Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
26.10.2015

AMEA Folklor İnstitutu Rusiyada IV Beynəlxalq Türkoloji Forumun Təşkilində iştirak etdi

14-17 oktyabr 2015-ci il tarixində RF Tatarıstan Respublikasının Kazan şəhərində “Türk xalqlarının bədii mədəniyyəti və ədəbiyyatı: Şərq-Qərb kontekstində” adlı IV Beynəlxalq Türkoloji Forum keçirilib. Forum Kazan Federal Universitetinin L.Tolstoy adına Filologiya və Mədəniyyətlərarası Əlaqələr İnstitutu, Qazaxıstan Respublikası L.N.Qumilyov adına Avrasiya Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun birgə təşkilatçılığı ilə hazırlanıb. Forum çərçivəsində türk xalqlarının folklorunu, dilini, ədəbiyyatını, sənətini və mənəvi mədəniyyətinin bir çox sahələrini əhatə edən 4 beynəlxalq konfransı təşkil olunub. Tədbirdə RF-nın türk respublikalarından və türk xalqlarının yaşadığı müxtəlif bölgələrindən, Azərbaycandan, Türkiyədən, Qazaxıstandan, Özbəkistandan, Türkmənistandan, Qırğızıstandan çoxsaylı elm adamları iştirak ediblər.

Forumu giriş sözü ilə Kazan Federal Universiteti L.Tolstoy adına Filologiya və Mədəniyyətlərarası Əlaqələr institutunun direktoru, professor Radif Rifkat oğlu Zamaletdinov açıb. Sonra Tatarstan Respublikası Yazıçılar Birliyinin sədri Rafis Xaris oğlu Qurbanov müasir dövrdə ədəbiyyatın qarşılaşdığı problemlər və cəmiyyətin həyatında ədəbiyyatın iştirakı məsələləri barədə danışıb. Daha sonra AMEA-nın Folklor institutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazım oğlu İmanovun foruma ünvanladağı təbrik məktubu iştirakçıların diqqətinə çatdırılıb.

Açılış iclasında Kazan Federal Universiteti Lev Tolstoy adına Filologiya və Mədəniyyətlərarası Əlaqələr İnstitutunun Tatar ədəbiyyatı kafedrasının professoru Foat Qalimullinin “Tatar ədəbiyyatı türk xalqlarının bədii söz mədəniyyəti kontekstində”, AMEA Folklor İnstitutunun şöbə müdiri, dosent Ağaverdi Xəlilovun “Türk xalqlarının eposunda ortaq motivlər”, M.E. Yevselyev adına Mordva Dövlət Pedaqoji İnstitutunun professoru Vladimir Roqaçevin “Mordva folklorunda tatar xalqının təsviri”, İ.N. Ulyanov adına Çuvaş Dövlət Universitetinin professoru Vitaliy Rodionovun “1960-1970-ci illər çuvaş ədəbiyyatşünaslığında məktəblərin mübarizəsi”, L.Tolstoy adına Filologiya və Mədəniyyətlərarası Əlaqələr İnstitutunun Tatar ədəbiyyatı kafedrasının professoru Əlfət Zakircanovun “Tufan Minullinin yaradıcılığında Şərq və Qərb ədəbi estetik ənənələrinin sintezi” adlı məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bundan sonra Forum öz işini folklor, dil, ədəbiyyat və sənət bölmələri üzrə müəyyənləşdirilmiş iclaslarda davam etdirib.

AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanovun “Folklorda komizmin estetik mahiyyəti”, şöbə müdiri Ağaverdi Xəlilovun “Oğuz eposunun janr tərkibi və yazılılıq ənənəsi”, aparıcı elmi işçi Adil Cəmilin “Ümumtürk epik düşüncəsində Kırım tatar dastanları”, Afaq Ramazanovanın “Arzu və Qəmbər dastanının urum variantı”, aparıcı elmi işçi İslam Sadığın “Şumer və Altay dastanlarında ortaq motivlər”, aparıcı elmi işçi Qalib Sayılovun “Lirik folklorda vahid inanc sistemi”, böyük elmi işçi Vəfa İbrahimovanın “İngilis toyları ilə bağlı bəzi adət və inanclar” və b. məruzələr konfransın proqramına daxil edilib.

“Türk xalqlarının mədəniyyəti və ədəbiyyatı sahəsində sosial-humanitar tədqiqatlar Şərq və Qərb fəlsəfi-estetik fikri kontekstində” adlı bölmə iclası Foklor İnstitutunun şöbə müdiri A.Xəlilovun sədrliyi ilə keçirilib. Bu iclasda 40-a yaxın məruzə dinlənilib. M.X.Bakirovun sədrliyi ilə “Türk xalqlarının folkloru və folklorşünaslığı dünya bədii mədəniyyəti kontekstində” adlı bölmə iclasında 30-dək məruzə təqdim edilib. Peterburqlu soydaşımız M.Bayramovun sədrliyi ilə keçirilən “Bədii mətn: üslub və struktur” adlı bölmə iclasında 30-dək məruzə müzakirə edilib.

Bütövlükdə, iclaslarda 150-yə qədər məruzə dinlənilib. Bütün məruzələr iki beynəlxalq elmi indekslə seçilən məcmuədə nəşr edilib. Məcmuənin redaksiya heyətinə AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü M.K.İmanov və şöbə müdiri A.S.Xəlilov daxil edilib. Bu ilk ortaq tədbir AMEA Folklor İnstitutu ilə Kazan Federal Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilmişdir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.