Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
24.6.2016

AMEA Folklor İnstitutunun Elmi Şurasında Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

  İyunun 22-də AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib. İlk məsələ - AMEA Folklor İnstitutunun vakant şöbə müdiri, aparıcı və böyük elmi işçi vəzifələrinə seçkilərlə bağlı İnstitutun elmi katibi, fil.ü.f.d. Elçin Abbasov məlumat verib. Bildirib ki, 2 şöbə müdiri vəzifəsinə seçkilərdən başqa aparıcı və böyük elmi işçi vəzifələrinə seçkilərlə bağlı 30 nəfər sənədlərini təqdim edib. Elmi Şura üzvləri fil.ü.e.d. prof. Ramazan Qafarlının “Dədə Qorqud” şöbəsinin, fil.ü.f.d. Nizami Muradoğlunun isə “Azsaylı xalqların folkloru” şöbəsinin müdiri vəzifəsinə seçkilərdə iştirakına razılıq veriblər. Bununla bağlı komissiya yaradılıb.

    Fil.ü.e.d. Seyfəddin Qəniyevin “Şamaxı-Qobustan aşıqları və el şairləri”, “Dağ Kolanı aşıqları və el şairləri” və “1918-ci il Şamaxı soyqırımında qətlə yetirilən şair, aşıq, el şairləri və ziyalılar” kitablarının çapı məsələsi Elmi Şura üzvləri tərəfindən bəyənilib.

    Elmi Şurada AMEA Folklor İnstitutu “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, fil.ü.f.d. Elxan Məmmədlinin 70 illik yubileyi ilə bağlı iştirakçıların ürək sözləri dinlənilib.

    Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov bildirib ki, E.Məmmədli folklor mühitindən çıxıb: “Hüseyn Saraclı ilə tanışlığım E.Məmmədlinin hesabına olub. E.Məmmədlinin xalqla ünsiyyəti bizdən fərqlidir. Əsas odur ki, folklorçu söyləyicinin dilində danışa bilsin. E.Məmmədli nəinki xalqın dilini bilir, söyləyicini lazım gələndə ağlada da blir.

    O, Azərbaycanda öz sözüylə-səsiylə tanınan folklorşünasımızdır. Radio-televiziyada məşhur verilişlərin həm müəllifi, həm də aparıcısı olub. “Bulaq” verilişinə mətnlər yazıb. “Sarıtel”, “Ustadnamə”, “Gözəlləmə”, “Sazın-sözün sehrində” kimi verililişləri bu gün də insanların yadındadır. Güney Azərbaycanla əlaqələrimizin normal olmadığı vaxtda E.Məmmədlini Güneydə ən azı səsindən tanıyırdılar.

    O, aşıq sənətinə yaxından bələddir, aşıqlarla ünsiyyət qura bilir, aşıq ədəbiyyatını, bütövlükdə Azərbaycan folklorunu tədqiq və təbliğ edir. Vaxtilə Ədəbiyyat İnstitutunda onunla bir yerdə işləmişəm. Yumoruyla, sözü-söhbətiylə, dosta canıyananlığıyla canlı insan olaraq yaxından tanımışam. İndi də həmin əhvaldadır”.

   Fil.ü.e.d. S.Qəniyev bildirib ki, E.Məmmədli həmişə meydana atıla bilən ziyalı qardaşımız olub: “Onunla dəfələrlə Şirvanın kəndlərində folklor səfərlərində olmuşuq, çoxlu xatirə şəkillərimiz var. 70 illiyinə həsr olunmuş “Elxan ömrü-saz ömrü” kitabında 82 nəfərin E.Məmmədli haqqında ürək sözü toplanıb. Onu “Borçalı Elxan”, “Dastan Elxan”, “Şaman Elxan” və b. adlarla adlandırıblar”.

    S.Qəniyev E.Məmmədlinin təcnislə bağlı tədqiqatına ayrıca toxunub, fikirlərini bölüşüb.

    Fil.ü.e.d. Seyfəddin Rzasoy E.Məmmədlini ürəkdən təbrik edib: “E.Məmmədli klassik bir məktəb keçib. O, ustad görmüş alimdir, yaradıcı şəxsiyyətdir, M.Təhmasib, M.Seyidov kimi tanınmış alimlərlə bir yerdə çalışıb. E.Məmmədli artıq Azərbaycan aşıqşünaslığının canlı əfsanəsidir. Bu əfsanənin ömrü təkcə onun fiziki ömrüylə bağlı olmayacaq, bu ömür Azərbaycan aşıq sənəti yaşadıqca yaşayacaq”.

    Fil.ü.e.d., prof. Füzuli Bayat bildirib ki, E.Məmmədli şəxsiyyət etibarilə fərqlidir: “O, el ədəbiyyatını dərindən bilən canlı folklorçudur. Aşıq ən böyük söyləyicidir. E.Məmmədli ömrünü bu sahəyə həsr etdi. O aşıqlar ki, şəyirdlər yetişdirmişdilər, o, bunları geniş auditoriyaya tanıtdı.

    E.Məmmədli həmişə xalqın içində olub, yeni folklor mühitlərini kəşf edib. Nəzəri hazırlığı da yüksəkdir”.

    Fil.ü.e.d., prof. Kamran Əliyev: “Saz, aşıq olan yerdə harmoniya var. Elxan aşıq sənəti ilə məşğul olandan sonra harmoniya yiyəsi olub”.

Fil.ü.e.d. Nailə Rəhimbəyli E.Məmmədlinin həmkarlarına, ümumiyyətlə, insanlara doğmalığından danışıb, elmi məsləhətlərindən bəhrələndiyini bildirib.

    Fil.ü.f.d., dos. Rza Xəlilov, Güney Azərbaycandan gəlmiş qonaq Böyükbəy Ələkbəroğlu, fil.ü.f.d. Qiymət Məhərrəmli də E.Məmmədli haqında ürək sözlərini bölüşüblər.

   Aşıq Vədud Qaradağlı və balabançı Əkbər Sərbazinin çıxışı maraqla qarşılanıb.

   Sonda çıxış edən E.Məmmədli ömür yolundan danışıb, xatirələrini bölüşüb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..