Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
11.10.2016

Folklor İnstitutunun əməkdaşları Ankarada keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

AMEA Folklor İnstitutunun əməkdaşları 29 sentyabr - 01 oktyabr 2016-cı il tarixlərində Türkiyənin Ankara şəhərində Hacəttəpə Universitetinin Ədəbiyyat Bölümü ilə Kazan Bələdiyyəsinin birgə təşkil etdikləri “IV Uluslararası Xalq Mədəniyyəti Simpoziumu”nda (IV Uluslararası Halk Kültürü Sempozyumu) iştirak ediblər.

Simpoziumu Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyip Ərdoğanın baş məsləhətçisi Yalçın Topçu açıb. O, tədbir iştirakçılarını salamladıqdan sonra geniş məruzə ilə çıxış edib. Açılış iclası Hacəttəpə Universiteti Türk Halkbilimi Bölümü müdiri Prof. Dr. Özkul Çobanoğlunun giriş sözü, Kazan Bələdiyyəsi başkanı Lokman Ertürk və Prof. Dr. İlhami Durmuşun məruzələri ilə davam edib.

Simpoziumda AMEA Folklor İnstitutu “Dədə Qorqud” şöbəsinin əməkdaşları – aparıcı elmi işçi, fil.ü.f.d., dos. Ləman Süleymanova ilə Məhsəti Süleymanovanın birgə yazdıqları “Haylaçı Sənəmin həyatı və yaradıcılığı” adlı məruzə xüsusi maraq doğurub və simpozium iştirakçılarının çoxsaylı suallarına səbəb olub. Fil.ü.f.d., dos Ləman Süleymanova həm də iclaslardan birinə sədrlik edib.

Folklor İnstitutu “Mərasim folkloru” şöbəsinin əməkdaşı fil.ü.f.d., dos. Qalib Sayılovun “Türk etnik-kültürəl düşüncə tarixində çoban paradiqması” mövzusunda çıxışı da simpoziumda diqqəti cəlb edən məruzələrindən biri olub.

İnstitutun “Musiqi folkloru” şöbəsinin əməkdaşı Fəridə Mirişovanın “Azərbaycanın Güney bölgəsinin musiqi folkloru” adlı məruzəsi də simpozium iştirakşıları tərəfindən maraqla qarşılanıb.

8 ölkədən 150 elm adamının iştirak etdiyi simpoziumda umumilikdə 3 salonda 33 toplantı keçirilib. Simpozium günlərində iştirakçılar Türkiyə Cumhuriyyətinin ilk qadın millət vəkili olmuş Hatı Çırpanın ev muzeyini – “Kazan Belediyyesi Satıkadın Müze Evi”ni və Kazan bələdiyəsini ziyarət edib, Kazan ilçəsinin Karalar kəndində keçirilmiş toy mərasiminə də qatılıblar.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.