Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
4.10.2016

“COLAN TÜRKMANLARI (FOLKLOR VƏ ETNOQRAFİYA ÖRNƏKLƏRİ)” KİTABI TƏBRİZDƏ NƏŞR EDİLDİ

   Təbrizin “Dənizçin” nəşriyyatı 2014-cü ildə AMEA Folklor İnstitutunun yayımladığı “Colan Türkmanları (folklor və etnoqrafiya örnəkləri)” kitabını hicri təqvimi ilə 1395, miladi təqvimi ilə isə 2016-cı ildə əski əlifbaya uyğunlaşdıraraq çap etmişdir. Kitabı Folklor İnstitutunun Xarici Əlaqələr bölməsinin müdiri Əli Şamil hazırlamışdır. Nəşr olunduqdan qısa bir müddət sonra Türkmənistan, Özbəkistan, Qazaxıstan və b. respublikaların mətbuatında kitab haqqında məqalələr yazılmış, Türkiyə jurnalları isə kitabdan bəzi hissələri yayınlamışdır. Kitab Suriyada yaşayan Türkmanlar haqqında yazılmış ilk sistemli əsər kimi dəyərləndirilmişdir. Kitabda Suriyada yaşayan Türkmanların sayı, onların soykökü, yaşadıqları kəndlərin siyahısı, folklor və dialektlərindən örnəklər, mərasimləri haqqında geniş bilgi verildiyindən geniş oxucu marağına səbəb olmuşdur.

   Təbrizin “Dənizçin” nəşriyyatı üçün hazırlanmış variantını əski əlifbaya Məhbubə Herisçiyan çevirmiş, Həsən Umudoğlu isə redaktorluğunu etməklə yanaşı, İran İslam Respublikasinda yaşayan türklərin anlaya bilməyəcəyi söz və terminlərin izahını da vermişdir. Tərtibatını Mehdi Meyməndinin verdiyi 144 səhifəlik kitab 1000 tirajla işiq üzü görmüşdür.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.