AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib
 Noy abrın 25-də AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanov açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib. O, dekabrın 7-də “Folklor və dövlətçilik” mövzusunda I Elmi Konfransın keçiriləcəyini bildirib, konfransın gündəliyi haqqında məlumat verib. İnstitut şöbələrinin 2015-ci il üzrə elmi-təşkilat fəaliyyəti və 2016-cı il üçün elmi-tədqiqat planlarının vəziyyəti barədə məlumat verən İnstitutun elmi işlər üzrə dire ktor müavini, fil.ü.f.d. Oruc Əliyev bildirib ki, sözügedən məsələ İnstitutun elmi katibi, fil.ü.f.d. Elçin Abbasovla və şöbə müdirləri ilə birgə müzakirə edilib. 2015-ci il üçün müəyyənləşdirilmiş 4 problem üzrə 47 mövzunun 23-ü tamamlanıb. Bununla bağlı ayrıca olaraq keçiriləcək Elmi Şuranın iclasında ətraflı məlumat veriləcək.
 Folklor İnstitutunun dissertanturasına qəbulun nəticələri haqqında İnstitutun elmi katibi, fil.ü.f.d. Elçin Abbasov məlumat verib. Fil.ü.f.d. S.Abbaslının, fil.ü.f.d. V.İbrahimovanın doktoranturaya, A.Hacıyevanın dissertanturaya sənədlərinin qəbulu haqqında danışıb. Onların mövzuları müzakirə və qəbul edilib. Artıq İnstitutun Elmi Şurasında yaranmış ənənəyə uyğun olaraq bu dəfə fil.ü.e.d., prof. Tərlan Quliyevin “Kitabi-Dədə Qorqud” şeirində qafiyə” mövzusunda məruzəsi maraqla qarşılanıb. T.Quliyev Elmi Şura üzvlərinin çoxsaylı suallarını cavablandırıb. Sonda cari məsələlərə (AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar Kazımoğlu – İmanova, fil.ü.e.d. Füzuli Bayata professor, fil.ü.f.d. Nizami Məmmədova və fil.ü.f.d. Fidan Qasımovaya dosent elmi adının verilməsi barədə) baxılıb. 
 |