Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
22.11.2016

Türkiyənin məşhur türkoloqları Folklor İnstitutu Elmi Şurasında çıxış ediblər


   
   Noyabrın 16-da Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözüylə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov açaraq İstanbul Universitetinin Türk dili və ədəbiyyatı bölümü başqanı, Prof. Dr. Osman Fikri Sərtqaya və Türk Dünyası Araşdırmaları Mərkəzinin direktoru, Prof. Dr. Fikrət Türkmənin İnstitutun qonağı olduqlarını və bugünki Elmi Şurada iştirak etdiklərini bildirib. Muxtar İmanov Folklor İnstututu əməkdaşlarının bu iki böyük ziyalının zəngin elmi yaradıcılığı ilə yaxından tanış olduqlarını, onları tez-tez Azərbaycanda keçirilən beynəlxalq simpoziumlarda görməkdən məmnunluq duyduqlarını vurğulayıb, hər iki alimin yaradıcılığı haqqında fikirlərini bölüşüb.

  Sonra Prof. Dr. Fikrət Türkmən “Xalq gülüşü ilə bağlı tədqiqatların nəzəri istiqamətləri” mövzusunda geniş məruzə edib. O, məruzəsində Azərbaycanda gülüş mədəniyyəti ilə bağlı tədqiqatlara da diqqət çəkib, M.Kazımoğlu – İmanovun xalq gülüşü ilə bağlı apardığı araşdırmaları yüksək dəyərləndirib.

  Prof. Dr. Orxan Fikri Sərtqaya Azərbaycana sovet dönəmində gəlişində xalqlarımız arasında yaradılan maneələrin şahidi olduğunu, bu gün artıq belə halların çoxdan arxada qaldığını bildirib, türkologiyanın problemləri haqqında fikirlərini bölüşüb.

  Qonaqlar Elmi Şura üzvləri və iştirakçıların suallarını cavablandırıblar.
M.Kazımoğlu – İmanov qonaqlara vaxt tapıb instituta gəldiklərinə görə təşəkkürünü bildirib, İstitutun nəşrlərini onlara hədiyyə edib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.