Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
14.11.2015

Humanitar Elmlər Bölməsinin əməkdaşları Fəxri Fərmanla təltif olundular

Noyabrın 13-də AMEA Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin (HEB) növbəti büro iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Teymur Kərimli AMEA-nın 70 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğunu bildirdi, HEB əməkdaşlarını yubiley münasibətilə təbrik etdi.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirdi ki, ölkədə elmin inkişafını xalqın firavan gələcəyini təmin edən əsas amillərdən biri hesab edən Prezident İlham Əliyevin 2015-ci il noyabrın 9-da AMEA-nın 70 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda proqram xarakterli çıxışı elmin inkişafı üzrə strateji hədəfləri və prioritetləri müəyyənləşdirmişdir.

AMEA-nın vitse-prezidenti dövlət başçısının öz çıxışında humanitar sahəyə də böyük əhəmiyyət verdiyini, humanitar istiqamətdə qarşımızda multikulturalizm, Azərbaycan dili, Azərbaycan tarixi, tarixi coğrafiya, müstəqillik dövrü Azərbaycan tarixinin yazılması kimi ciddi məsələlər ətrafında məsuliyyətli vəzifələr qoyduğunu bildirdi. O, ölkə Prezidentinin Akademiyaya gəlişini, alimlər qarşısında çıxışını, proqram xarakterli nitqini yüksək dəyərləndirərək, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrini daim diqqət mərkəzində saxlayaraq mövcud fəaliyyətin daha da intensivləşdiriləcəyini qeyd etdi.

Sonra AMEA-nın 70 illik yubileyi ilə əlaqədar bölmənin elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən bir qrup əməkdaş elmi və elmi-ictimai fəaliyyətlərinə görə HEB-in Fəxri Fərmanı ilə təltif olundular. Onların arasında Folklor İnstitutunun əməkdaşları da var. Təltif olunan əməkdaşlarımızın fotolarını təqdim edirik.

İclasda Memarlıq və İncəsənət İnstitutunun Muğamşünaslıq şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadovanın “Muğamşünaslığın konseptual əsasları” mövzusunda məruzəsi dinlənildi.

Tədbirdə, həmçinin AMEA prezidentinin 21 oktyabr 2015-ci il tarixli sərəncamına əsasən HEB-in elmi-tədqiqat müəssisələrində 2016-cı ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi və elmi-texniki tədbirlər planı, “Gənclər üçün Prezident Mükafatı”na təqdim olunacaq namizədlərin müəyyənləşdirilməsi və digər məsələlər ətrafında müzakirələr aparıldı. Sonda bir sıra kadr məsələlərinə də baxıldı.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..