Folklor İnstitutu “Folklor və dövlətçilik” mövzusunda elmi konfrans keçirəcək

07 dekabr 2015-ci il tarixində AMEA Folklor İnstitutu “Folklor və dövlətçilik” mövzusunda I Elmi Konfrans keçirəcəkdir. “Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi” layihəsi çərçivəsində həyata keçirilən konfransın məqsədi türk dövlət etiketləri, mərasim və bayramlarının etnosun total davranış formulu və özünütəşkiletmə modeli kimi folklor materialları əsasında tədqiqi məsələlərini müzakirə etməkdir.
KONFRANSIN GÜNDƏLİYİ:
Giriş sözü:
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli
Çıxışlar:
Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov
AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov
Məruzələr:
Filologiya üzrə elmlər doktoru Füzuli Bayat. Türk dövlətçilik ənənəsi və idarəetmə ritualları.
Filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy. Türklərdə əcdad kultu və əcdad bayramı.
Filologiya üzrə fəlsəfə doktoru Əfzələddin Əskər. Türk dövlətçilik ənənəsində bayraqlar və bayraq qurbanı mərasimi.
Filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri. Azərbaycan milli mədəniyyət sistemində folklor və dövlətçilik.
Filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil. Türk xalqlarının mərasim folkloru və dövlətçilik.
Konfrans saat 11.00-da AMEA-nın Əsas binasının Akt zalında (H.Cavid pr., 115, 2-ci mərtəbə) başlayacaqdır. |