Folklor İnstitutunun əməkdaşları ümumtəhsil məktəbində
Mayın 21-də AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, fil.ü.e.d. Ramazan Qafarlı, “Mifologiya” şöbəsinin müdiri, fil.ü.e.d. Seyfəddin Rzasoy, fil.ü.f.d. Qalib Sayılov, e.i. Elçin Qaliboğlu Bakının Sabunçu rayonundakı 22 saylı ümumtəhsil məktəbin də 28 May – Respublika gününə həsr olunmuş “Gənc nəsil və milli-mənəvi dəyərlər” mövzusunda tədbirdə iştirak ediblər.
Tədbiri giriş sözüylə məktəbin direktoru Cavad Səfərov açıb, Respublika gününün tarixi hadisə kimi dəyərindən, Azərbaycan dövlətçilik ənənəsinin yaşadılmasından danışıb.
Folklor İnstitutunun əməkdaşlarının Azərbaycanın dövlətçilik ənənəsi və folklor, folklorun milli-mənəvi dəyərlərimizin qorunmasında və yaşadılmasında rolu, gənclərin bu sahədə mənəvi borcunun ödənilməsi gərəkliyi mövzusunda çıxışları maraqla qarşılanıb, şagirdlərin sualları cavablandırılıb.
Tədbirdə məktəbin şagirdləri saz havalarını ifa ediblər.
 |