Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
14.7.2016

“Müdrik Qoca arxetipinin semantik strukturu və paradiqmaları” adlı monoqrafiya işıq üzü görüb

    AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru  Hikmət Quliyevin  “Müdrik Qoca arxetipinin semantik strukturu və paradiqmaları” adlı monoqrafiyası işıq üzü görüb.

    “Elm və Təhsil” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunan monoqrafiyanın elmi redaktoru və ön sözün müəllifi  Folklor İnstitutunun  direktoru, AMEA-nın müxbir üzvü  Muxtar Kazımoğlu , rəyçiləri isə filologiya üzrə elmlər doktoru  Seyfəddin Rzasoy , filologiya üzrə elmlər doktoru  Xatirə Bəşirli  və filologiya üzrə fəlsəfə doktoru Etibar Talıblıdır.

 Monoqrafiya Müdrik Qoca arxetipinin folklor transformasiyalarının müəyyənləşdirilməsi baxımından folklorşünaslığımız üçün mühüm əhəmiyyət kəsb edir. Müəllif kitabında geniş elmi axtarışlara söykənərək, müasir nəzəri-metodoloji yanaşmalar kontekstində Azərbaycan folklorunda Müdrik Qoca arxetipi və onun çoxsaylı təzahür səviyyələrini şərh edib. Tədqiqatda Müdrik Qoca arxetipinin təzahür səviyyələri, obraz paradiqmaları, sosiokulturoloji aspektləri öyrənilib.

    Müəllif tədqiqatını xalqın kollektiv yaddaşını özündə ehtiva edən mifoloji mətnlər, atalar sözləri və deyimlər, əfsanə, rəvayət, lətifə, memuar, nağıl, dastan, epos və s. üzərində aparmaqla Müdrik Qoca arxetipinin emosional özünüifadə modellərini geniş araşdırıb.

  Avropa və Amerika folklorşünaslığının nəzəri-metodoloji təcrübəsindən geniş istifadə olunan monoqrafiyada folklor mətnləri yeni baxış bucağından tədqiqata cəlb edilib.

    Kitab ali məktəb müəllimləri və tələbələr, mütəxəssislər, həmçinin folklor mövzuları ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.