Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
8.12.2015

TÜRKİYƏDƏ YAYIMLANAN ELMİ JURNALDA FOLKLOR İNSTİTUTUNUN UĞURLARINDAN BƏHS OLUNUB

AMEA Folklor İnstitutunun Qarabağ folklorunun toplanması və araşdırılması istiqamətində gördüyü işlər və əldə etdiyi uğurlar türkiyəli araşdırıcıların diqqətini cəlb etmişdir. Tanınmış folklorşünas, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin keçmiş müşaviri Nail Tanın imzası ilə “Türk dünyası” jurnalının 39-cu sayında “Əsir torpaqların xalq dili və ədəbiyyatı: Qarabağ folkloru” adlı məqalə dərc olunmuşdur. Məqalədə İnstitutun Qarabağ folklorunun toplanması və araşdırılması sahəsində gördüyü işlər işıqlandırılmış, İnstitutda son illər çap olunmuş kitablar haqqında məlumat verilmişdir. Müəllif məqaləyə 1988-ci ildən başlayaraq Qarabağda gedən proseslər haqqında məlumat verməklə başlayır. Məqalədə Ermənistanın işğalçılıq siyasəti nəticəsində bu ölkədə yaşayan 200 mindən artıq azərbaycanlının 1988-ci ildə öz doğma torpaqlarından qovulmasından, Xocalı qətliamından, Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsindən bəhs olunur. Qısa tarixi xronologiyadan sonra məqalədə “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” layihəsinin hansı zərurətdən yaranmasından danışılır. Müəllif bu layihənin Qarabağı folklor mühiti kimi diqqətdə saxlamaq, bölgənin maddi-mənəvi mədəniyyət nümunələrini toplamaq, təsnif etmək, araşdırmaq və yaymaq məqsədilə 2012-ci ildən icrasına başlanıldığını və bu işə İnstitutun bir çox əməkdaşlarının cəlb olunduğunu qeyd edir. Layihə çərçivəsində bölgədən 300-dən artıq mifoloji mətn, 1250-yə yaxın əfsanə və rəvayət, 400-dən artıq nağıl, 500-dən artıq lətifə, 750-dən artıq atalar sözü və məsəl, 2500-ə yaxın bayatı, layla və oxşama, uşaq folkloruna dair digər örnəklər toplanaraq elmi auditoriyaya təqdim olunduğu vurğulanır. Daha sonra müəllif IX cildlik “Qarabağ: folklor da bir tarixdir” toplusunun hər bir cildi haqqında, onların toplayıcıları, tərtibçiləri, kitablardakı yarımbaşlıqlar barədə qısa məlumat vermişdir. Həmçinin, layihə çərçivəsində İnstitutun 2012-ci il dekabrın 26-da Bakıda, 2013-cü il noyabırın 15-də Ağcabədidə, 2014-cü il noyabrın 14-də Tərtərdə təşkil etdiyi konfranslardan da bəhs olunmuşdur.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..