19.11.2015
"XX əsr Qazax aşıq mühiti"

Bu günlərdə Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovanın "XX əsr Qazax aşıq mühiti" kitabı işıq üzü görüb.
Azərbaycan aşıq sənətinin dolğun mənzə-rəsinin təsviri üçün aşıq şeiri şəkillərində bəzi yeniliklərə imza atan, özünəməxsus havacatlar yaradıb neçə-neçə nağıl-dastan qoşan, XX yüzil Qazax aşıq mühitinə mənsub ustad aşıqların və el şairlərinin sənətkarlığı ayrıca tədqiqini gözləyirdi. İlhamə Qəsəbovanın "XX əsr Qazax aşıq mühiti" kitabı həmin boşluğu doldurmaq zərurətindən irəli gəlmişdir.
Kitabda müəllif Qazax aşıq mühitinin, bu sənət ənənələrinin geniş yayıldığı Göyçə və Borçalı aşıq bölgələrinin qovuşuğunda təşəkkül tapdığını, onun Gəncəbasar aşıq mühitinin təşəkkülündə necə rol oynadığını müəyyənləşdirməyə ça-lışmışdır. Müəllif ilkin etibarlı qaynaq kimi aşıqlardan aldığı, söyləyicilərdən birər-birər topladığı bilgilər əsasında Azərbaycan aşıq mədəniyyətinin bu vacib qoluna mənsub olan, lakin adlarına milli folklorla bağlı araşdırmalarda elə də sıx rast gəlinməyən bir çox aşıqların və el şairlərinin yaradıcılığını, mühitin dastançılıq ənə-nələrini, ustad-şəyird münasibətlərini araşdırmağı vacib saymışdır.
Mətbuat xidməti |