Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
14.6.2016

Macar-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Folklor İnstitutunda olub

    13 iyun 2016-c ı il tarixində Macar-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva AMEA Folklor İnstitutunu qonağı olmuşdur. Görüşdə AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini professor Məhərrəm Qasımlı, AMEA Folklor İnstitutunun “Klassik folklor” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov, həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova, İnstitutun Xarici əlaqələr bölməsinin müdiri Əli Şamil iştirak etmişlər. Görüşün əvvəlində Muxtar İmanov qonaq – Svetlana xanımın xaricdə Azərbaycanın, onun mədəniyyətinin və folklorunun təbliği sahəsində gördüyü işlər barədə məlumat vermişdir.

Son illər Macarıstanda yaşayan Svetlana Abdullayeva 101 Azərbaycan nağılını macar dilinə tərcümə edərək 2013-2014-cü illərdə üçcildlik halında Macarıstanın paytaxtı Budapeştdə nəşr etdirmişdir. Görüşdə mütəxəssislərin marağına səbəb olan bu üçcildliyin nəşri ətrafında fikir mübadiləsi aparılmış, tərcüməçi və naşir Svetlana xanım kitablara salınmış nağılların seçilməsi prinsipləri, tərcümə zamanı rastlaşdığı çətinliklər və s. barədə ətraflı məlumat vermişdir. Görüş iştirakçıları yekdil olaraq bu nəşrin böyük əhəmiyyətə malik olduğunu söyləmiş, bu üçcildliyin Azərbaycan nağıllarının bu həcmdə (101 nağıl) qeyri-dillərə tərcüməsi sahəsində ilk təcrübə olduğunu vurğulamışlar. Muxtar İmanov yaxın zamanlarda AMEA Folklor İnstitutunun AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə Azərbaycan nağıllarının macar dilindəki üçcildliyinin təqdimat mərasiminin keçiriləcəyini bildirmişdir.

    AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov qonaqlara AMEA Folklor İnstitutunun son nəşrlərini təqdim etmişdir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.