16.10.2015
Əməkdaşlarımız “III Uluslararası Xalq Mədəniyyəti Simpoziumu”nda iştirak etmişlər

AMEA Folklor İnstitutunun əməkdaşları 8-10 oktyabr 2015-ci il tarixində Türkiyənin paytaxtı Ankaranın Kazan ilçəsində keçirilmiş “III Uluslararası Xalq Mədəniyyəti Simpoziumu”nda iştirak etmişlər. Simpozium Ankara Universiteti ilə Kazan bələdiyyəsinin ortaq səyi nəticəsində gerçəkləşmişdir. Tədbirdə Türkiyə alimləri ilə yanaşı, Azərbaycandan, Özbəkistandan, İrandan, Rusiya Federasiyasının Tatarıstan Respublikasından dəvət olunmuş alimlər məruzələrlə çıxış etmişlər. Konfransın keçirilməsində məqsəd ənənəvi xalq mədəniyyətinin, o cümlədən, şifahi xalq ədəbiyyatının, əl sənətlərinin və ənənəvi memarlığın müasir durumunun incələnməsi, ölkə turizminin inkişafı məqsədilə onlardan istifadə məsələlərinin müzakirəsi olmuşdur.
Folklor İnstitutunun əməkdaşlarından “Musiqi folkloru” şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli “Azərbaycanın Nahçıvan Bölgesinin Müzik Folklor Ör-neklerinin Özellikleri (Danslar, Yallılar)”, “Dədə Qorqud” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanovanın “Azərbaycanın Şeki-Zakatala Bölgesi Halk Kültüründe Mevlüd”, “Folklor və yazılı ədəbiyyat” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Fidan Qasımovanın “Eski Türklerde Şamanizmin Karşılaştırmalı İzahı”, “Musiqi folkloru” şöbəsinin kiçik elmi işçisi Fəridə Mirişovanın “Şirvan Aşıkla-rının Özellikleri”, AMEA Folklor İnstitutunun doktorantı Şəbnəm Hüsey-novanın “Ulu Anadan Karı Karakterine Dönüşüm (Mitoloji Metnler Esasında)” mövzularında məruzələri maraqla qarşılanmışdır. L.Süleymanovanın mövzu ilə bağlı təqdim etdiyi slaydlar da maraq doğurmaqla yanaşı, Azərbaycanın regional folklorunun tanıdılması üçün əhəmiyyətli olmuşdur.
Professor N.Rəhimbəyli tədbirdə iclaslardan birinə sədrlik edmişdir. |