Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
12.10.2015

AMEA Folklor İnstitutunda “Kitabi-Dədə Qorqud”a həsr olunmuş Elmi Sessiya keçirilib

Oktyabrın 9-da AMEA Folklor İnstitutunda “Kitabi-Dədə Qorqud”a həsr olunmuş elmi sessiya keçirilib. Tədbiri giriş sözüylə AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) açıb, bu sessiyanın İnstitutda keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirib: “Qorqudşünaslığın 200 illiyi münasibətilə ölkə başçısının sərəncamına uyğun olaraq İnstitutda 3 cilddən ibarət “Qorqudşünaslıq irsindən” kitabının tərtibi, çapı bizə həvalə olunub. Noyabrın 6-7-də Folklor İnstitutu Ədəbiyyat İnstitutu ilə birgə “Epos və etnos” Beynəlxalq Simpoziumunu keçirəcək”.
Fil.ü.f.d., dos. Vahid Adil Zahidoğlu “Kitabi Dədə Qorqud”da bəzi ifadələr və deyimlər haqqında” adlı məruzəsində bildirib ki, abidənin dilinin qrammatik-üslubi xarakteri, semantik əhatə dairəsi dəqiqləşdirilməmiş və ya yanlış izah olunmuş bir sıra ifadələrə, deyimlərə bu gün də rast gəlinir: “Bu tipli qüsurlar dastanın məzmun planının zədələnməsinə, abidənin mətnindən istifadə edən müxtəlif elm sahələrinə aid mütəxəssislərin səhv istiqamətlərə yönləndirilməsinə şərait yaradır. Bunların meydana çıxmasında bir sıra amillərin təsiri olub. Bunlar əsasən, aşağıdakılardır:
1. İfadələrin tərkibindəki sözlərdən birinin və ya hamısının düzgün oxunmaması.
2. İfadələrin tərkibindəki sözlər düzgün oxunsa da, təsadüfi səs bənzərliyinin sezilməməsi və nəticə etibarilə ümumi mənanın dəqiq müəyyənləşdirilməməsi.
3. Mətnin ümumi məzmunu ilə müqayisələr aparılmaması.
4. Nüsxə fərqlərinin həssaslıqla diqqətə alınmaması.
5. Katiblərin buraxdıqları səhvlərin düzəldilməsi və ya düzəldilərkən səhvə yol verilməsi”.


Məruzəçi ümumi şəkildə göstərdiyi faktlara aydınlıq gətirmək üçün dastanın dilində işlənmiş bəzi ifadə və deyimlərə (“Çaya baqsa çalımlı”, “Yomuru-yomuru ağlamaq”, “Başı qayusu olmaq”, “İyəgülü ulalur, qapurğalı böyür”) diqqət çəkib, mənbələrə əsaslanmaqla yozumlarını deyib.
Fil.ü.e.d., prof. Tərlan Quliyev “Ədəbiyyat tariximizdə ilk sufi qəhrəmanı” adlı məruzəsində bildirib ki, “Dədə Qorqud kitabı”nda mövcud olan 12 boya nəzər saldıqda “Duxa qoca oğlu Dəli Domrul” boyunu çıxdıqdan sonra islamla daha çox bağlı olan boyun “Qanlı qoca oğlu Qanturalı” olduğunu görünür: “Bu boyda digər boyların heç birində rast gəlmədiyimiz və Qanturalıdan başqa heç bir qəhrəmana aid olmayan bir cümlə oxuyuruq: “Qanturalı cəmal və kəmal yiyəsi idi”. Bizə elə gəlir ki, məhz bu cümlə də dastanı yazıya alan müəllifin və yaxud da katibin Qanturalını bir daha sufi qəhrəmanı kimi təqdim etmək istəyindən irəli gəlir. Çünki Qanturalıya aid edilən “cəmal” və “kəmal” terminlərinin sufi təlimində özünəməxsus şərhləri var”.


Məruzəçi sonda bu qənaətə gəlir: “Dədə Qorqud kitabı”nın ədəbiyyat tariximizin başında durduğunu qəbul etsək, daşıdığı sufi xüsusiyyətlərinə görə bu dastanın qəhrəmanlarından biri olan Qanturalının da ədəbiyyat tariximizin ilk sufi qəhrəmanı olduğunu inamla söyləmək olar”.
Fil.ü. f. d., dos. Asif Hacıyev “Dədə Qorqud kitabı”nda işlənmiş bir neçə sözün məna açımı” adlı məruzəsində bildirib: “Dədə Qorqud Kitabı” son 200 ildə geniş və hərtərəfli tədqiq edilməsinə baxmayaraq bəzi sözlərin əslinə uyğun oxunması və məlumatlandırılması ilə bağlı mübahisələr hələ də davam etməkdədir. Tanınmış naşir və tədqiqatçıların fikir müxtəlifliyi ilə müşahidə edilən bu mübahisələr, əsasən, müasir türk dilləri üçün tamamilə işləklikdən düşmüş sözləri əhatə edir. Əksər hallarda abidənin mətnində cəmi bir dəfə rast gəlinən həmin sözlər bir qayda olaraq oğuzların əski həyat tərzi, məişəti, inancları ilə əlaqədardır. Məhz bu səbəbdən zaman axarında və ya köhnələrək dildən çıxmış, ya da müəyyən səs və ya məna dəyişikliyinə uğramaqla hələ də yaşamaqda olan belə sözlərin açıqlanması xüsusi araşdırma tələb edir”.
Məruzəçi çıxışında “kara-ayıb”, “yörende”, “karma bükec”, “kabızası”, “xıranca” kimi sözlərin məna açımını təqdim edib.
Tədbir boyunca hər məruzəçiyə çıxışından sonra suallar verilib. Məruzəçilər onlara ünvanlanan sualları ətraflı cavablandırıblar.
Elmi sessiyanın sonunda çıxışları dəyərləndirən AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) tədbirin materiallarının kitab şəklində çap olunacağını bildirib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.