Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
16.7.2016

“İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda Beynəlxalq Elmi Konfrans

   İyulun 15-də AMEA  Nizami adına Ədəbiyyat  İnstitutu və AMEA Folklor  İnstitutunun birgə təşkilatçılığı ilə “İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Konfrans 2017-ci ildə Bakı şəhərində təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına marağı daha da artırmaq, elmi ictimaiyyətin diqqətini İslam coğrafiyasında oyun mədəniy­yətinə, bu mədəniyyətin dövlətlər və xalqlararası əlaqələrdə yeri kimi məsələlərə yönəltmək məqsədi daşıyıb. Konfransın təşkilində digər bir məqsəd İslam coğrafiyası və Azərbaycanda mövcud olan ənənəvi mədəniyyət resurslarının yeni aspektlərdən öyrənilib sosial harmoniya, həmrəylik və mənəvi birlik kimi vacib işlərə cəlb edilməsi olub.

   AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Konfransın açılış nitqində Prezident İlham Əliyevin “İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında” 2016-cı il 14 yanvar tarixli Sərəncamının əhəmiyyətindən danışıb, Komissiyanın tərkibinə respub­likanın bir sıra tanınmış alimlərinin də daxil olduğunu, ölkəmizdə təşkil ediləcək elmi tədbirlərin AMEA tərəfindən həyata keçiriləcəyini bildirib. Konfransın təkcə elmi deyil, praktik baxımdan da aktuallığına diqqət çəkən akademik bildirib ki, “İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda Beynəlxalq Elmi Konfransın keçirilməsi aktualdır. Şərq xalqlarının oyun və meydan tamaşalarına aid araşdırmalar olsa da, bu istiqamətdə elmi tədqiqatların genişləndirilməsinə böyük ehtiyac var. Bunlar sadəcə, oyun və tamaşalar olmayıb, Azərbaycanın ictimai fikir tarixini, bir çox hallarda milli-mənəvi varlığını, soykökünü, mədəniy­yətini, mənəvi aləmini, dünyabaxışını geniş, sistemli şəkildə ifadə edən vasitələrdir. Hesab edirəm ki, biz xalq oyunlarının və meydan tamaşalarının mətnlərinin öyrənilməsinə diqqəti daha da artırmalı, onların icra mexanizmlərinin unudulmamasına çalışmalıyıq”.

  

 Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü  Muxtar İmanov  da tədbirin ölkə başçısının “IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” 2015-ci il 18 sentyabr tarixli Sərəncamına əsasən keçirildiyini bildirib: “Konfransda bir çox məsələlər müzakirə olunacaq. Bu məsələlərdən biri İslam coğrafiyasında və Azərbaycanda tarixən mövcud olan, bu gün də yaşayan oyunların ortaq dəyərlərinin tapılmasıdır. Xalq oyunlarında və meydan tamaşalarında ortaq dəyərlərin tapılması o qədər də çətin deyil, çünki bu dəyərlər xalq oyunları və meydan tamaşalarında ana xətdir. İstər bütövlükdə folklor, istərsə də onun ən qədim janrlarından olan xalq oyunları öz mahiyyətində və məzmununda dünyanın demək olar, əksər xalqları üçün ortaq olan mifoloji görüşlərə söykənir, ordan qaynaqlanır. Belə olduqda xalq oyunlarının qədimliyinə şübhə etmək qeyri-mümkün olur. Təsadüfi deyil ki, 20-cü yüzilin əvvəllərində oyunlarla bağlı irəli sürülən mühüm ideyalardan biri oyunların hətta rituallardan əvvəl meydana gəlməsi məsələsidir. Ümumiyyətlə, ritualla oyunun müqayisəsi ortaq dəyərlərin tapılmasında bizə yaxından kömək edir. Ritual tamaşaçı tələb etmir. Onun tamaşaçısı o ayinlərin keçirildiyi, o qurbanların kəsildiyi, duaların oxunduğu ünvandır, hami ruhlardır. Əgər bu, ritualın müasir mənada oyundan fərqidirsə, arxaik mənada ritualla oyunun ortaq cəhətidir. Bu cür ortaq cəhətləri oyunların ən dərin qatlarında axtara, tapa bilərik”.

   Memarlıq və İncəsənət İnstitutunun  direktoru, AMEA-nın müxbir üzvü  Ərtegin Salamzadə  öz çıxışında Azərbaycan və qədim türk xalqlarının təsviri sənətində xalq oyunlarından danışıb, Azərbaycanda teatr sənətinin bir hissəsinin meydan tamaşalarına, digər qisminin isə müxtəlif sənət növlərinin təsvir obyektinə çevrildiyini bildirib. Qeyd edilib ki, İslam mədəniyyəti bir sıra sahələrdə olduğu kimi, oyun mədəniyyətində də ortaq dəyərlərin formalaşmasına şərait yaradıb. Azərbaycanda mövcud olan bir çox oyunlara digər İslam ölkələrində də rast gəlinməsi həmin əlaqələrin mühüm göstəricisidir.

   Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri  Fikrət Babayev  unudulmaqda olan xalq oyunlarının və meydan tamaşalarının bərpa olunmasının, qorunmasının və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd edib, bu istiqamətdə bir sıra qurumların, həmçinin AMEA ilə çalışdığı nazirliyin əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

   Açılış toplantısında fil.ü.e.d., prof. Tahirə Məmmədin (AMEA Ədəbiyyat İnstitutu) “Xalq oyun-tamaşalarında kuklalar və maskalar”, fil.ü.f.d. Sərxan Xavərinin (AMEA Folklor İnstitutu) “Xalq oyunlarının funksional strukturu” adlı məruzələri dinlənilib.

   Sonra konfrans işini bölmələrdə (“İslam coğrafiyasında ortaq oyunlar”, “Xalq oyunlarının ritual kökləri”, “Azərbaycan oyun mədəniyyəti”, “Meydan tamaşaları”, “Xalq oyunlarının müxtəlif sənət sahələri ilə əlaqəsi” , “Xalq oyunlarında personajlar və geyim”) davam etdirib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.