3.11.2015
İnstitutun əməkdaşı Qarsda keçirilən “Azərbaycanşünaslıq: keçmişi, bu günü və gələcəyi” Beynəlxalq Elmi Konfransında iştirak edib

21-23 oktyabr 2015-ci il tarixində Türkiyənin Qars şəhərində Qafqaz Universitetinin təşkilatçılığı ilə “Azərbaycanşünaslıq: keçmişi, bu günü və gələcəyi” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransda Türkiyə, Azərbaycan, İran, Qırğızıstan, Qazaxıstan, Gürcüstan və s. yerlərdən gəlmiş alimlər iştirak etmişlər. Folklor İnstitutunun “Türk xalqları folkloru” şöbəsinin əməkdaşı Tahir Nəsibin “Azərbaycanda və Anadoluda bəzi tarixi-coğrafi adların Ural-Altay mifologiyasına və tarixi hadisələrə görə etimologiyası” mövzusunda çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. |