dəfə yazıya alınmış nağıl nümunələridir), 100 əfsanə və rəvayət, Sarı Aşıq, Şıx Məhəmməd, Aşıq Əli, Aşıq Bəbir haqqında maraqlı aşıq rəvayətləri, 94 lətifə, 354 bayatı, tapmacalar, sicilləmələr, uşaq folklorunun digər janrlarına dair nümunələr yer alıb.
İŞİN HƏCMİ: 400 səh.
İCRAÇI: Fil.ü.f.d. İlkin Rüstəmzadə

Elmi-tədqiqat proqramları:

Folklor İnstitututunda 2016-cı ildə AMEA xətti ilə “Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi” (2015-2016) proqramı cərçivəsində işlərini davam etdirib. Layihə ilə bağlı kitab (Folklor və dövlətçilik düşüncəsi. I kitab. Bakı: Elm və təhsil, 2016) çap edilib. “Folklor və dövlətçilik” mövzusunda ikinci elmi konfrans keçirilib.

Fundamental elmin təhsillə əlaqəsi:

Folklor İnstitutu ölkəmizin ali təhsil müəssisələri ilə əlaqələrini daha da genişləndirib.
İnstitutun 10-dan artıq əməkdaşı Universitetlərdə (Qafqaz Universiteti, Sumqayıt Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Avrasiya Universiteti, İqtisad Universiteti və s.) müqavilə və ya əvəzedici olaraq ədəbiyyat və folklorşünaslıq fənnlərini tədris ediblər.

M.Lomonosov adına MDU-nin Bakı filialının I kurs tələbələri, Bakı Slavyan Universitetinin III kurs tələbələri və Azərbaycan Universitetinin tələbələri AMEA Folklor İnstitutnda elmi təcrübə keçiblər.

Beynəlxalq əlaqələr:
Folklor İnstitutu 2016-cı ildə qarşılıqlı elmi əlaqələrin qurulması ilə bağlı çoxsaylı təkliflər alıb:
19 fevral 2016-cı il tarixində Cənubi Koreyadan olan türkoloq, Prof. Dr. Oh Eun-Kyunq AMEA Folklor İnstitutunun qonağı olub, qarşılıqlı əməkdaşlıqla bağlı fikirlərini bölüşüb.

08 iyun 2016-cı il tarixində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin nümayəndə heyəti AMEA Folklor İnstitutunun qonağı olub.

13 iyun 2016-cı il tarixində Macar-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva İnstitutda əməkdaşlıqla bağlı müzakirələr aparıb.

“TEAS” jurnalın redaktoru Neil Vatson Azərbaycan mədəniyyətinin öyrənilməsi ilə bağlı görülən işlərlə yaxından tanış olmaq məqsədilə noyabrın 8-də AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanovla görüşüb.

Noyabrın 16-da Türkiyənin məşhur türkoloqları – İstanbul Universitetinin Türk dili və ədəbiyyatı bölümü başqanı, Prof. Dr. Osman Fikri Sərtqaya və Türk Dünyası Araşdırmaları Mərkəzinin direktoru, Prof. Dr. Fikrət Türkmən İnstitutun qonağı olublar və Elmi Şurada Fikrət Türkmən “Gülüşlə bağlı nəzəri istiqamətlər” mövzusunda məruzə edib.

Noyabrın 21-də Özbəkistan Respublikası Turan Elmlər Akademiyasının akademiki, Səmərqənd Dövlət Universitetinin professoru Səxavət Ociyev AMEA Folklor İnstitutunun qonağı olub.

25 noyabrda Yuxarı Alzas Universiteti Filologiya fakültəsinin dekanı Qreta Komur-Tilua, onun həyat yoldaşı, bəstəkar Pyer Tilua, həmçinin fakültənin əməkdaşları Tatyana Musinova, Nikoli Cub, İnkar Karamayeva Folklor İnstititunun qonağı olublar. Qeyd edək ki, Fransanın Yuxarı Alzas Universiteti ilə AMEA Folklor İnstitutu arasında əlaqələr qısa müddətdə xeyli genişlənib. Belə ki, AMEA Folklor İnstitutunun əməkdaşları Yuxarı Alzas Universitetində keçirillən simpoziumda məruzə oxuyub, eləcə də Yuxarı Alzas Universitetinin əməkdaşları bir neçə dəfə AMEA Folklor İnstitutunda olublar.

Qrantlar: İnstitutun bir neçə qrant layihəsi Elmin İnkişafı Fondunun 2016-ci il üçün elmi proqramların müsabiqəsinə təqdim olunub.

Elektron elmin vəziyyəti: 2016-cü ildə İnstitutun nəşr etdiyi toplular və elmi araşdırmaların mətni İnstitutun www.folklor.az saytında yerləşdirilib. Folklor İnstitutunun 2 elmi jurnalının – «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» və «Dədə Qorqud» saytı (www.tedqiqler.net və www.dede-qorqud.net) fəaliyyət göstərib.
İnstitutun nəzdindəki “İrs” folklor ansamblının repertuarını əks etdirən 2 CD-dən ibarət albom hazırlanıb. Disklərə xalq mahnıları, muğam və təsniflər, eləcə də xalq ruhunda olan bəstəkar mahnıları daxil edilib. Azərbaycan, rus və ingilis dillərində ön söz yazılmış albomun hazırlanmasında məqsəd Azərbaycan müsiqisinin, xüsusən xalq musiqisinin rəngarəngliyini, zənginliyini və multikultural mahiyyətini təbliğ etmək, dünyaya tanıtmaqdır.

Nəşriyyat fəaliyyəti: Kitablar və jurnallar:

1. Folklor və dövlətçilik düşüncəsi. 1-ci kitab. Bakı, Elm və təhsil, 2016.
2. Folklor və dövlətçilik düçünsəsi.2-ci kitab. Bakı, Elm və təhsil, 2016.
3. Epos və etnos. Beynəlxalq Elmi Konfransın materiallrı. Bakı, Elm və təhsil, 2016.
4. İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları. Beynəlxalq Elmi Konfransın materialları. Bakı, Elm və təhsil, 2016.
5. Azərbaycan folkloru və mədəni müxtəliflik. Beynəlxalq Elmi-Praktiki Konfransın materialları. Bakı, Elm və təhsil, 2016.
6. Ceyhun Hacıbəyli – 125, Bakı, Elm və təhsil, 2016.
7. Qarabağ: folklor da bir tarixdir (X cild). Bakı, Elm və təhsil, 2016.
8. Hikmət Quliyev. Müdrik Qoca arxetipinin semantik strukturu və paradiqmaları. Bakı, Elm və təhsil, 2016.
9. Mətanət Yaqubqızı. Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm. Bakı, Elm və təhsil, 2016.
10. Elxan ömrü, saz ömrü. Bakı, Ağrıdağ, 2016.
11. Türk folkloru dünya alimlərinin gözü ilə. Bakı, Elm və təhsil, 2016.
12. Əmin Abid. Azərbaycan türklərinin ədəbiyyatı tarixi. Bakı, Elm və təhsil, 2016.
13. Nizami Muradoğlu. “Kitabi-Dədə Qorqud” və müasir Azərbaycan poeziyası. Bakı, Elm və təhsil, 2016.
14. Nailə Əsgər. Aşıq Nəsibin yaradıcılıq yolu. Bakı, Elm və təhsil, 2016.
15. Nübar Həkimova, Bəxtiyar Tuncay. Mifoloji təfəkkürün xalq təbabətindəki izləri. Bakı, Elm və təhsil, 2016.
16. Nizami Muradoğlu. Hüseyn Cavid. Bakı, Elm və təhsil, 2016.
17. Azərbaycan uşaq folklorundan seçmələr. Tərtib edən: Aynur Hüseynova. Bakı, Təknur, 2016.
18. Cəlal Qasımov. Vəli Xuluflu. Bakı, 2016, 323 səh.
19. Səfa Qarayev. Mifoloji xaos: strukturu və poetikası. Bakı, Elm, 2016.
20. Nailə Rəhimbəyli. Rast ladına əsaslanan aşıq havalarının təhlili, I hissə, Bakı, 2016, 256 səh.
21. Nailə Rəhimbəyli. Segah və şur ladlarına əsaslanan aşıq havalarının təhlili, II hissə, Bakı, Elm və təhsil, 2016
22. Nuridə Zabitqızı. Funksional-semantik baxımdan ocaqlar və pirlər. Bakı, Elm və təhsil, 2016.
23. Zaqatala folklor örnəkləri. Toplayıb tərtib edəni Zümrüd Mənsimova. Bakı, Elm və təhsil, 2016.
24. Şərur folkloru örnəkləri, 1-ci kitab, Bakı, Elm və təhsil, 2016.
25. Gədəbəy folkloru örnəkləri, 1-ci kitab, Bakı, Elm və təhsil, 2016.
26. Şəki folkloru örnəkləri. III kitab. Toplayanı və tərtib edəni L.Süleymanova. Bakı, Elm və təhsil, 2016.
27. Əli Şamil. Çıldırlı Aşıq İrfani, Bakı, Elm və təhsil, 2016
28. Altay dastanları və əfsanələri, Bakı, Elm və təhsil, 2016.
29. Dədə Qorqud jurnalı, № 1, 2016-ci il, Bakı, Elm və təhsil, 2016.
30. Dədə Qorqud jurnalı, № 2, 2016-ci il, Bakı, Elm və təhsil, 2016.
31. “Arxetip” jurnalı, N 1, Bakı, Elm, 2016.
32. Azərbaycan şifahu xalq ədəbiyyatına dair tədqiqlər. N 1, Bakı, Elm və təhsil, 2016.

Xaricdə cap: Kitablar:

1. Kamran Əliyev. “Açıq kitab – “Dədə Qorqud” adlı monoqrafiyası İran İslam Respublikasında fars dilində çapdan çıxıb. 2016.
2. Əli Şamil. Colan türkmanları (folklor və etnoqrafiya örnəkləri). Hazırlayan: Məhbubə Herisçiyan, redaktə və ətək yazıları Həsən Umudoğlu. “Dənizçin” nəşriyyatı, Təbriz, 1395 (2016).
3. Elmira Məmmədova-Kekeç. Devriye, Yaşname, Elifname. Almaniya, Saarbrücken: Türkiyə Alim Kitabları Nəşriyyatı, 2016.
Kadr hazırlığı: İnstitutda 211 əməkdaş çalışır. Onlardan əvəzçilərlə birgə 115-i elmi işçi (tam ştat üzrə 100), 1-i AMEA-nın həqiqi, 1-i müxbir üzvü, 15 nəfəri elmlər doktoru, 48 nəfəri isə fəlsəfə doktorudur. Elmi işçilərin orta yaş həddi 46-dır.
İnstitutda elmlər doktoru proqramı üzrə 3 (qiyabi) doktorant, 11 dissertant, fəlsəfə doktoruluğu üzrə 16 (7 əyani, 9 qiyabi) doktorant, 13 dissertant hazırlıq keçib.
AMEA Folklor İnstitutu nəzdində 5719.01 – “Folklorşünaslıq” ixtisası üzrə FD.01.201 Dissertasiya Şurası fəaliyyət göstərib. İnstitutun 1 elmlər doktoru proqramı üzrə dissertantı, 8 fəlsəfə doktoru hazırlığı üzrə dissertantı və 3 fəlsəfə doktoru hazırlığı üzrə doktorantı bu il müdafiə edib. İnistitutun 2 əməkdaşı professor, 5 əməkdaşı dosent elmi adı alıb.
Elmi-təşkilati fəaliyyət: Hesabat dövründə İnstitutun struktur vahidləri kimi «Mifologiya», «Klassik folklor», «Dədə Qorqud», «Aşıq yaradıcılığı», «Türk xalqları folkloru», “Mərasim folkloru”, «Müasir folklor», «Musiqi folkloru», “Folklor və yazılı ədəbiyyat”, “Folklorun toplaması və sistemləşdirilməsi”, “Cənubi Azərbaycan folkloru” şöbələri, Folklor fondu, “İrs” folklor ansamblı, Kitabxana, “Şəki”, “Qazax-Borçalı”, “Xarici əlaqələr”, “Redaksiya-nəşr” və “Azsaylı xalqların folkloru” bölmələri fəaliyyət göstərib.
İyun ayında “Multikulturalizm ili” ilə əlaqədar olaraq Azərbaycanda yaşayan azsaylı xalqların və etnik qrupların milli-mənəvi dəyərlərinin – folklorunun toplanması, nəşri və tədqiqi məqsədilə İnstitutda AMEA Rəyasət Heyətinin 20 aprel 2016-cı il tarixli 7/27 saylı qərarı ilə “Azsaylı xalqların folkloru” şöbəsi yaradılıb.
Elmi kadrların hazırlıq səviyyəsinin yüksəldilməsi, doktorant və dissertantlarla işin səmərəli təşkili məqsədilə AMEA RH-nin 25 may 2016-cı il tarixli qərarına əsasən, İnstitutun daha bir elmi-yardımçı struktur vahidi - “Təhsil şöbəsi” yaradılıb.
AMEA RH-nın AMEA müəssisələrində ictimaiyyətlə əlaqələr üzrə şöbələrin yaradılması barədə qərarına uyğun olaraq İnstitutda daxili imkanlar hesabına “İctimaiyyətlə əlaqələr” şöbəsi də yaradılmaq üzrədir.
Yarım ildə İnstitut Elmi Şurasının 9 iclası keçirilib. Bu iclaslarda 50-ə yaxın məsələ müzakirə edilib. Bu il İnstitut Elmi Şurasının 22 iyun 2016-cı il tarixli iclasında AMEA Folklor İnstitutunun vakant şöbə müdiri, aparıcı və böyük elmi işçi vəzifələrinə seçkilər keşirilib.
Elmi konfranslar, sessiyalar, digər əhəmiyyətli tədbirlər: Folklor İnstitutu çari ildə 2 beynəlxalq səviyyəli elmi konfrans, 2 respublika səviyyəli elmi konfrans, 2 elmi sessiya, 1 bayram tədbiri, 1 dəyirmi masa, 2 təqdimat mərasimi təşkil edib. Tədbirlərin böyük qismi Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, eləcə də Dövlət proqramlarının icrası ilə bağlı olub.

İclasda iştirak edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu Folklor İnstitutunun 2016-cı il üçün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatını yüksək dəyərləndirib.
AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov növbəti ildə də institutun qarşıya qoyduğu məsələlərin həllində həmişə olduğu kimi inamla çalışacağına əminliyini bildirib.
Sonda institutun 2016-cı il üçün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabat qənaətbəxş sayılıb, yekdilliklə qəbul olunub.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.