Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
13.1.2016

  “Yol və söz”

AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov haqqında kitab

    AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov haqqında yenicə çapdan çıxmış “Yol və söz” adlı kitabda alimin ömür yolundan, elmi yaradıcılığından, xüsusən onun xalq gülüşü ilə, folklorda obrazın ikiləşməsi ilə, psixologizmlə, həmçinin şifahi və yazılı ədəbiyyat əlaqələri ilə bağlı araşdırmalarından bəhs edən məqalələr toplanıb (Bakı, “Elm və təhsil”, 2015, 236 səh.).

    Fil.ü.f.d., AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Xavəri kitaba ön sözdə yazır: “Muxtar Kazımoğlu (İmanov) imzası bənzərsiz istedaddan, gərgin elmi zəhmətdən, Azərbaycan xalqına və onun mədəniyyətinə səmimi bir məhəbbətdən, ən başlıcası isə elmi yaradıcılıqda klassik halallıq normalarına zərgər dəqiqliyi ilə əməl etmək mədəniyyətindən və əxlaqından yoğrulmuş 30 illik gərgin fəaliyyətin məntiqi nəticəsi və təsdiqidir. Muxtar Kazımoğlu ömrün bu zirvə məqamına əliboş gəlməyib: o, müasir Azərbaycan filoloji və folklorşünaslıq elminin tanınmış nümayəndəsidir, elmi-ictimai mühitdə sözünün çəkisi və sanbalı olan görkəmli ziyalıdır, Azərbaycan Milli Elmlər Akademiyasının folklorşünaslıq ixtisası üzrə yeganə üzvüdür, AMEA Folklor İnstitutunun direktoru olaraq folklorşünas alim kollektivinin flaqmanıdır. Bundan əlavə o, zəngin ictimai fəaliyyətlə də məşğuldur”.

   Kitab iki bölmədən ibarətdir. “Mülahizələr, mübahisələr” adlı I bölmədə akademik Bəkir Nəbiyevin fikri diqqət çəkir: “Muxtar İmanov təkcə müraciət etdiyi mövzunun - xalq gülüşü probleminin deyil, bütövlükdə Azərbaycan folklorunun mükəmməl bilicilərindən biridir. Onun tədqiqat əsəri öz dərin elmi siqlətinə görə müasir folklorşünaslıq elmimizin uğurlarından sayıla bilər”.

   AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin onun «Azərbaycan folklorunda gülüşün genezisi və poetikası» mövzusunda doktorluq dissertasiyası haqqında qənaəti maraqlıdır: “Tədqiqat son dərəcə aktuallıq kəsb edir və bədii gülüşün mənşəyi, xarakteri, folklordakı yeri, mövqeyi, özünəməxsusluğu, təzahür formaları, poetikası baxımından ciddi elmi problemlərin tədqiq edilib ümumiləşdirilməsinə tam təminat verir. Problemi janrların genezisi və poetikası bucağından ayırıb, ona, ümumiyyətlə, bədii ədəbiyyat, xüsusən də şifahi xalq ədəbiyyatı müstəvisində bütün genişliyi ilə yanaşmaq və həmin əhatəli folklor məkanında möhkəm və əsaslı yer tutan gülüşün ən səciyyəvi xüsusiyyətlərini müəyyən etmək Muxtar İmanovun elmi xidməti sayılmağa layiqdir”.

   AMEA-nın müxbir üzvü Azad Nəbiyevin yazısında vurğulanır ki, M.Kazımoğlunun yaradıcılığında “qoyulan problem əvvəldən axıra qədər ardıcıllıqla elmi həqiqətlərə, faktlara, mənbələrə, eləcə də mövcud nəzəri fikrə istinad etməklə davam etdirilir”.

   Professor Qəzənfər Paşayev isə yazır: “Səliqə-səhmanı, elmi təfəkkürü ilə seçilən Muxtar Kazımoğlu – İmanovun “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” adlı doktorluq tədqiqatı folklorumuzun hərtərəfli öyrənilməsi yolunda atılan uğurlu addımdır”.

   Bu sıradan professorlar Paşa Əfəndiyev, Yavuz Axundlu, Ramazan Qafarlı, Valeh Hacılar da maraqlı qənaətlər irəli sürürlər.

   Professor Kamran Əliyein fikrincə, M.Kazımoğlunun araşdırmaları əsasən xalq gülüşünə - Azərbaycan folklorunda gülüşün anatomiyasını aşkarlamağa yönəldilib. Eləcə də bu bölmədə tanınmış alimlər Seyfəddin Rzasoyun, Arif Əmrahoğlunun, Paşa Əlioğlunun, Xanəli Kərimlinin, Nail Tanın, Oruc Əliyevin, Ağaverdi Xəlilin, Əziz Ələkbərlinin M.Kazımoğlu yaradıcılığı ilə bağlı yazıları yer alıb.

   II bölmə “Portret cizgiləri” adlanır. “O illər itmədi” (Adil Cəmil), “Paralel xronologiyalar” (Kamran Əliyev), ““Böyüklük” hikkəsindən uzaq adam” (Əfzələddin Əsgər), “Akademik ədəbiyyatşünaslıq yolu” (Bədirxan Əhmədov), “Yaradıcı şəxsiyyəti, ziyalı müdrikliyi” (Mahmud Allahmanlı), “İnamın işığında” (Əli Rza Xələfli), “Muxtar Kazımoğlu: obrazın bütövlüyü” (Rüstəm Kamal), “Paylaşmağa dəyən təəssürat” (Atəş Əhmədli), “Sadəliyin gözəlliyi” (Tahir Orucov), “Adını yaşayan insan” (Atif İslamzadə) kimi yazılarda M.Kazımoğlunu yaxından tanıyan dostları, həmkarları ürək sözlərini bölüşürlər.

   “Ömrün unudulmaz anları fotoşəkillərdə” rubrikasında M.Kazımoğlunun elmi fəaliyyəti ilə bağlı foto şəkillər təqdim olunur.

   Kitabın tərtibçisi fil.ü.f.d. Səbinə İsayeva, redaktoru Aynurə Səfərovadır.

Mətbuat xidməti

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.