Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Ortaq türk dəyərlərini öyrənmək üçün mənbə

"Avrasiya materikinin mərkəzində Şərqdən Qərbə doğru müasir beynəlxalq siyasi reallıq üçün son dərəcə əhəmiyyətli bir coğrafi mövqedə qərarlaşmış türk etnik-coğrafi arealı" (M.Kərimov) 6 türk dövlətini, 10-a yaxın muxtar respublikanı, siyasi dövlət strukturu olmayan neçə-neçə türk toplumunu birləşdirir. Türk xalqlarının tarixən məskunlaşdıqları coğrafi ərazilər təkcə yeraltı və yerüstü sərvətlərlə deyil, həm də tarixi-mədəni dəyərlərlə zəngindir. Bu zəngin milli mənəvi və maddi dəyərləri qorumaq, öyrənib müasirlik və tarixilik baxımından qiymətləndirmək, optimal yollarla inteqrasiyanı reallaşdırmaq qloballaşan dünyada türk xalqları alimlərinin başlıca tarixi vəzifəsidir. Bu işdə türk alimləri (eləcə də xalqları!) bir-birilə möhkəm əlaqə və əməkdaşlıq şəraitində çalışmalıdırlar. Belə bir vəzifənin reallaşdırılması baxımından Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun (MDB məkanında hələlik yeganə elmi-tədqiqat müəssisəsidir) həyata keçirdiyi tədbirlər, sözün həqiqi mənasında, təqdirəlayiqdir. Həmin tədbirlər çərçivəsində "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" adlı beynəlxalq konfransı çox dəyərli və mühüm hadisə oldu.
İkiillik fasilədən sonra 2010-cu ilin 25-26 noyabr tarixlərində Bakıda Azərbaycan MEA-nın Folklor İnstitutu və Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetinin birgə təşkilatçılığı ilə "Türk epik ənənələrində dastan" mövzusunda "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" VI Uluslararası folklor konfransı keçirildi.
Təşkilat Komitəsinin səyi ilə yüksək səviyyədə reallaşdırılan elmi məclisdə ayrı-ayrı bölmələrdə 98 məruzə dinlənilib müzakirə olundu.
Həmin konfrans materialları iri formatda 520 səhifəlik kitabda toplanaraq nəşr edilib.
Toplunun ilk səhifələrində Azərbaycan MEA-nın prezidenti, akademik Mahmud Kərimovun açılış nitqi verilmişdir. Tədbiri tarixi-mədəni yöndən dəyərləndirən açılış nitqinin sonunda belə bir inam ifadə olunur ki, Folklor İnstitutunun təşəbbüsü ilə başlanan konfrans xalqlarımız arasındakı mənəvi ünsiyyətin intensivləşməsini, mədəni inteqrasiyanın sürətləndirilməsini təmin edəcək.
Sonrakı səhifələrdə Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Hüseyn İsmayılovun konfrans iştirakçılarına müraciəti verilmişdir. Müraciətdə konfrans "Şanlı keçmişə malik türkün eyni işarəli gələcəyinin real olduğunun anılması işində irəliyə bir addım" kimi qiymətləndirilmişdir.
Topluda Almaniyada çalışan Abdulkadır İnaltekin, Türkiyədəki Ərdəhan Universitetinin əməkdaşı Əhməd İçlinin, İranda fəaliyyət göstərən Əkbər Dövlətşahinin, Türkmənistan EA-nın Əlyazmalar İnstitutunda çalışan Kanajan Xanubekovun və daha neçə xarici ölkələrin alim-tədqiqatçılarının türk epik ənənələri ilə bağlı araşdırmalarının ümumiləşdirildiyi yazılar əksini tapmışdır.
Azərbaycanlı professorlardan Tofiq Hacıyev, Hüseyn İsmayılov, Nizami Tağısoy, Sədnik Paşa Pirsultanlı, Qara Namazov və Şurəddin Məmmədlinin, filologiya elmləri üzrə fəlsəfə doktorlarından Rövşən Əlizadə, İslam Sadiq, Mübariz Süleymanlı, Ülkər Əliyeva, Ülkər Nəbiyeva və başqalarının məqalələri elmi-nəzəri məzmunu ilə diqqəti cəlb edir.
Bütövlükdə folklorşünaslığın epik ənənələri (türk xalqları dastanlarının materialları əsasında) haqqında zəngin ədəbi-bədii faktlar əsasında qələmə alınmış tədqiqat materialları ortaq türk dəyərlərini öyrənənlər üçün faydalı mənbədir.

Ş.MƏMMƏDOV

"Azərbaycan müəllimi" qəzeti, 28 Yanvar 2011 - №04

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.