8.9.2015
Əməkdaşlıq perspektivləri ilə bağlı görüş keçirilmişdir
 8 sentyabr 2015-ci il tarixində Folklor İnstitutunda İnstitut rəhbərliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin rəhbərliyi arasında elmi və praktik sahədə əməkdaşlıq perspektivləri ilə bağlı görüş keçirilmişdir.
Görüşdə Folklor İnstitutu ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması, konkret layihələr üzrə əməkdaşlıq müqavilələrin bağlanması, işçi qrupların yaradılması və s. məsələlər müzakirə edilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev indiyədək birgə həyata keçirilən işlərdən razılıq ifadə etmiş və bu əməkdaşlığın hər iki qurumun elmi-praktik fəaliyyəti üçün xüsusi əhəmiyyət daşıdığını vurğulamışlar.

 |