Foklor İnstitutu və “İrs” folklor ansamblı Novruz bayramı ilə bağlı seminar və bayram şənıiyi təşkil etdi

Hər il olduğu kimi, AMEA-nın Foklor İnstitutunda Hüseyn İsmayılovun rəhbərliyi ilə xalqımızın bu möhtəşəm bayramını qeyd etmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, Foklor İnstitutu milli-mənəvi dəyərlərin daşıyıcısı və qoruyucusu olmaqla qədim adət və ənənələrin klassik formada xalqa çatdırılması və şüurlarda yenidən bərpası üçün Novruz bayramının keçirilməsi ilə bağlı işlər görməkdədir. Bəlli səbəblərlə əlaqədar olaraq bu gün xalqların milli-mənəvi dəyərlərinin yad ünsürlərlə aşınmasının getdiyi bir zamanda xalqa məxsus olanların xalqa qaytarılması çox vacib bir məsələdir. Bunu nəzərə alan Folklor İnstitutunun rəhbərliyi Novruz bayramı və bu bayramla bağlı olan bütün cizgiləri əks etdirən tədbiri təşkil edib.
Tədbir iki hissədən ibarət olub. Tədbiri giriş sözü ilə açan prof. Hüseyn İsmayılov xalqımızı bu gözəl gün münasibəti ilə təbrik edib və bayramın tarixi kökləri barədə iştirakçıları məlumatlandırıb.
Birinci hissədə elmi seminat təşkil olunub ki, burada da 4 məruzə dinlənilmişdir.
Elmi seminarda f.e.n, dos. A.Xəlilovun “Türkdilli xalqlarda yaz bayramları və Novruz”, fe.n. Ş.Albalıyevin “Novruz- insan və təbiətin bütövləşməsi bayramı”, f.e.n. E.Məmmədlinin “Novruz – Azərbaycan xalqının əzəli bayramı” və N.məmmədovun (Muradoğlu) “Ordubadda Novruz bayramı” mövzusunda məruzələri dinlənildi.
Tədbirin ikinci hissəsi bayram şənliyinə həsr olunub.
“İrs” folklor ansamblının kollektivi Novruz bayramına xas olan Kosa, Keçəl kimi obrazları canlandırıdı, tonqal ətrafında təşkil olunan mərasimin səhnələşdirilməsi isə başqa bir zövq verdi.
Eyni zamnada İnstitutumuzun əməkdaşları Aşıq Mahmud, Aşıq Altay, Aşıq Fəzail və Aşıq Nemətin çıxışları oldu. AMEA-nın Folklor İnstitutunun Mətbuat Katibi Hikmət Quliyev |