Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
14.3.2016

AMEA Nizami adına Ədəbiyyat İnstitutu
AMEA Folklor İnstitutu

 

“İSLAM COĞRAFİYASINDA VƏ AZƏRBAYCANDA XALQ OYUNLARI VƏ MEYDAN TAMAŞALARI”

Beynəlxalq Simpoziumu

(15-16 iyul 2016-cı il)

  Simpozium haqqında məlumat

Bütün digər sahələrədə olduğu kimi, elm, təhsil, mədəniyyət və idman ənənələri sahəsində də Azərbaycan xalqı digər müsəlman ölkələri ilə bir sıra ortaq dəyərləri bölüşür. Bu gün Azərbaycanda oynanılan “Çövkən”, “Padşah”, “Aşıq-aşıq”, “Pəhləvan”, “Cıdır” və s. oyunların digər İslam ölkələrində də yayılması həmin ortaq mədəni dəyərlərin göstəricisidir. Məhz buna görə də Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, 2017-ci ildə Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi nəzərdə tutulur. Belə bir şəraitdə İslam coğrafiyasında idman ənənələrinin, ənənəvi xalq oyunları və meydan tamaşalarının öyrənilməsi, bu sahədə oxşar və fərqliliklərin araşdırılması, Azərbaycan oyun mədəniyyətinin təsir dairəsinin aşkara çıxarılması istər elmi, istərsə də ictimai-mədəni baxımdan xüsusi əhəmiyyət kəsb edir.

İslam coğrafiyası üç qitəni - Asiya, Avropa və Afrikanı birləşdirir, Çindən Afrikaya, Orta Asiyadan Balkanlara qədər olan böyük bir ərazini əhatə edir. Bu coğrafiyanın hüdudları daxilində müxtəlif millətlərə məxsus olan və bir-biri ilə sintez təşkil edən zəngin ənənəvi mədəniyyət nümunələri mövcuddur. Belə mədəniyyət nümunələri sırasında bu coğrafiyada yaşayan xalqların yaratdlğı oyun və tamaşaların xüsusi yeri və rolu vardır.

İslam coğrafiyasında və Azərbaycanda mövcud olan oyun və tamaşa nümunələri özündə ən qədim dövrlərin dünyagörüşünü, adət və ənənələrini mühafizə edib yaşadır. Qloballaşma və müasirləşmə şəraitində bu mədəniyyət nümunələrinin bir çoxu icra və ifa proseslərindən kənarda qalıb, bir hissəsi isə tamamilə unudulmaq təhlükəsi ilə üzləşib. İslam coğrafiyası xalqlarının mədəni dəyərlərinin, o cümlədən xalq oyunları və meydan tamaşalarının bərpa olunması, qorunması və gələcək nəsillərə itkisiz çatdırılması üçün elm və mədəniyyət təşkilatlarının öz fəaliyyətlərini bu istiqamətdə gücləndirməsi, oyun mədəniyyəti ilə məşğul olan mütəxəssisləri bir araya gətirməsi günümüzün aktual məsələlərindəndir.

AMEA Ədəbiyyat və Folklor İnstitutlarının birgə keçirəcəyi Beynəlxalq Simpozium öz iştirakçıları və tematikası baxımından İslam coğrafiyasını əhatə edəcək və bu coğrafiyada yaşayan xalqların ənənəvi mədəniyyətinin, mərasim folklorunun, oyun və tamaşalarının müxtəlif aspektlərini araşdıracaq, aktual məsələlərini müzakirə edəcəkdir.

Simpoziumun keçirilməsində əsas məqsədlərdən biri İslam coğrafiyası və Azərbaycanda mövcud olan ənənəvi mədəniyyət resurslarının yeni aspektlərdən öyrənilib sosial harmoniya, həmrəylik və mənəvi birlik kimi vacib işə cəlb edilməsidir.

 

SİMPOZİUMUN TƏŞKİLAT KOMİTƏSİ

Sədarət:

Akademik İsa HƏBİBBƏYLİ   (AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru)

AMEA-nın müxbir üzvü Muxtar KAZIMOĞLU-İMANOV   (AMEA Folklor İnstitutunun direktoru)

Elmi heyət:

Akademik Teymur Kərimli (AMEA Humanitar Elmlər Bölməsi, akademik-katib)

AMEA-nın müxbir üzvü Nərgiz Axundova (AMEA İctimai Elmlər Bölməsi, akademik-katib)

Akademik Rafael Hüseynov (AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyi nin direktoru )

AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva (AMEA Şərqşünaslıq İnstitutu nun direktoru )

AMEA-nın müxbir üzvü Yaqub Mahmudov (AMEA Tarix İnstitutu nun direktoru )

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu (AMEA Dilçilik İnstitutu nun direktoru )

AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə (AMEA Memarlıq və İncəsənət İnstitutu nun direktoru )

Tar.ü.e.d. Maisə Rəhimova (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu nun direktoru )

Fəl.ü.e.d. İlham Məmmədzadə (AMEA Fəlsəfə və Hüquq İnstitutu nun direktoru)

Fil.ü.e.d., prof. Məhərrəm Qasımlı   (AMEA Ədəbiyyat İnstitutunun direktor müavini)

Fil.ü.e.d., prof. Məmməd Əliyev   (AMEA Ədəbiyyat İnstitutunun direktor müavini)

Fil.ü.e.d., prof. Qəzənfər Paşayev   (AMEA Ədəbiyyat İnstitutunun baş elmi işçisi )

Fil.ü.e.d., prof. Kamran Əliyev   (AMEA Folklor İnstitutunda şöbə müdiri)

Fil.ü.e.d., prof. Füzuli Bayat   (AMEA Folklor İnstitutunda şöbə müdiri)

Fil.ü.f.d., dos. Əfzələddin Əsgər   (AMEA Folklor İnstitutunda şöbə müdiri)

Fil.ü.f.d., dos. Ağaverdi Xəlil   (AMEA Folklor İnstitutunda şöbə müdiri)

Fil.ü.f.d., dos. İlkin Rüstəmzadə (AMEA Folklor İnstitutunda şöbə müdiri)

Fil.ü.f.d., dos. Əziz Ələkbərli   (AMEA Folklor İnstitutunda bölmə rəhbəri)

Katiblik:

Fil.ü.f.d., dos. Afaq Xürrəmqızı (AMEA Folklor İnstitutu)

Fil.ü.f.d., dos. İlkin Rüstəmzadə (AMEA Folklor İnstitutu)

Mehman Həsənli   (AMEA Ədəbiyyat İnstitutu)

 

MƏRUZƏLƏRDƏ DİQQƏT YETİRİLMƏLİ MÖVZULAR:

•  İslam coğrafiyasında və Azərbaycanda xalq oyunlarının kökləri, yazılı abidələrdəki izləri və ənənəvi mədəniyyətdəki yeri

•  İslam coğrafiyasında oxşar oyunlar və onların təsviri

•  Xalq oyunları və meydan tamaşaları müxtəlif mədəniyyətlərin dialoqu kontekstində

•  İslam ölkələrində mərasim folklorunun aktual problemləri

•  Oyun personajlarının tipologiyası

•  Arxaik oyun nümunələrinin rekonstruksiya problemləri

•  Mövcud oyun nümunələrinin müqayisəli təhlili

•  Xalq oyunları və meydan tamaşalarının müxtəlif sənət sahələri ilə əlaqəsi

•  Xalq oyunları və meydan tamaşalarında geyim predmetləri və onların simvolikası

•  Xalq oyunlarının rəqslərlə əlaqəsi

•  Xalq oyunlarında sözlü mətn məsələsi

•  Xalq oyun və tamaşalarında musiqi məsələsi

•  Uşaq oyunlarının müasir vəziyyəti və problemləri

•  Müasir cəmiyyətdə sosial-mədəni proseslər və xalq oyunları

•  Xalq oyunlarının elektron resurslarının yaradılması

Simpoziumun təqvimi

Özətlərin son göndərilmə tarixi: 30 may 2016-cı il
Qəbul edilən özətlərin son elan olunma tarixi: 15 iyun   2016-cı il
Simpoziumun keçirilmə tarixi: 15-16 iyul 2016-cı il

Məruzənin yazılma qaydaları

Simpozium materiallarında yayımlanacaq məruzələr 15 səhifədən artıq olmamalıdır.  
Məruzələr Azərbaycan, türk, rus və ingilis dillərindən birində ola bilər.
Başlıq, Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır.

Müəllifin adı, soyadı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır.
Elmi dərəcə Times New Roman, 11 Pt, ortada, italik ilə açıq şəkildə qeyd edilməlidir.
Elektron ünvan Times New Roman, 10 Pt, italik ortada yazılmalıdır. Məsələn: AMEA Folklor İnstitutu, Xarici əlaqələr bölümü, BAKI, .......@.....

Özət

Özət mətni dik, Times New Roman, 11 punto, paraqraf verilərək yazılmalı,  
200 – 300 sözdən ibarət olmalıdır.  

Açar sözlər : 8-12 sözdən ibarət olmalıdır.

  Giriş

Dik, 11 punto, paraqraf verilərək (1,25 sm) yazılmalıdır.

1.1.Yarımbaşlıqlar

Dik, 11 punto, paraqraf başı verilərək (1,25 sm) yazılmalı, qaynaq nömrələri göstərilməlidir.

Sonuc

QAYNAQLAR

APA stilinə uyğun yazılmalıdır.

Məsələn: Şamil, A. (2010). Uyğur, Qaqauz,

Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı. Bakı: NURLAN

Özətlər doldurulmuş forma ilə birlikdə 30 may 2016-cı il tarixinədək

  oyunvetamasalar@gmail.com e-mail ünvanına göndərilməlidir.


MÜRACİƏT FORMU

Müəllifin adı, soyadı

 

Elmi dərəcəsi

 

Çalışdığı qurum

 

Bölmə  

 

E-mail

 

Telefon nömrəsi (ölkə kodu ilə birlikdə)

 

Ev ünvanı (poçt indeksi ilə birlikdə)

 

Ölkə, şəhər     

 

Məruzə başlığı

 

Açar sözlər

 

Özət

 

 

 

 

 

 

Yol və otel xərcləri

Simpoziuma dəvət edilənlərin yol və otel xərcləri özlərinə, yemək xərcləri Təşkilat Komitəsinə aiddir.

Ə laqə

Yazışma ünvanı:   Az1001, İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu

AMEA Nizami Adına Ədəbiyyat İnstitutu:   (+99412) 537-08-59  

AMEA Folklor İnstitutu   (+99412) 492 93 14

Faks nömrəsi:   (+99412) 492-93-14

E-poçt adresi:   oyunvetamasalar@gmail.com

İnternet adresi:   http://folklorinstitutu.com

Simpoziumun açılış toplantısı Bakı şəhəri, H.Cavid pr. 129 ünvanında, AMEA Mərkəzi Elmi Kitabxanasının konfrans zalında keçiriləcək (IV mərtəbə).

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.