Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
20.11.2016

Yuxarı Alzas Universitetinin əməkdaşları Folklor İnstitutunun qonağı olublar

Fransanın Yuxarı Alzas Universiteti ilə AMEA Folklor İnstitutu arasında əlaqələr qısa müddətdə xeyli genişlənib. Belə ki, AMEA Folklor İnstitutunun əməkdaşları Yuxarı Alzas Universitetində keçirillən simpoziumda məruzə oxuyub, eləcə də Yuxarı Alzas Universitetinin əməkdaşları bir neçə dəfə AMEA Folklor İnstitutunda olublar. Əlaqələrin genişlənməsində Xocalı faciəsinə “Xocalı-613” adlı simfonik əsər həsr etmiş fransız bəstəkarı Pyer Tiluanın böyük rolu olub. Ötən illərdə bir neçə dəfə Folklor İnstitutunda olan bəstəkar İnstitut rəhbərliyinin xahişi ilə “Kitabi-Dədə Qorqud” dastanlarının sujeti əsasında “Dədə Qorqud” simfonik poemasını yaradıb.

2016-cı il dekabrın 5-6-da isə Yuxarı Alzas Universitetində “Multikulturalizm, mədəniyyətlərarası əlaqə və kompleks identiklik: Qafqaz örnəyi” mövzusunda beynəlxalq elmi simpozium keçirilməsi planlaşdırılıb. Simpozium ərəfəsində Yuxarı Alzas Universiteti Filologiya fakültəsi dekanı Qreta Komur Tilua, onun həyat yoldaşı, bəstəkar Pyer Tilua, həmçinin fakültənin əməkdaşı Tatyana Musinova və tələbələr Nikoli Cub, İnkar Karamayeva Folklor İnstititunun qonağı olublar. Qonaqları İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Muxtar Kazımoğlu-İmanov qəbul edib.

Görüş zamanı Qreta Komur Tilua Yuxarı Alzas Universitetinin fəaliyyəti haqqında məlumat verib. M.Kazımoğlu-İmanov da AMEA Folklor İnstitutunun gördüyü işlərdən danışıb. Söhbət zamanı həmçinin bəstəkar Pyer Tiluanın “Dədə Qorqud” simfonik poemasının Bakıda səsləndirilməsi məsələsi də müzakirə edilib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.