Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

13.11.2015

Qorqudşünaslığın 200 illiyinə həsr olunmuş Beynəlxalq Simpozium

AMEA Folklor İnstitutu “Kitabi-Dədə Qorqud”un elm aləminə bəlli olmasının 200 illik yubileyinə həsr edilmiş Beynəlxalq Simpozium keçirdi.
12 Noyabr 2015-ci il tarixində Bakı Slavyan Universitetində AMEA Folklor İnstitutunun iştirakı ilə “Epos və etnos” adlı Beynəlxalq Simpozium keçirildi. Simpozium bu ilin fevral ayının 20-də Azərbaycan Respublikası Prezidentinin “Kitabi-Dədə Qorqud”un elm aləminə bəlli olmasının 200 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamından irəli gələn vəzifələr proqramı çərçivəsində gerçəkləşdirildi. Prezidentin sərəncamından sonra AMEA Folklor İnstitutu və Qafqaz Universiteti birlikdə Dədə Qorqud mövzusunda ortaq bir Simpozium təşkil etməyi qərara almışdı. Bakı Slavyan Universiteti də bu təşəbbüsü dəstəkləmiş və tədbirin təşkilində fəal iştirakçılardan biri kimi Simpoziumun ev sahibliyini öz üzərinə götürmüşdü. Beləliklə, AMEA Folklor İnstitutu, Qafqaz Universiteti və Bakı Slavyan Universitetinin birgə tədbiri gerçəkləşdi və qorqudşünaslığın elmi dövriyyəsinə yeni araşdırmalar daxil edildi.
Simpozium Qafqaz Universitetinin müəllimi Rəhman Quliyevin aparıcılığı ilə başladı. Simpoziumu giriş sözü ilə açan Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla qorqudşünaslığın 200 illik yubileyi ilə bağlı görülən işlərdən və bu tədbirin əhəmiyyətindən danışdı.


AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov çıxışında Respublika Prezidentinin məlum sərəncamının verdiyi töhfələri qeyd etdi. “Kitabi Dədə Qorqud” dastanının qəliblərə sığmayan cəhətlərinin öyrənilməsinin vacibliyindən bəhs etdi.
Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev Simpoziumun dastanla bağlı həyata keçirilən layihələrin davamı olduğunu vurğuladı. Rektor “Kitabi-Dədə Qorqud” dastanının geniş təbliği, “Dədə Qorqud” irsinin daha dərindən öyrənilməsinin Prezident Heydər Əliyevin adı ilə bağlı olduğunu bir daha diqqətə çatdırdı.
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç “Dədə Qorqud”la bağlı tədbirlərin ardıcıl olaraq keçirilməsinin əhəmiyyətini vurğuladı. Gənc nəslin təlim və tərbiyəsində “Dədə Qorqud” dəyərlərindən istifadə olunmasının zəruriliyini qeyd etdi.
Simpoziumun proqramına AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanovun “Dədə Qorqud”: qəhərman və antiqəhrəman”, Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilin “Dədə Qorqud kitabı”nda arxaik ritualla bağlı motivlər” və başqa məruzələr daxil edilmişdi.
Simpoziumda Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalının “Dilimizin, ədəbiyyatımızın və mədəniyyətimizin qaynağı Kitabi-Dədə Qorqud”, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin “Dədə Qorqud kitabı”nda boy tutumu məsələsi”, dosent Vahid Adilovun “Kitabi-Dədə Qorqud”da işlənmiş bir neçə ifadə haqqında”, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyevanın “Kitabi-Dədə Qorqud”da mürəkkəb cümlə sintaksisi” və başqa məruzələr dinlənildi.
Simpoziumun açılış iclasının sonunda Bakı Slavyan Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu və Qafqaz Universiteti arasında əməkdaşlıq barədə təntənəli müqavilə imzalama mərasimi oldu.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.