Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

AMEA Folklor İnstitutunda Xocalı soyqırımı anıldı

Bu gün AMEA Folklor İnstitutunda Xocalı soyqırımı anıldı. Mərasimi giriş sözü ilə açan Folklor İnstitutunun direktoru f.e.d., prof. Hüseyn İsmayılov Xocalı soyqırımının dünya tarixində çox az rast gəlinən qırğınlardan biri olduğunu vurğuladı. O həm də qeyd etdi ki, Xocalıda amansızcasına törədilmiş bu qətliyam təkcə Azərbaycan türklərinə deyil, bütövlükdə türk dünyasına qarşı yönəlmiş erməni vandalizminin bariz nümunəsidir.
Bundan sonra çıxış edən f.e.n Elxan Məmmədli deyib ki, ermənilərin bu kimi əməlləri təkcə Xocalıda deyil, Qaradağlıda da olub. Həmçinin o çıxışında bildirib ki, türklər dünyada heç bir millətə qarşı nifrət bəsləməyiblər. Lakin ermənilər o qədər naxələfliklər ediblər ki, hətta folklor yaddaşında da onlar həmişə mənfi kimi xarakterizə olunublar.
Tədbirdə çıxış edən şair Adil Cəmil tariximizin qara səhifəsi olan bu hadisədən ibrət dərsi almağın vacib olduğunu söyləyib. Eyni zamanda, şair Adil Cəmil Xocalı uğrunda son damla qanına kimi vuruşan oğulların, başda Milli Qəhrəman Əlif Hacıyev olmaqla Azərbaycan xalqının yaddaşında daim yaşayacağını vurğuladı.
Daha sonra çıxış edən Elçin Qaliboğlu Xocalı soyqırımına ümumbəşəri dəyərlər kontekstində baxaraq bu hadisənin insanlıq üçün alçaldıcı olduğunu deyib. O bildirib ki, dünyanın xəlqiliyi, ruhaniliyi, mənəviyyatı korlanıb. Bu gün Xocalı soyqırımının dünyada ədalətli qiymətini almaması yüksək dəyərlərdən danışan dünyanın iç üzünü açıb ortaya qoyur.
Tədbirdə son sözlə çıxış edən prof. Hüseyn İsmayılov bildirdi ki, çox sevindiricidir ki, bu gün dövlətimiz Xocalı soyqırımının ədalətli qiymətini alması, bu soyqırımı törədənlərin dünyaya tanıdılması sahəsində mühüm işlər görməkdədir.

AMEA Folkor İnstitutunun Mətbuat Katibi Hikmət Quliyev

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.