Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
12.12.2016

Fransanın Yuxarı Alzas Universiteti ilə əlaqələr genişlənir

   Fransanın Mulhuz şəhərindəki Yuxarı Alzas Universiteti Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, həmçinin Azərbaycandakı bir neçə elmi qurumla sıx əməkdaşlıq edir. Əməkdaşlığın müsbət nəticələrindəndir ki, Yuxarı Alzas Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrası və Məhsəti Gəncəvi salonu yaradılmışdır. Universitetin filologiya fakültəsində Azərbaycan ədəbiyyatı və Azərbaycan dili tədris edilir, Azərbaycan-Fransa elmi-mədəni əlaqələri zəminində müxtəlif simpoziumlar keçirilir.

   Yuxarı Alzas Universitetinin sıx əməkdaşlıq etdiyi elmi qurumlardan biri AMEA Folklor İnstitutudur. Folklor İnstitutu ilə əlaqələrin yaranmasında və genişlənməsində Xocalı faciəsinə və 1918-ci ilin 31 mart qırğınına musiqi əsərlərini həsr etmiş Pyer Tiluanın rolu böyük olmuşdur. Ötən illərdə bir neçə dəfə AMEA Folklor İnstitutunda olan bəstəkar İnstitut rəhbərliyinin xahişi ilə “Kitabi-Dədə Qorqud” eposunun süjeti əsasında simfonik poema bəstələmişdir.

   Yuxarı Alzas Universitetində “Multikulturalizm, beynəlmiləlçilik və milli dəyərlər: Qafqaz xalqları nümunəsində” mövzusunda beynəlxalq elmi simpoziumun təşkili ərəfəsində - 2016-cı ilin noyabr ayında Yuxarı Alzas Universiteti Filologiya fakültəsinin dekanı Qreta Komur Tilua AMEA Folklor İnstitutu ilə əməkdaşlığı genişləndirmək üçün, bəstəkar Pyer Tilua, həmçinin fakültənin əməkdaşları və simpoziumun təşkilatçıları Tatyana Musinova, Nikoli Dzyub, İnkar Karamayeva ilə birlikdə AMEA Folklor İnstitituna gələrək birgə əməkdaşlıq fəaliyyətini planlaşdırmışlar. İlkin razılaşmaya əsasən Qazaxstan, Türkmənistan, İran, Türkiyə, Serbiya, Rusiya RF respublikalarından alimlərin simpoziumda iştirakının təşkilatçısı AMEA Folklor İnstitutu olmuşdur.

   5-6 dekabr 2016-cı il tarixində Fransanın Yuxarı Alzas Universitetində “Multikulturalizm, beynəlmiləlçilik və milli dəyərlər: Qafqaz xalqları nümunəsində” simpoziumu öz işinə başlamışdır. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun iştirak etdiyi, 11 ölkədən, həmçinin ABŞ-dan elm adamlarının qatıldığı həmin simpoziumda azərbaycanlılar çoxluq təşkil etmişdir. Belə ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən 2 nəfər, Gəncə Dövlət Universitetindən 3 nəfər, AMEA Folklor İnstitutundan 5 nəfər toplantıda iştirak etmişdir.

   Simpoziumda AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, prof. Muxtar Kazımoğlu - İmanov ““Kitabi-Dədə Qorqud” eposunda ölüm mələyi ilə mübarizə motivi”, Təhsil şöbəsinin müdiri, dos., fil.ü.f.d. Afaq Xürrəmqızı “Azərbaycan lahıcları və multikulturalizm”, Xarici əlaqələr bölməsinin müdiri Əli Şamil ““Kitabi-Dədə Qorqud”un Azərbaycanda öyrənilməsi tarixindən”, həmin şöbənin əməkdaşı Aynur Qəzənfərqızı ““Dədə Qorqud” və kumuk folkloru” və Klassik folklor şöbəsinin böyük elmi işçisi, dos., fil.ü.f.d. Sönməz Abbaslı ““Kitabi-Dədə Qorqud”un xarici dillərə tərcümə məsələləri” mövzusunda məruzələr və çıxış etmişlər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.