Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
1.4.2016

Folklor İnstitutunda Ceyhun Hacıbəyliyə həsr olunmuş Elmi Sessiya keçirilib

    Aprelin 1-də AMEA Folklor İnstitutunda görkəmli ədəbiyyatşünas, publisist, tərcüməçi və ictimai xadim Ceyhun Hacıbəyliyə həsr olunmuş “Ceyhun Hacıbəyli və Azərbaycan folkloru” mövzusunda Elmi Sessiya keçirilib. Sessiyanı giriş sözüylə Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov açaraq, tədbirin məqsədi və görkəmli alimin həyat və fəaliyyəti haqqında danışıb: “Bu il görkəmli ictimai xadim C eyhun Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu münasibətlə ölkə başçısı xüsusi sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq respublikamızın ayrı-ayrı elmi və mədəni qurumlarında çoxsaylı tədbirlər keçirilir. Bugünkü sessiya həmin silsilədən bir tədbirdir. Ceyhun Hacıbəyli ilk təhsilini Şuşada, sonra Bakıda alıb. Sankt-Peterburqda hüquq təhsili alıb, Sarbonna Universitetini bitirib. O, Şərq dillərindən ərəb, fars, qədim türk dilini, Avropa dillərindən rus, alman və fransızcanı mükəmməl bilməklə yanaşı, özünün yüksək elmi səviyyəsi, publisistik qələmi ilə fərqlənib. O dövrün mətbuatında – XX əsrin 10-cu illərindən sonra Azərbaycanda, 20-ci illərindən sonra Avropa mətbuatında maraqlı məqalələrlə çıxış edib, bədii əsərlər yazıb, tərcümələr edib. Bir neçə mətbuat orqanının baş redaktoru vəzifəsində (“İttihad”, “Azərbaycan milli komitəsinin əxbarı”, “Azərbaycan”) çalışıb. Onun ədəbiyyatşünaslıq fəaliyyətindən danışarkən M.F.Axundzadə, H.Zərdabi, Ə.Nəbati, N.Vəzirov, Ə.Haqverdiyev, İ.Qaspıralı, A.Tuqay, T.Fikrət haqqında sanballı məqalələrini qeyd etməmək olmaz. Folklor və etnoqrafiya sahəsində Ceyhun Hacıbəylinin nəinki elmi əsərləri, həm də bizə nümunə olacaq tərtib işi – “Qarabağın dialekt və folkloru (Qafqaz Azərbaycanı)” kimi əsəri var ki, prinsip etibarilə bəlkə sonrakı folklorşünaslığımıza təkan verən, öz nəzəri səviyyəsi ilə nümunə olan bir əsərdir. O, dünya folklorşünaslığı səvviyyəsində fokloru görən, onu tərtib etməyi bacaran şəxsiyyət olmuşdur. Bu kitabda elə janrlar var ki, sovet dövrü folklorşünasları yalnız 1970-ci illərdən sonra onlara diqqət etməyə başlamışdılar. Məsələn, alqışlar və qarğışları burada qeyd edə bilərəm. Bundan başqa elə janrlar da var ki, onlar indinin özündə belə Azərbaycan foklorşünaslarının toplama və tədqiqatlarına cəlb olunmayıb . Məsələn, qafiyəli oyunlar, müraciət formaları, yalvarışlar, hədə-qorxular, oxşatmalar (nazlama mənasında yox), tərifləmələr, xasiyyətlər, səciyyəvi ifadələr və s. Fransada mühacirətdə olduğu dövrdə Ceyhun Hacıbəylinin Qarabağ dialekti və folkloruna aid kitab tərtib etməsi bizim üçün böyük bir örnəkdir”.

    Ceyhun Hacıbəylinin tərcüməçilik fəaliyyətinə də toxunan M.Kazımoğlu-İmanov vurğu­layıb ki, o, “Arşın mal alan” kimi nadir sənət incimizi fransız dilinə tərcümə edib, onun tamaşa­sına nail olub. Eləcə də o, H.Cavidin, C.Cabbarlının Avropa oxucusuna tanıdılmasında böyük işlər görüb”.

    Giriş sözündən sonra fil.ü.e.d. Abid Tahirli “Ceyhun Hacıbəyli irsində folklor motivləri” mövzusunda məruzə edib. O, məruzəsində bildirib ki, problemə bir neçə aspektdən (Ceyhun Hacıbəyli – folklor toplayıcısı, folklor tədqiqatçısı, folklor nümunələrindən yaradıcı şəkildə yerli-yerində istifadə edən yazıçı kimi) yanaşmaqla daha sanballı, daha dolğun elmi-nəzəri nəticələr əldə etmək olar. Azərbaycan, rus və fransız dillərində yazan Ceyhun Hacıbəyli Azərbaycan folklor xəzinəsindən gen-bol istifadə edib. Əcnəbi dildəki əsərlərində müəllif folklor nümunələrindən ya hərfi, ya bədii tərcümə yolu, ya da olduğu kimi verməklə bəhrələnib”.

    Fil.ü.e.d. Almaz Həsənqızı “Avropada Azərbaycan folklorunun tədqiqi və təbliği məsələsi (Ceyhun Hacıbəylinin yaradıcılığı kontekstində)” adlı məruzəsində vurğulayıb ki, “Başqa mühacirlər kimi Ceyhun Hacıbəyli də folklor örnəklərinə xalqın azadlıq arzularının ifadə­si kimi xüsusi həssaslıqla yanaşıb, sovet senzura sisteminin basqılarına, xalq yaradıcılığı nümunələrinə qeyri-peşəkar münasibətə qəti etiraz edib”.

    Alim həm də tədbirin təşkilini yüksək qiymətləndirib: “Folklor İnstitutunun Ceyhun Hacıbəy­linin folklor irsinə diqqəti daha da artırmaq üçün keçirdiyi bu sessiya mühüm əhəmiyyət kəsb edir. Bu, həm də ömrü qürbətdə keçən, öz sözləriylə desək, “içəridə əsir, dişarıda yesir” yaşamağa məhkum olmuş Azərbaycanın mühacir öladlarına diqqətin artmasına xidmət edəcək”.

    Fil.ü.f.d., dos. Ağaverdi Xəlil “Ceyhun Hacıbəylinin yaradıcılığında folklor və tarix məsələləri” adlı m əruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Ceyhun Hacıbəylinin yaradıcılığında folklor və tarix məsələlərinə toxunub və bildirib ki, “Ceyhun bəyin bu istiqamətdəki fəaliyyətinə baxsaq, aşağıdakı başlıqları qeyd etməliyik: Azərbaycan folkloruna və tarixinə aid əsərləri; mətbuatda çap etdirdiyi, öz dövrü ilə bağlı məqalələri. Ceyhun Hacıbəylinin Azərbaycan tarixi ilə bağlı əsərləri qədim Azərbaycan substratını aydınlaşdırmağa xidmət edib. O, folklora və tarixə milli-mədəni varlığın tərkib hissələri kimi baxıb, onları milləti bütövləşdirən mənəvi dəyər konsepti kimi götürüb. Ceyhun Hacıbəylilin folklor və tarixlə bağı görüşləri Azərbaycançılıq ideyasına xidmət edib”.

    Fil.ü.f.d. Sönməz Abbaslının “Ceyhun Hacıbəyli və Qarabağ folkloru” adlı məruzəsində isə qeyd edilib ki, “ Ceyhun Hacıbəyli doğulduğu Şuşaya − Qarabağın iç dünyasına, folkloruna ruhən bağlı bir insan olub. Qarabağın təkrarsız, zəngin və əsrarəngiz folkloru onu özünə o qədər cəlb edib ki, o, məzuniyyətlərini, tətillərini doğma yurdunu qarış-qarış, oba-oba gəzərək folklor materialı toplamaqla keçirib. Onun folklora dair yalnız bir əsəri məlumdur: cəmi 48 səhifədən və 33 bölmədən ibarət olan “Qarabağın dialekt və folkloru (Qafqaz Azərbaycanı)” əsəri. Əsər məşhur türkoloq V.Radlovun planlaşdırdığı “Türk-tatar dialektlərinin kolleksiyası” adlı xüsusi nəşr üçün yazılıb. Kitabın materialları hələ inqilabdan xeyli əvvəl yığılıb. “Qarabağın dialekt və folkloru (Qafqaz Azərbaycanı)” əsəri Ceyhun Hacıbəylinin yaradıcılığında xüsusi elmi dəyər kəsb edib, 1933-cü ildə Parisdə “Asiya” jurnalında çap olunub. Əslində alim bu əsəri rus dilində yazıb, sonra parisli oxuculara Qarabağın mənəvi dünyasını göstərmək üçün onu yenidən işləyib və fransız dilinə tərcümə edib. Məhz Ceyhun Hacıbəylinin sayəsində fransız oxucusu Azərbaycanın ayrılmaz parçası olan Qarabağla yaxından tanış olmaq imkanı əldə edib. Bizim isə bu kitabla tanış olmaq imkanımız əsərin fransız dilindən Azərbaycan dilinə tərcüməsini və nəşrə hazırlanmasını öz üzərinə götürmüş, tədqiqatçı Bayram Ağayev və kitabın elmi redaktoru fil.ü.e.d. prof. Məhərrəm Qasımlının səyi nəticəsində mümkün olub. Yalnız 1994-cü ildə, 61 ildən sonra Azərbaycan oxucusu “Ozan” nəşriyyatında çapdan çıxmış bu əsərlə yaxından tanış olmaq imkanı əldə edib. Ceyhun bəy Hacıbəylinin sözü gedən əsərində diqqətçəkici bir məsələ də var ki, bu əsərin adı ilə bağlıdır: “Qarabağın dialekt və folkloru (Qafqaz Azərbaycanı)”. Ceyhun Hacıbəylinin bəlkə də o dövrdə fərqinə varmadığı və mötərizə daxilində verilmiş “Qafqaz Azərbaycanı” ifadəsi bu gün uğrunda mübarizə gedən bir torpağın − Qarabağın Azərbaycana məxsus olduğunu mənfur düşmənlərimizə, eləcə də dünyaya sübut etməkdədir”.

    Sonra çıxışlar ətrafında maraqlı fikir bölüşmələri olub. Elmi Sessiyada iştirak edən AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli və AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, müxbir üzv Nərgiz Axundova tədbiri yüksək dəyərləndiriblər. Elmi Sessiyanı yekunlaşdıran Muxtar Kazımoğlu-İmanov Ceyhun Hacıbəyli kimi insanların xalqımız üçün qoyub getdiyi irsin qiymətli və əvəzsiz olduğunu bir daha vurğulayıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.