BƏƏ-dən gəlmiş araşdırmaçı Folklor İnstitutunun qonağı olub
Dekabrın 9-da Birləşmiş Ərəb Əmirliklərindən gəlmiş araşdırmaçı Anna Dabbaği və onu müşaiyət edən “Yarat” Müasir İncəsənət Mərkəzinin əməkdaşı Ruqiyyə Dadaşova AMEA Folklor İnstitutunun qonağı olublar. Folklorda külək motivi ilə bağlı araşdırma apardığını bildirən A.Dabbaği onu maraqlandıran suallarla institutun Mifologiya şöbəsinə müraciət edib. Mifologiya şöbəsinin müdiri, fil.ü.e.d. Seyfəddin Rzasoy mövzu ilə bağlı fikirklərini bölüşüb, qonağın suallarını cavablandırıb.
Söhbətdə iştirak edən Klassik folklor şöbəsinin müdiri, fil.ü.f.d. Rza Xəlilov, institutun elmi katibi, fil.ü.f.d. Elçin Abbasov, elmi işçilər Elçin Qaliboğlu, Aynur Qəzənfərqızı mövzu ilə bağlı fikirlərini bölüşüblər.
A.Dabbaği institutun əməkdaşlrına maraqlı elmi məlumata görə təşəkkürünü bildirib.

 |