Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
1.6.2016

ƏMƏKDAŞIMIZ “KİPR TÜRK ƏDƏBİYYATI VƏ ƏDƏBİYYATÇILARI” SİMPOZİUMUNDA

    AMEA Folklor İnstitutunun “Azsaylı xalqların folkloru” şöbəsinin müdiri, fil.ü.f.d. Nizami Muradoğlu 12-14 may 2016-cı il tarixlərində Türkiyənin İzmir şəhərində KİBATEK tərəfindən təşkil olunan “Kipr türk ədəbiyyatı və ədəbiyyatçıları” mövzusunda II Beynəlxalq Simpoziumda iştirak etmişdir. Simpoziumda N.Muradoğlunun “Kiprli şair Orhun Bozkurtun poeziyasına bir baxış” adlı məruzəsi dinlənilmişdir. Orhun Bozkurtun poeziyasının bədii cəhətlərindən geniş söhbət açılan məruzə maraqla qarşılanmış və böyük alqış almışdır. Məruzədə göstərilmişdir ki, çağdaş Kipr şeirinin modern yazarlarından olan Orhun Bozkurtun şeirləri poetik dünyamızda özəl duyğusal düşüncə tərzi ilə ürəkləri fəth etməkdədir. Gənc şair türk xalq şeirinin və çağdaş modern düşüncənin sintezi olaraq təqdim etdiyi əsərlərində bizi həyatın gözəllikləri ilə tanış etməyə çalışır. “Səs” şeirində rastlaşdığımız poetik lövhə qəlbimizdə bir həyəcan doğurur, görmədən, bilmədən belə sevməyin mümkün olduğunu nəzərə çatdırır. “Məhəbbət gözdən gəlir” deyirlər, bu aforizmin ardınca Orhun Bozkurt “məhəbbət səsdən də gələ bilər” həqiqətini ortaya qoyur. Səs ilahi gözəllikdir, gözəl danışmaq, qarşındakı adamın qəlbini ələ almaq, səsin sehrinə salmaq gözəllərə bəxş olunmuş böyük nemətdir. Məhz Orhun Bozkurtu belə bir səs çağırır. O səs sevən bir ürəyin səsidir, o səsi heç nəyə dəyişmək olmaz.

Beni çağıran o ses var ya!

- gəl!..

yetiyor...

görməmiş olsam da bir kez olsun,

ne isterse olsun,

çirkin...

biçimsiz...

salak...

ve saire...

ve saire..

seviyorum,

seviyorum işte!..

duydukca:

gəl!..

    Orkun Bozkurtun həyatı ilə tanış olduqda təkərli sandalyaya məhkum olan bu gənc oğlanın qəlbində nə qədər böyük həyat eşqi olduğunu görürük. Əngəlli olmasına baxmayaraq ilk okulda, liseydə əla qiymətlərlə oxuduğu, hətta sinifdə birinci olması adamı heyran qoyur. Şair hamımızın sevimlisi, bütün türk dünyasının önəmli isimlərindən biri olan, görkəmli ictimai-siyasi xadim, böyük yazar, 2014-cü ildə IV Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresində “İlin ədəbiyyat adamı” ödülünə layiq görülmüş İsmail Bozkurtun oğludur və bu ailə də belə bir ləyaqətli insanın yetişməsi təəccüblü deyildir. Orhun Bozkurtun həyat eşqi o qədər güclüdür ki, şeirlərini oxuduqca ümidsiz insanlar belə ümid tapar, sevinirlər. İnsanın xilqəti belədir ki, ən ağır anında da dünyaya bir ümidlə baxır. Orhun Bozkurtun da lirik qəhrəmanı dünyaya ümidlə baxır. “Haklısın belki de” şeirində bu ümidin bir parçası ilə tanış oluruq...”.

    Kipr ədəbiyyatı və ədəbiyyatçılarının tanıdılmasında mühüm əhəmiyyət kəsb edən simpoziumdakı digər məruzələrdə də müasir kiprli yazarların yaradıcılığı haqqında geniş məlumatlar verilmişdir. “Kipr türk ədəbiyyatı və ədəbiyyatçıları” mövzusunda növbəti – III Beynəlxalq Simpoziumun 2017 –ci ildə Kiprdə keçirilməsi qərara alınmışdır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.