Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
28.10.2015

Türk dünyasının qorqudşünasları bir arada

Oktyabrın 19-23-də Türkiyənin İzmir şəhərindəki Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun təşkilatçılığı ilə “Dədə Qorqud və türk dünyası” adlı III Beynəlxalq Türk Dünyası Mədəniyyəti Konqresi keçirilib. 22 ölkədən 332 qonağın qatıldığı toplantı “Kitabi Dədə Qorqud” dastanının elm aləminə məlum olmasının 200 illiyi münasibətilə təşkil edilib.
Konqresi giriş sözüylə Türk Dünyası Araşdırmaları İnstitutunun müdiri Metin Ekici açaraq 1992-ci ildən fəaliyyət göstərən institutun gördüyü işlərdən danışıb.
Ege Universitetinin rektoru, professor, xanım Candəyər Yılmaz çıxışında başçılıq etdiyi təhsil ocağının 60 illik fəaliyyətini dəyərləndirib.
Təşkilatçısı qurumların rəhbərləri çıxış edərək tədbirin türk dünyası üçün önəmindən danışıblar.
Açılış mərasimində Başqırdıstan, Xakasiya, Tuva, Qırğızıstan, Yakutiya, Qazaxıstan, Türkiyə və Azərbaycandan olan musiqiçilərin ifaları dinlənilib. Ölkəmizi sənətçi kimi təmsil edən tarzən Şəhriyar İmanov “Bayatı Şiraz” muğamını səsləndirib.
Konqresdə “Kitabi-Dədə Qorqud”un türk tarixi, dili, sənəti, mədəniyyəti, ədəbiyyatı, musiqisi, coğrafiyası, dövlət idarəçiliyi və başqa sahələrə təsiri mövzularında məruzələr yer alıb.


Ölkəmiz konqresdə geniş heyətlə təmsil olunub. Toplantının ilk günü plenar iclasında Fikrət Türkmən, Saim Sakaoğlu, Əhməd Bican Ərcilasun kimi tanınmış folklorşünas-alimlərin məruzələri ilə bir sırada AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu – İmanovun “Bamsı Beyrək boyunda yalançı qəhrəman problemi” adlı məruzəsi dinlənilib. Sonra M.İmanov Türk Dünyası Araşdırmaları İnstitutunun müdiri Metin Ekiciyə xatirə hədiyyəsi verib.


Sonrakı gün konqres öz işini bölmə iclaslarında davam etdirib. Ayrı-ayrı salonlarda keçirilən toplantılarda Folklor İnstitutunun əməkdaşları fəal iştirak ediblər. Filologiya üzrə fəlsəfə doktoru Nailə Əskər “Dədə Qorqud Kitabı”nda şəhərlər və qalalar”, xarici əlaqələr bölməsinin müdiri Əli Şamil “1926-cı ildə “Kitabi-Dədə Qorqud” haqqında aparılmış bir araşdırmanın yayımlanmamasının nədənləri”, filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy “Kitabi-Dədə Qorqud”da dünya ağacında dəfnetmə ritualı”, filologiya üzrə fəlsəfə doktoru Fidan Qasımova “Dədə Qorqud və kelt druidləri”, Aynur Qəzənfərqızı “Oğuz dastanı “Kitabi Dədə Qorqud”un izləri qıpçaq kökənli kumukların şeirlərində və şumer mətnlərində”, Qumru Şəhriyar “Bəkil oğlu İmranın boyu”ndakı Bəkil simvolu ilə əkil-bəkil quşunun qarşılaşdırılması”, filologiya üzrə elmlər doktoru Füzuli Bayat “Dədə Qorqud dəlilərinin etnopsixoloji simvolizmi”, Soltan İmaməliyev “Azərbaycan rəssamlığında və heykəltəraşlığında Dədə Qorqud obrazı”, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov “Dədə Qorqud eposunda islam ideologiyası” mövzularında məruzələr ediblər.
Çıxışçılara iştirak haqqında bəlgələr təqdim olunub.
Beynəlxalq konqresə UNESCO-nun Türkiyə Milli Mərkəzi, Yunus Əmrə İnstitutu, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və “TRT Avaz” kanalı dəstək verib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.