Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
3.2.2016

“Gənclər günü”nə həsr olunmuş elmi seminar

    02 fevral 2016-cı ildə AMEA Folklor İnstitutunda “Gənclər günü”nə həsr olunmuş elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA Folklor İnstitutunun “Gənc Alim və Mütəxəssislər Şurası”nın sədri, fil.ü.f.d. Nail Qurbanov Azərbaycanda “Gənclər günü”nün yaranması tarixindən danışdı. Nail Qurbanov qeyd etdi ki, Azərbaycanda 2 fevral tarixinin “Gənclər günü” elan edilməsi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ilin iyun ayında Ümummilli Liderimiz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı andan etibarən Azərbaycan gəncliyini ölkənin taleyi üçün mühüm işlər görməyə çağırmışdır. Gəncliyin inkişafına dəstək məqsədilə Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman imzalamışdır. 1996-cı il fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gənclərin I Forumunun keçirilməsi haqqında Sərəncam imzalamışdır. Forumda şəxsən iştirak edən Ulu Öndər öz çıxışında gənclər qarşısında duran əsas məqsədləri də aydın şəkildə göstərmişdir. O, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinin Azərbaycan gəncliyinin qarşısında duran mühüm vəzifələrdən biri olduğunu vurğulamışdır: "Hər bir gənc orduya səfərbər olmağa hazır olmalı və orduda xidmət etməyi özünə şərəf bilməlidir". Heydər Əliyev 1997-ci ilin fevralın 1-də forum nümayəndələrini qəbul etmiş və forumun əhəmiyyətini qeyd edərək onun keçirildiyi 2 fevral tarixini “Azərbaycan gəncləri günü” elan etmişdir. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Nail Qurbanov xüsusi olaraq onu da vurğuladı ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada isə 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edil mişdir.

    Elmi seminarda AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Ləman Süleymanova Heydər Əliyev gənclər siyasətinin banisidir” mövzusunda məruzə ilə çıxış edərək bildirdi ki, Ulu Öndər heç zaman gənc nəslə öz qayğısını əsirgəməmiş, gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməsini, onların sosial ehtiyaclarını, yüksək səviyyədə təhsil almalarını, asudə vaxtlarını səmərəli şəkildə keçirmələrini, hüquqlarının müdafiəsini, ümumiyyətlə, gənclərin hərtərəfli inkişafını təmin etmişdir. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. 1993-cü ilin iyun ayında Ümummilli Liderimiz xalqın təkidi ilə hakimiyyətə qayıtdığı andan etibarən Azərbaycan gəncliyini ölkənin taleyi üçün mühüm işlər görməyə çağırmışdır. Məhz elə 1993-cü ildən etibarən dövlət gənclər siyasəti istiqamətində işə başlanmışdır. Dövlət gənclər siyasəti gənclərin cəmiyyətdə layiqli yer tutmasını təmin etmək üçün yaradılmış və uğurla həyata keçirilmişdir.

   İnstitutun “Azsaylı xalqların folkloru” bölməsinin müdiri Elnarə Əmirli “Azərbaycanda gəncliyə qayğı” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycanda son 20 ildə gənclərin inkişafına yönəlik hazırlanmış proqram və tədbirlər planlarından danışdı. O qeyd etdi ki, Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyev gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə böyük işlər görür. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi onun fəaliyyətinin əsasını təşkil edir.

   İnstitutun gənc alimi Gülnar Osmanova “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yekunları” adlı məruzə ilə çıxış edərək bildirdi ki, həmin dövlət proqramının həyata keçirilməsi zamanı gənclərin davamlı inkişafını təmin etmək üçün xeyli işlər görülmüşdür. Proqramda göstərilən gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, gənclərin gələcəyin tələblərinə cavab verən təhsil almaları üçün bərabər imkanların təmin edilməsi, gənclərin məşğulluğunun artırılması, mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara işə düzəlmələri üçün əlverişli şəraitin yaradılması, əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı gənc kadrların hazırlanması, dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması, gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi və məişət problemlərinin həll edilməsi, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi, gənc ailə institutunun möhkəmləndirilməsi, gənclərin məlumatlılığının artırılması, gənclərin vacib ictimai təşəbbüslərinin dəstəklənməsi üçün təşkilati, maddi və məlumatlandırma mexanizmlərinin inkişaf etdirilməsi, gənclərdə müasir düşüncə tərzinin formalaşdırılması, onların idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi, gənclərin regionların sosial-iqtisadi və mədəni inkişafından bəhrələnməsi üçün tədbirlərin həyata keçirilməsi, gənclərin özünüidarə və iqtisadi baxımdan təminetmə bacarıqlarının inkişaf etdirilməsi, gənclərin, o cümlədən gənc əlillərin sosial müdafiəsinin gücləndirilməsi, gənclər arasında zərərli vərdişlərin yayılmasına qarşı yönəlmiş fəaliyyətlərin dəstəklənməsi və inkişaf etdirilməsi, gənclərin inkişafında yerli icra strukturlarının və bələdiyyələrin iştirakının artırılması, yerlərdə gənclərə diqqətin gücləndirilməsi, gənclərlə işləyən mütəxəssislərin əlavə təhsilinin təmin edilməsi, gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığının və iştirakının stimullaşdırılması, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi, gənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılması istiqamətində xeyli işlər görülmüşdür.

    Sonda seminarı yekunlaşdıran AMEA Folklor İnstitutunun “Gənc Alim və Mütəxəssislər Şurası”nın sədri, fil.ü.f.d. Nail Qurbanov bildirdi ki, bu günə qədər dövlət gənclər siyasəti ilə bağlı yuxarıda sadalanan fərman və fəaliyyət proqramlarının, həyata keçirilən layihələrin mövcudluğu Azərbaycan Respublikasında gənclərlə bağlı məsələlərə xüsusi əhəmiyyət verildiyini təsdiq etməkdədir. Məhz Ulu Öndərimizin müəyyənləşdirdiyi və Prezidentimiz İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində gənclərimiz cəmiyyətdə hər zaman öz layiqli yerlərini tutacaqlar.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.