Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
Hüseyn İSMAYILOV,

AMEA Folklor İnstitutunun
direktoru, filologiya
elmləri doktoru, professor

Erməni yalanı: etnik "özünüifadə"nin antihumanitar formulu


Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" əsərini oxuyarkən

Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda milli maraq və mənafeyini layiqincə müdafiə edən Azərbaycanın yeni dünya nizamının reallıqlarına cavab verən tarazlı xarici siyasətinin uğurlarını təmin edən mühüm amillərdən biri "hücum diplomatiyası"dır. Bir vaxtlar dünya informasiya məkanına çıxış imkanları son dərəcə məhdudlaşdırılan, haqq səsi eşidilməyən respublikamız üzləşdiyi ədalətsiz blokadanı yarmaqla, milli həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq yönümündə yaxşı imkanlar qazanmışdır.
"Biz müdafiədə deyil, hücumda olmalıyıq!" deyən Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasını, işğalçının müxtəlif səviyyələrdə ifşasını, bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini vətəninə bağlı hər bir azərbaycanlının ümdə vəzifəsi sayır. Möhtərəm Prezident hələ AMEA-nın 2005-ci ilin dekabrında keçirilmiş 60 illik yubileyində ermənilərin bədnam təbliğatına qarşı tutarlı əks-hücumun təşkilinin elmi ictimaiyyətin başlıca vəzifələrindən biri olduğunu vurğulamışdır: "...Bu gün Azərbaycanı sadəcə olaraq ləkələmək mümkün deyildir. Ona görə ermənilər yeni bir taktikaya əl atıblar. O da ondan ibarətdir ki, yaxın və keçmiş tarix təhrif olunsun, Dağlıq Qarabağ münaqişəsinin səbəbi təhrif olunsun, Azərbaycan təcavüzkar bir ölkə kimi təqdim edilsin. Eyni zamanda, bizim uzaq tariximiz təhrif olunur. Misal üçün, Azərbaycanda heç kimə sirr deyil ki, ermənilər Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa qonaq kimi gəlmişlər. Keçən əsrin 70-ci illərində orada onların gəlişini əks etdirən bir abidə qoyulmuş, ermənilərin Qarabağa gəlişinin 150 illik yubileyi qeyd olunmuşdu. Ancaq bizdən başqa bunu az adam bilir".
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bir müddət əvvəl çapdan çıxmış "Gorus-2010: absurd teatrı mövsümü" kitabının bədnam erməni təbliğatına qarşı ilk fundamental, sanballı tədqiqat əsəri kimi dəyərləndirilməsi, hər bir Azərbaycan vətəndaşının böyük maraqla qarşılaması təsadüfi deyil. Bu maraq ilk növbədə onunla səciyyələnir ki, əsərdə ermənilərin uzun illər ərzində səsləndirdikləri iftiralara sistemli, ardıcıl elmi yanaşma ilə cavab verilir. Eləcə də bədnam qonşularımızın cəfəng iddialarının təkcə tarixi, siyasi, coğrafi, antropoloji baxımdan deyil, müasir geosiyasət və beynəlxalq hüquq normaları baxımından da əsassızlığı sübuta yetirilir.
Zəngin tarixi sənədlərə, təkzibolunmaz etnoloji fakturaya, milli gerçəkliyin siyasi özünüifadəsinin fəlsəfi modelləşdirilməsinə əsaslanan "Gorus - 2010: absurd teatrı mövsümü" əsəri meydana gəlmə impulsunu tarixin ironiyası ilə Cənubi Qafqazda birgə yaşamağa "məhkum olduğumuz" bədnam qonşularımızın siyasi "elitasının" növbəti patologiyasından götürür. Müəllif əsər boyu Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda erməni diasporunu təmsil edən jurnalistlər qarşısında verdiyi açıqlamaların reallıqdan tamamilə uzaq olduğunu, "absurd teartı"na bənzədiyini yazır: "Biz 2010-cu il oktyabrın 16-da erməni absurd teatrının səhnəsində növbəti tamaşanın şahidi olduq. Bu dəfə tamaşa Yerevandakı teatr səhnəsində deyil, Gorus şəhərində göstərilirdi. Tamaşanın baş qəhrəmanı hansısa sıravi artist deyil, Ermənistan prezidenti Serj Sarkisyanın özü idi - bəli, 1992-ci ilin fevralında Xocalı soyqırımının, Dağlıq Qarabağın və ona bitişik ərazilərin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmələrin əsas təşkilatçılarından biri olmuş Serj Sarkisyan. Bu dəfə özünü akademik kimi göstərməyə çalışan prezident teatr səhnəsindən bütün elm aləmini tarix elmində "yeni kəşflər"lə heyrətləndirməyi qərara almışdı. Erməni diasporunu təmsil edən jurnalistlər qarşısında Sarkisyanın çıxışının "şedevrləri"ndən biri ondan ibarət idi ki, guya "tərkibində bircə nəfər də erməni olmayan genetik və linqvist alimlərin "hansısa böyük bir qrupu" uzun müddət mürəkkəb bir tədqiqat aparmışdır. Son nəticələrə görə, erməni dilinin, ən azı, səkkiz minillik tarixi vardır. Bu o deməkdir ki, biz bir millət kimi ən azı, səkkiz min ildir mövcuduq".
Tarixi yaddaşda qanlı izlər buraxan erməni vandalizmini "Gorus - 2010: absurd teatrı mövsümü" əsərində bir daha xatırladan akademik Ramiz Mehdiyev əsas diqqəti elmə və dünyaya məlum olan faktların sadalanmasına yox, özünü bu faktların düzümündə reallaşdıran erməni milli düşüncəsinin yalnız "absurd" sözü ilə səciyyələndiriləcək mahiyyətinə yönəltmişdir. Əsərdə hər hansı reallığa düzgün münasibətin onun adekvat dərkindən keçməsi haqqındakı ümumfəlsəfi tezisi işlək prinsip kimi götürən müəllif dünyaya erməni siyasətinin əsl mahiyyətini göstərməyə, məkrli hədəf və məqsədlərini aşkarlamağa çalışmış və buna nail olmuşdur.
Əsərdə isbat edilir ki, qədim tarixi kökləri aşkara çıxarmaqla özünütəsdiqə can atma hər bir xalqın milli özünüyaşatma üsullarından biri olduğu halda, bu humanitar yaşam formulu "erməni" etnofakturasının nümunəsində öz etnik varlığını hər cəhdlə qədimləşdirmək yolu ilə etnik üstünlüyə can atma kimi irqçi yaşam üsuluna qədər inkişaf etdirilmişdir. Zamanla erməni xalqını mədəni dünya ilə münasibətlərdə faciəvi duruma salan bu özünüifadə formulu təkcə çağdaş erməni siyasəti üçün xarakterik olmayıb, erməni "tarixinin" bütün dönəmləri üçün aktuallıq kəsb etmiş, həm də sivil dünyanı zaman-zaman erməni antihumanitar yaşam formulunun onun milli sistemi səviyyəsində hərəkətə gəlməsindən özünü qorumağa məcbur etmişdir.
Akademik Ramiz Mehdiyev 2010-cu il oktyabrın 16-da Gorus şəhərində Ermənistanın "birinci şəxsi" - prezident Serj Sarkisyanın dilindən səslənən və mədəni dünya kriteriyaları baxımından yalnız "absurd" kimi dəyərləndirilə biləcək "erməni həqiqətlərini" məhz erməni antihumanitar özünüifadə formulunun növbəti təzahürü kimi qiymətləndirərək yazır: "Ermənistanı tarixin saxtalaşdırılması məsələləri üzrə dəyişməz dünya çempionu adlandırmaq olar. Bu baxımdan onun tayı-bərabəri yoxdur. Öz tarixlərini "qədimləşdirməyə" və hər vasitə ilə öz xalqını qonşuların ermənilərin xoşuna gələn ərazilərinə "bağlamağa" çalışan erməni müəlliflər bəzən özləri də bilmədən gülünc nəticələr çıxarır, siyasi liderlər də dərhal bu nəticələrdən yapışır və yüksək tribunalardan çıxış edərkən utanıb-qızarmadan həmin nəticələri elmdə hamılıqla qəbul edilmiş "aksiomlar" kimi qələmə verirlər".
"Gorus-2010: absurd teatrı mövsümü" əsəri bizə həm də ermənilərin xüsusilə, Cənubi Qafqazda yeritdikləri milli siyasətin bütün reallıqlarını təsəvvür etməyə imkan verir. Ermənilər Qafqaz coğrafi-etnik məkanında (ümumən: qovularaq gəldikləri bütün məkanlarda) "göründükləri" andan onun mənəvi mədəniyyət tarixini düşünülmüş şəkildə dəyişdirmək - erməniləşdirmək üçün var gücü ilə çalışmışlar. Bunun başlıca səbəbi dünya humanitar-etnik normaları ilə daim problemləri olan ermənilərin qədəm qoyduqları hər bir yeni məkanda, o cümlədən Qafqazda yad etnos olmalarıdır. Bütün bunlara təkzibolunmaz elmi dəlillərlə münasibətini açıqlayan akademik Ramiz Mehdiyev yazır: "Ermənilər antropoloji baxımdan praktiki olaraq yeganə xalqdır ki, onlar Cənubi Qafqaz xalqları üçün xarakterik olan antropoloji tipə uyğun gəlmirlər. Aparılmış antropoloji tədqiqatlara əsasən deyə bilərik ki, tarixi Azərbaycanın qərb hissəsinin əhalisi bütün dövrlərdə (eneolitdən başlamış müasir dövrə qədər) Azərbaycanın qalan hissəsinin əhalisinə oxşar olmuşdur. Müasir Ermənistan ərazisində ermənilərlə bağlı aşkar edilmiş ən qədim antropoloji tapıntılar yalnız XVII əsrə aiddir və yalnız Kenaker nekropolunda aşkar edilmiş tapıntılarla təsdiqlənir. Onlar bir sıra əlamətlərə (kəllə qutusunun forması, üz skeletinin quruluşu və s.) əvvəlki paleoantropoloji seriyalardan əsaslı şəkildə fərqlənir və yeni etnik komponentdirlər. Ermənilərin diş-çənə sisteminin təhlili də onların Dağlıq Qarabağ zonasında aborigenlər olmamasına dəlalət edir".

Milli yadlıq və milli yaddaş oppozisiyası

Akademik Ramiz Mehdiyev yuxarıdakı fikri ilə bir etnos kimi bütün tarix və məkanlar boyunca erməniləri eyni mentalitet normalarında təsdiq edən özünüifadə formulunun funksional mahiyyətini aşkarlamağa nail olmuşdur. Bu, "yadlıq"la "yaddaş"ın ilk baxışdan görünməyən əbədi oppozisiyasıdır. Hər bir sistemin yaddaşı ona daxil olmağa çalışan yad elementi antisistem ünsürü kimi inkar edir: "yad" olanın strukturu "yaddaşın" strukturuna uyğun gəlmədiyi üçün yadla yaddaş arasında oppozitiv münasibətlər yaranır. Yad element yaddaşın strukturunu dağıdıb, onu özünə uyğunlaşdırmağa çalışır. Yaddaş da sistemi yaşatmaq üçün özünü qorumağa çalışır. Bu cəhətdən erməni-türk oppozisiyasının "Gorus - 2010: absurd teatrı mövsümü" əsərində təhlil və təqdim olunan etnofəlsəfi mahiyyəti aşağıdakı "tezislərdən" ibarətdir:
- erməni xalqı mövcud olduğu etnocoğrafi sistemə - Qafqaza gəlmə olduğu üçün yad elementdir;
- Azərbaycan xalqı mövcud olduğu etnocoğrafi məkanın üzvi tərkib hissəsi olduğu üçün tarixi yaddaşın yaşadıcısı, qoruyucusudur;
- milli yadlıqla milli yaddaşın oppozisiyası erməniləri həmişə olduğu kimi, Qafqazda da turk milli yaddaşının amansız düşməninə çevirmişdir.
Əsərdə Azərbaycanın tarixi ərazilərini özününküləşdirməyə çalışan ermənilərin toponimlərlə bağlı saxtakarlıqları da diqqətdən kənarda qalmır: "Əvvəllər Azərbaycana (məhz Azərbaycana!) məxsus olmuş İrəvan xanlığının ərazisində yüzlərlə toponimin sovet dövründə vaxtilə həmin torpaqlarda yaşamış Azərbaycan türklərinin izlərini məhv etmək məqsədilə adları dəyişdirilərək onlara erməni adları qoyulmuşdur. Bizim dildə mənası olan bu toponimlərin erməni dilində heç bir mənası yoxdur. Bu toponimlər haraya yox olmuşdur? Şübhə yoxdur ki, elə həmin tarixi saxtalaşdırmaq laboratoriyaları bu suala cavab axtararkən Basarkeçər (Vardenis), Qaranlıq (Martuni), Hamamlı (Spitak), Cəlaloğlu (Stepanavan), Qarakilsə (Sisyan), Qarakilsə (Vanadzor), Keşişkənd (Yexeqnadzor), Uluxanlı və ya Zəngibasar (Masis), İstibulaq və ya Karvansara (İcevan), Dəvəli (Ararat qəsəbəsi), Gözlü Kəmərli (Metsamor), Üç Müədzin (Eçmiədzin), Alagöz (Araqats), Göyçə (Sevan), Arpaçay (Axuryan) və yüzlərlə başqa keçmiş Azərbaycan toponimləri üçün yüzlərlə yeni "vararakn"lar icad edəcəklər. Az qala, Nuh əyyamından qalmış yeni "qədim erməni" adlarının guya qeydə alındığı saxta "salnamələr" üzə çıxacaqdır. Elə həmin laboratoriyalar işğal edilmiş şəhərlər və kəndlər üçün yeni adlar fikirləşib tapmış və bir müddətdən sonra Ermənistan rəhbərləri yüksək tribunalardan çıxış edərək yeni "vararakn"lar barədə dünyaya car çəkəcəklər".
Erməni özünüifadə formulunun antihumanitar xarakterinin dəyişməzliyini, başqa sözlə, "universallığı"nı xüsusi vurğulayan müəllif göstərir ki, "...ermənilər artıq Ukraynanın Lvov şəhərinin də adını dəyişdirərək onu Aryuts adlandırmaq istəyirlər!"

Milli landşaft və milli yaddaş həqiqəti

"Gorus - 2010: absurd teatrı mövsümü" əsəri erməni siyasətində Azərbaycan folklorunun XIX əsrdən etibarən bu günədək davam edən erməniləşdirmə təcrübəsinin üzərinə də işıq salır. Azərbaycan folkloruna qənim kəsilən ermənilər neçə əsrdir ki, milli folklorumuzu hər vəchlə erməniləşdirməyə çalışırlar. Bunun əsasında milli yaddaş amili dayanır. Məkrli qonşularımız yaxşı bilirlər ki, folklor hər bir xalqın yaddaşıdır: fərd yaddaşı, etnos yaddaşı, millət yaddaşı və xalq yaddaşı. Hər bir xalqın varlığı söz və sənət kodları ilə onun yaddaşında inikas olunur. Yaddaş "qalar-qopar" dünyada "gəlimli-gedimli" ritmlə öz yaşamını gerçəkləşdirən xalqın fiziki-mənəvi mövcudluğunun fövqünə qalxır: yaddaşı yaradan xalqın mövcudluğu yenə də birbaşa onun yaddaşına müncər olunur. Milli yaddaşda millətin tarixi bütöv xalqın taleyindən keçdiyi kimi, hər bir fərdin taleyindən də keçib gələcəyə gedir. Folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu millətlər içində millət edən zirvəyə qalxa bilir. Hər bir xalqın bir millət kimi bütövlüyü, ölkə kimi tamlığı və təhlükəsizliyi etnokosmik yaddaşın onu hansı şəkildə ayaqda saxlamasından birbaşa asılıdır.
Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" əsəri sübut edir ki, milli-mənəvi dəyərlərimizin erməniləşdirilməsinin əsasında həmin dəyərlərdə yaşayan yaddaşın ermənilərə yadlığı durur. Ona görə də Azərbaycan folklorunda qorunan fərdi yaddaş, etnos yaddaşı, millət yaddaşı və xalq yaddaşı sxemlərini bütün səviyyələrdə erməni etnik koduna uyğunlaşdırmağa çalışırlar. Onlar bununla Qafqaz milli landşaftı ilə erməni milli yaddaşı arasındakı uyğunsuzluğu - oppozisiyanı aradan qaldırmaq istəyirlər. Lakin milli yaddaşın daşıyıcısı olan folklor bütün hallarda milli landşaftın davamı və ifadəsidir. "Göyçəyə qayıdan yol folklordan keçir" - deyən akademik Yaşar Qarayevin yazdığı kimi, "...Xəritəmiz yalnız folklorumuzda dəyişməyib, bütün qalıb. Kərküklə və Təbrizlə, Göyçə ilə və Qarabağla, Dərbəndlə və Borçalı ilə indi də bir yerdə, bütövdə yaşadığımız mənəvi məkanın adı - folklordur... Sehrli və müqəddəs folklor ərazisindən bir sətri, bir qarışı da Qorqud və Koroğlu, Oğuz xan və Boz Qurd, Xıdır Nəbi... yada, qəsbkara güzəştə getməyib".
Erməni etnik elementi Qafqaz milli landşaft sistemi üçün tamamilə yad elementdir. Yadlığın doğurduğu bu həqiqət ermənilərdən Qafqazın avtoxton türk milli yaddaşına hər zaman total-sistemli müdaxilə tələb edir. Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" əsəri isə, əslində, ermənilərə hər bir etnosun milli genetik sxemlərinin bir ilahi yazı olduğunu, pozulmazlığını sübut edir, tarixin "qalan vaxtını" antihumanitar erməni formulu əsasında deyil, ümumbəşəri normalara uyğun yaşamaq, nəticə çıxarmaq üçün bir şans olduğunu göstərir.

Milli folklor - milli yaddaş formulunun pozulmazlıq qanunu

"Gorus - 2010: absurd teatrı mövsümü" əsəri onu oxuyanların hamısına - oxuyub milli həqiqət yolu ilə daha inamla addımlayan Azərbaycan xalqı, oxuyub milli faciə və xilas yolunu olduğu kimi görən ermənilər və oxuyub dünyanın milli həqiqətlərinə göz yummamalı olan digər xalqlar üçün faydalıdır. Bu əsər hər kəsə dünyanın ulu mənəvi-humanitar qanununu - milli folklorla milli yaddaşın uyarlıq formulunun pozulmazlığını izah edir.
AMEA Folklor İnstitutunda ölkədə həyata keçirilən milli siyasət kursu əsasında aparılan folklorşünaslıq tədqiqatları akademik Ramiz Mehdiyevin həmin kursun elmi-fəlsəfi ifadəsi olan "Gorus - 2010: absurd teatrı mövsümü" əsərinin ana tezislərinə uyğundur. Bu cəhətdən sözügedən tədqiqat əsəri Azərbaycan folklorunun ermənilərə aid edilməsinin çoxsərlik (ən azı - XIX-XXI əsrlərdə) təcrübəsinin acı nəticələrinin aradan qaldırılması istiqamətində milli folklorşünaslıq elminin qarşısında çox böyük və aktual vəzifələr qoyur. İstisnasız olaraq bütün sahələrdə yalan və saxtakarlıq üzərində qurulmuş erməni siyasəti ilə üzbəüz qaldığımız şəraitdə bu siyasəti ifşa etmək, onun nəticələrini aradan qaldırmaq Azərbaycan xalqınını milli mövcudluğunun əsas şərtlərindən birinə çevrilmişdir. "Gorus - 2010: absurd teatrı mövsümü" əsərində göstərildiyi kimi, bütün tarix və bütün faktlar Azərbaycanın milli həqiqətlərini yalnız təsdiq edir. XIX əsrdən başlayaraq rus elmində erməniləşdirilməsinə ardıcıl cəhdlər edilmiş Azərbaycan folklor materialları bu gün erməni saxtakarlığını ifşa etmək üçün əvəzsiz materal verir. Bu cəhətdən 1881-ci ildən 1929-cu ilədək nəşr olunmuş və 46 cildi işıq üzü görmüş, adı elmi ədəbiyyatlarda ixtisarla SMOMPK (Sbornik materialov dlya opisaniy mesnostey i plemen Kafkaza) kimi gedən məcmuə xüsusilə aktualdır.
SMOMPK məcmuəsi ilə bağlı AMEA Folklor İnstitutunda aparılmış monoqrafik tədqiqatın nəticələrinə görə, sözügedən məcmuədə, o cümlədən həmin dövrün başqa mətbuat orqanlarında ermənilərin öz adlarına çıxdıqları Azərbaycan folklor nümunələrinin öyrənilməsi və milli dəyərlərimizin xalqımıza qaytarılması təxirəsalınmaz məsələdir. Ermənilər və onları yönəldən ermənipərəst rus ziyalılarının XIX əsrdəki bu saxtalaşdırmaları indi Azərbaycan folklorşünaslarının əlində erməni saxtakarlığının beynəlxalq miqyasda ifşa edilməsindən ötrü ən böyük silahdır. Bu, ilk növbədə, tarixi şərait və epoxal imkanlarla müəyyənləşir. Ermənilərin və ermənipərəstlərin XIX əsrdəki bu saxtalaşdırmalarının arxasında rus imperiyası və beynəlxalq erməni təşkilatlarının, əslində, Qafqazda yad olan erməni etnosunun burada yalançı qədim tarixinin təsdiq edilməsi niyyəti dururdu. Bunun üçün təkcə yalançı tarix əsərləri yazılmamış, eyni zamanda, Azərbaycanın folklor nümunələri erməni folkloru kimi qələmə verilmişdir. Erməni ideologiyasının Azərbaycan tarixi ilə yanaşı, folklora qarşı yönəlmiş bu işinin arxasında çox ciddi niyyətlər gizlənirdi. Belə ki, ermənilər və onların ağası olan çar Rusiyası folklorun hər bir xalqın tarixində oynadığı rolu gözəl dərk edirdilər.
SMOMPK məcmuəsi ilə bağlı Folklor İnstitutunda aparılmış tədqiqat göstərir ki, folklor öz arxaik-funksional mahiyyətinə görə, əslində, tarixdir - onu yaradan etnosun bədii sözlə reallaşmış tarixi. Folklorun bütün məzmunu və forması ilə bağlı olduğu mifologiya onu yaradan və yaşadan xalqın necə meydana gəlməsini təsvir edir. Miflərin əsasını insanın, cəmiyyətin, xalqın, dünyanın necə yaranması haqqında hekayələr təşkil edir. Bu cəhətdən, əfsanə və rəvayətlər, ilkin eposlar birbaşa onu yaradan xalqın epik tarixini təsvir edir. Məsələn, Azərbaycan türklərinin ulu əcdadı Oğuz kağanla bağlı miflər, o cümlədən "Oğuznamə" eposu oğuz xalqının necə yaranmasını, necə dövlət qurmalarını, dünyanı necə fəth edib, onu hansı şəkildə idarə etmələrindən bəhs edən görünən tarixdir. Bu cəhətdən oğuzların qədim tarixindən bəhs edən miflər və rituallar onların milli kimliyini təsdiq edən folklor "sənədləridir". Ermənilər XIX əsrdə rus imperiyasının türklərin milli oyanışının əleyhinə yönəlmiş mənfur siyasətinin nəticəsində Azərbaycan ziyalılarının hələ bu məsələlərə çox az fikir vermələrindən və ümumiyyətlə, azərbaycanlı folklorşünas kadrların olmamasından istifadə edərək folklorumuzu mənimsəmiş və "erməni folklor tarixinin" yaradılması istiqamətində xeyli iş görmüşdülər. Lakin dünya folklorşünaslıq elminin indiki dövrlə müqayisədə çox zəif inkişaf etdiyi həmin dövrdə (XIX əsrdə) edilmiş bu milli-ideoloji cinayətlər hazırkı qloballaşma və internet üzərində təşəkkül tapan "vahid dünya" siyasəti şəraitində Azərbaycan alimlərinə erməni saxtakarlığını ifşa edib, dünyanın pozulmuş siyasi-milli haqlarını bərpa etməkdə çox böyük imkanlar yaradır.
Ermənilər və onların havadarları XIX əsrdə xalqımıza qarşı belə tarixi cinayətlərə yol versələr də, tarixin özü bu bəşəri ədalətsizliklərə şərait yaratmır. Humanitar elmlərin, o cümlədən folklorşünaslıq elminin XX əsr təcrübəsi belə bir elmi həqiqəti ortaya çıxarmışdır ki, bir xalqın folklorunun mahiyyətini təhrif edib, onu başqa xalqın adına yazmaq, sadəcə olaraq, mümkün deyil. Çünki hər bir xalqın folklorunda həmin xalqın ruhu yaşayır. Nə qədər saxtalaşdırma aparılırsa-aparılsın, həmin ruhu folklor mətninin strukturundan kənarlaşdırmaq, mətnə yad olan etnik-milli ruhu ora gətirmək mümkün deyil. Ona görə ki, hər bir etnosun folklor mətninin poetik strukturu onun bədii düşüncəsinin strukturunu əks etdirir. SMOMPK məcmuəsində ermənilərin öz adlarına çap etdirdikləri Azərbaycan folkloru mətnlərinə nəzər saldıqda görürük ki, heç bir saxtalaşdırma həmin folklor mətnlərinin gerçək milli mahiyyətini təhrif edə bilməmişdir. Çünki məcmuədə ermənilərin adına çap olunmuş folklor örnəklərimizin milli mahiyyəti mətnlərin poetik strukturunun elə səviyyələrini əhatə edir ki, onlara sadəcə olaraq müdaxilə etmək mümkün deyildir. SMOMPK məcmuəsi haqqındakı monoqrafik araşdırmada həmin səviyyələr aşağıdakı kimi müəyyənləşdirilmişdir:
Birincisi, mətnlərin məzmun səviyyəsi:
SMOMPK-da ermənilərin adına çap olunmuş Azərbaycan folkloru nümunələrinin məzmunu erməni folkloru üçün xarakterik deyildir. Həmin mətnlərin məzmunu tematik tipləri, hər tip üçün xarakterik olan süjet, motiv, epizodlar sistemi, istisnasız olaraq, Azərbaycan folklorunun məzmun poetikasını, tematik strukturunu əks etdirir.
İkincisi, mətnlərin obrazlar sistemi:
Hər bir xalqın folklorunun obrazlar sistemi həmin xalqın gerçəkliyə tarixən formalaşmış bədii münasibətini əks etdirir. Ermənilərin mənimsəməyə cəhd etdikləri folklor nümunələrinin obrazlar sistemi Azərbaycan folklor obrazlarının bütün poetik özünəməxsusluğunu inkarolunmaz şəkildə qoruyur.
Üçüncüsü, mətnlərin formal poetik strukturu:
Ermənilərin mənimsəməyə cəhd etdikləri folklor örnəklərinin formal strukturu bütün poetexniki elementləri səviyyəsində erməni folklor yaradıcılığına yad olub, Azərbaycan folklor obrazlaşdırmasının özəlliklərini əks etdirir.
Dördüncüsü, mətnlərin bədii təsvir və ifadə sistemi (bədii fiqur və poetik sintaksis):
Göründüyü kimi, hər bir xalqın folkloru özünəməxsus metaforik sistemə malikdir. Bura daxil olan bədii təsvir və ifadə vasitələri həmin xalq üçün xarakterik olub, onun gerçəkliyi qavrama və bədiiləşdirmə üsullarını əhatə edir. Ermənilərin mənimsədikləri folklor örnəklərinin bədii təsvir və ifadə vasitələri Azərbaycan türkünün dünyanı bədii təsvir və ifadə vasitələrini - obrazlaşdırma üsul və vasitələrini əks etdirdiyi üçün onların erməni bədii düşüncəsinə aid olmadığı dərhal bilinir. Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" ermənilərə dünyanın bu danılmaz həqiqətini izah etməklə, onları öz milli enerjilərini məkrli niyyətlərə sərf etməkdən əl çəkib, insanlığın ali bəşəri dəyərləri uğrunda çalışmağa çağırır.

05.02.2011 «Azərbaycan” qəzeti

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.